Tualet və ya duş kreslosunun istifadə ediləcəyi yeri hazırlayın
Məkanı yoxlayın
Tualet və ya duş kreslolarının yerləşdirilməsini istədikləri yerdə həmin şəxslə (və onun dayəsi və ya ailəsi ilə) müzakirə aparın.
Yoxlayın:
- Sahəyə gedən yol hamardır və kələ-kötür deyil
- Sahə özəldir
- Kifayət qədər yer var
- Kreslonun dörd ayağının hamısı döşəmə ilə eyni səviyyədə təmasdadır
- Əl yumaq üçün yer var (tualet kreslosu üçün).
Əgər şəxsin köməyə ehtiyacı olarsa, yerindən tərpənməyə və dönməyə kömək edən şəxsə əlavə yer lazım olacaqdır.
Fəaliyyət
Sofiyanı xatırlayırsınız?
Sofiya ətrafa hərəkət etmək üçün rollatordan istifadə edir.
Sofiyanın tualetinə baxın.
Bu, onun üçün münasibdirmi?
Onu münasib edən nədir?
Bəli, Sofiyanın tualeti münasib görünür.
- Yol hamardır, kələ-kötürsüzdür
- Sahə özəldir
- Kifayət qədər yer var
- Tualet kreslosunun dörd ayağının hamısı döşəmə ilə eyni səviyyədə təmasdadır
- Sofiyanın əllərini yumaq üçün yer var
- Ərazi yaxşı işıqlandırılıb.
Fəaliyyət
Kalini xatırlayırsınız?
Kalinin artriti var və yeriyəndə ağrıları olur.
Kalinin hamamına baxın.
Kalinin hamamı münasibdirmi?
Onu münasib edən nədir?
Bəli, Kalinin hamamı münasib görünür.
- Sahə özəldir
- Kifayət qədər yer var
- Tualet kreslosu və duş kreslosunun dörd ayağının hamısı döşəmə ilə eyni səviyyədə təmasdadır
- Kalinin əllərini yumaq üçün yer var
- Ərazi yaxşı işıqlandırılıb.
Təcili sığınacaqlarda tualet və yuyunma qurğuları
Düşünmək üçün sual
Əlilliyi olan şəxslər yerli təcili sığınacaqları ilə bağlı narahatlıqlarını bölüşdülər. Onlar daşqınlar və siklonlar zamanı təhlükəyə baxmayaraq, sığınacaqdan istifadə etməkdənsə, evdə qalmağı üstün tutduqlarını bildirdilər. Onların narahatlıqlarına aşağıdakılar daxildir:
- Palçıqlı və kələ-kötür yollar
- Yuxarıda yerləşən binaya çatmaq üçün nə rampalar, nə də məhəccərlər yoxdur
- Tualetlərin qapıları və yuyunmaq üçün sahələr əlil arabası istifadəçilərinin daxil olması üçün dardır
- Tualetdə tutacaqlar yoxdur
- Bütün tualetlərdə döşəmədə yerləşən unitazlar var.
Bu tapıntılara əsaslanaraq, hakimiyyət orqanları sığınacağın hamı üçün əlçatan olmasını təmin etmək üçün yerli icma ilə, o cümlədən əlilliyi olan şəxslərlə birgə iş aparmalıdır. Əsas tədbirlərdən bəziləri bunlar olmuşdur:
- Maneələrdən azad olan daimi əlil arabasına uyğun yollar inşa edildi
- Binaya qalxarkən pilləkənlərin yanında məhəccərli rampa quraşdırıldı
- Tualetlərin və yuyunma sahələrinin qapısı genişləndirildi
- İnsanların təhlükəsiz şəkildə transfer etməsinə kömək etmək üçün bir sıra tualet kabinələrində tualet kresloları və tutacaqları quraşdırıldı.
Ətraf mühit baryerlərinin azaldılması
Fəaliyyət
Aşağıda göstərilən hər bir vəziyyət üçün maneəni aradan qaldırmağın ən yaxşı yolu hansıdır?
1-ci maneə (baryer). Qapının ağzında pilləkən.
Portativ rampadan istifadə etmək və tutacaq və ya məhəccər əlavə etmək hər ikisi yaxşı həlldir.
2-ci maneə. Qapı içəri açılır, daxildə yer azalır.
Qapını elə asın ki, o, bayıra açılsın və ya onu sürüşən qapı ilə əvəz edin. Hər ikisi yaxşı həlldir.
Rampalar haqqında daha ətraflı məlumat almaq üçün TAP Portativ rampalar moduluna istinad edin.
Tutacaqlar haqqında daha ətraflı məlumat üçün TAP Tutacaqlar moduluna istinad edin.
Üçüncü dərsi tamamladınız!
Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yerləşdirin.