Unitaza və ya duş kreslosuna təhlükəsiz şəkildə çıxıb-düşmək (transfer etmək)

Mövzunun davamı:

Unitaza və ya duş kreslosuna çıxıb-düşmək transfer etmək adlanır.

İnsanlar qabiliyyətindən, ehtiyaclarından və yardım olub-olmamasından asılı olaraq bir çox müxtəlif yollarla transfer edə bilərlər.

Bu mövzu bəzi təhlükəsizlik məsələlərini və insanların transfer etmə üsullarına dair nümunələri təqdim edir.

Transfer etmək haqqında daha ətraflı məlumat üçün:

Kali hamam xalatı geyinib tualet stulunun qollarından istifadə edərək oturur. Onun yeriməyə yardımçı  (çərçivəli) vasitəsi önündədir.

Təhlükəsiz şəkildə transfer etmək üçün həmişə:

  • Transferə başlamazdan əvvəl əyləclərin kilidli olduğuna əmin olun
  • Şəxsin və onun dayəsinin təhlükəsiz hərəkət etməsi üçün kifayət qədər yer olduğundan əmin olun
  • Əgər döşəmə sürüşkən və ya nəmdirsə, döşəməni qurudun və ya sürüşməyən həsirdən istifadə edin.

Ayağa qalxıb oturarkən şəxsə kömək etmək

Şəxsi bacardıqları qədər fəaliyyətləri icra etməyə, o cümlədən, imkan olanda qoltuqaltılardan istifadə etməyə təşviq edin.

Siz həmçinin şəxsin dayəsinə və ya ailə üzvünə evdə şəxsə təhlükəsiz şəkildə necə kömək etməyi öyrətməlisiniz.

Əgər şəxs ayaqaltı və əyləclərlə döngə funksiyası olan təkərcikləri olan tualet və ya duş kreslosundan istifadə edirsə, hərəkət etmək üçün ona dayənin köməyi lazım olacaq. Şəxsin ayaqlarını və budlarını dəstəkləməsi üçün ayaqaltıların hündürlüyünü nizamlamaq lazımdır.

Dayəyə transferlərdən əvvəl əyləcləri qoşmağı və ayırmağı öyrədin.

Ahıl kişi təkərcikli və ayaqaltıları olan tualet kreslosunda oturan ahıl qadının kreslosunu itələyib aparır.

Əgər dayə şəxsin transfer ediləməsinə kömək edirsə, o, şəxsin hər hansı bir çəkisini qaldırmazdan əvvəl dizlərini əyməli və bədənini "bəndləməlidir" Bu, xəsarətin qarşısını almağa kömək edəcəkdir.

Əgər şəxsin zəif tərəfi varsa, dayələr kömək etmək üçün həmin tərəfdə dayanmalıdırlar.

Ahıl kişiyə sol tərəfində dayanan qadın stulda oturmağa kömək edir.

Transfer üçün yardımının göstərilməsi ilə bağlı daha ətraflı məlumat almaq üçün bu dərsə istinad edin: 4-cü dərs, Yeriməyə yardımçı vasitələr

Aşağıda iki transfer nümunəsi göstərilmişdir.

Çarpayının yanında tualet kreslosu: oturmuş vəziyyətdə transfer etmək

Ahıl qadın ahıl kişinin köməyi ilə çarpayısından yaxınlıqdakı tualet kreslosuna transfer edir.

Verna ilə görüş

Vernanın 89 yaşı var və o, əri Leyflə birgə yaşayır. Verna zəifdir və gecələr tualetə vaxtında çatmaqda çətinlik çəkir. Burada Vernanın tualet kreslosundan çarpayıya transfer etdiyini görmək olar. Leyf ona kömək edir.

Yadda saxlayın ki:

  • Verna asan olsun deyə, transfer üçün sürüşkən lövhədən istifadə edir
  • Tualet kreslosu çarpayıya bucaq altında yerləşdirilir
  • Tualet kreslosu çarpayı ilə eyni hündürlükdədir.

Vernanın sürüşməsini asanlaşdırmaq üçün çarpayıya ən yaxın olan qoltuqaltı aşağıya doğru çəkilir.

Əlil arabasından tualet kreslosu vasitəsilə döşəmədə yerləşən unitazın üstünə transfer etmək

Dar yerlərdə bəzi insanlar əlil arabası ilə birbaşa tualet və ya duş kreslosunun qarşısında transfer edə bilərlər.

Fəaliyyət

Ejaz adlı qadın bir əlini əlil arabasına, o biri əlini tualet kreslosuna bəndləyib və irəliyə əyilir.

Döşəmədə yerləşən unitazın üstünə qoyulmuş döngə funksiyası olan təkərcikləri olan döşəkli (yastıqlı) duş kreslosu. Divarlarda tutacaqlar var.

Ejazın 24 yaşı var. Onun onurğa beyni zədələnib. O, əlil arabasından tualet kreslosuna transfer edir.

Onun tualetində çox yer olmadığı üçün düzgün transfer metodunun istifadəsi vacibdir.

Ejazın şəklinə baxın və transferin vacib xassələrini müəyyənləşdirin.

Əlil arabası necə yerləşdirilir?

Əlil arabası tualet kreslosunun qarşısında və bir az bucaq altında yerləşdirilmişdir.

Tualet kreslosunun hansı xassələri transfer zamanı kömək edir?

  • Hündürlüyü nizamlanan ayaqlar: Tualet kreslosunu Ejazın əlil arabası ilə eyni hündürlükdə olması üçün onu nizamlamaq olar.
  • Qoltuqaltını yuxarıya qaldırmaq. Bu, Ejaz transfer edərkən onu yoldan uzaqlaşdırır. Sonra onu aşağı salmaq olar ki, o, paltarını düzəldərkən müvazinətini qoruyub saxlaya bilsin.
  • Ejazın transfer zamanı dəstək üçün sabit obyektdən yapışmağı vacibdir. Tutacaq kömək edə bilər.

Duş kreslosunun hamam vannasında istifadə edilməsi

Bəzi yuyunma yerlərində yalnız vanna olur. Duş kreslosunu vannada istifadə etmək üçün tələb olunur:

  • Vannanın bazası duş kreslosu üçün kifayət qədər geniş olmalıdır
  • Şəxs vannanın kənarından təhlükəsiz şəkildə addım ata bilməlidir.

Vannada duş kreslosundan istifadə etməli olan şəxs üçün evin qiymətləndirilməsi və təhlükəsiz transfer metodları üzrə təlimlərin keçirilməsi üçün reabilitasiya xidmətinə yönəldin.

Hamam xalatı geymiş ahıl qadın vannaya addımlayıb keçir. O, divardakı tutacaqdan tutub. Onun duş kreslosu tam arxasında yerləşir.

Qaldırıcıdan istifadə etməklə transfer etmək

Əgər köçmək üçün şəxsə çox kömək lazımdırsa, ona  köçmək üçün qaldırıcı lazım ola bilər. Qaldırıcı  — şəxsi yükqaldıran ştrop vasitəsilə yuxarı qaldıran mexaniki avadanlıqdır.

Qaldırıcıdan təhlükəsiz şəkildə istifadə etmək üçün təlim tələb olunur.

Qaldırıcıdan istifadə edən hər bir şəxs ondan istifadə etməzdən əvvəl məşq etməlidir.

Adətən, terapevt və ya təchizatçı qaldırıcıdan istifadə qaydaları barədə məsləhət verəcək.

Döngə funksiyası olan təkərcikləri olan C formalı çərçivə və ucunda qarmaqları olan kran

Müzakirə forumu