TAP məhsul modulları icmada təhlükəsiz şəkildə təmin oluna bilən hərəkət etməyə köməkçi məhsulların sadə növlərini əhatə edir.
Bu məhsulların hər biri haqqında məlumat almaq üçün aşağıdakı bölmələri oxuyun.
Gəzinti vasitələri
Yeriməyə yardımçı vasitələr şəxsə ayağa qalxmağa, oturmağa və yeriməyə kömək edir.
Müxtəlif növdə yeriməyə yardımçı vasitələr müxtəlif insanların ehtiyaclarına uyğun gəlir.
Geniş yayılmış bəzi nümunələr bunlardır:
- Əl ağacları

- Dirsəkaltı ağaclar

- Qoltuqaltı ağaclar

- Yeriməyə yardımçı çərçivələr

- Gəzinti üçün təkərli hərəkət vasitələri/rollatorlar

Yeriməyə yardımçı vasitələr aşağıdakılar üçün faydalı ola bilər:
- Yeriyə bilən, lakin təhlükəsiz və ya uzun məsafələrə yerimək üçün əlavə dəstəyə ehtiyacı olan.
- Yalnız bir qılçasına ağırlıq sala bilən. Məsələn, ayağı amputasiya olunmuş və ya ayaq zədəsi olan şəxslər
Yeriməyə yardımçı vasitələr və onları təmin etmək qaydaları barədə məlumat üçün TAP-ın yeriməyə yardımçı vasitələr haqqında modulu tamamlayın.
Portativ rampalar
Portativ rampalar yerə bərkidilməyən rampalardır. Onları şəxsin ehtiyacı olduğu yerə köçürmək mümkündür.
Portativ rampalar aşağıdakıları şəxslər üçün faydalı ola bilər:
- Əlil arabası, gəzinti üçün təkərli hərəkət vasitəsi/rollator və ya yeriməyə yardımçı çərçivə istifadə edən və
- Az sayda pilləkənləri olan sahələrə daxil olmağa ehtiyacı olan
- Portativ rampanı qaldırmaq üçün kifayət qədər güclü və ya bunu etmək üçün köməkləri olan.


Matiası xatırlayırsınız?
Mathias gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatordan istifadə edərək hərəkət edir. O, oğullarının evinə arvadı ilə birlikdə qonaq gəldiyi zaman onlar portativ rampa ilə gəlirlər. Rampa Mathiasa oğlunun evinə qapının ağzındakı üç kiçik pillə üzərindən girməyə imkan yaradır.
Portativ rampalar və onları necə təmin etmək barədə daha ətraflı məlumat almaq üçün TAP portativ rampalar haqqında modulu tamamlayın.
Tutacaqlar
Tutacaqlar ümumi zəifliyi və müvazinət zəifliyi olan insanları bir mövqedən digərinə təhlükəsiz şəkildə hərəkət etməsini dəstəkləyir.
Tutacaqlar aşağıdakılar üçün faydalı ola bilər:
- Yataq otağında, yaşayış yerlərində, hamamda, tualetdə və ya pilləkənlərdə hərəkət edərkən əlavə dəstəyə ehtiyacı olanlar
- Bir və ya hər iki əli ilə tutmağı bacaranlar

Tutacaqlar və onları necə təmin etmək barədə daha ətraflı məlumat almaq üçün TAP tutacaqlar haqqında modulu tamamlayın.

Deyvidi və onun arvadı Leytanqini xatırlayırsınız?
Deyvid zəifdir və özünə qulluq ilə bağlı bəzi yardımlar üçün Leytangidən asılıdır. Yerində ourmaq və çarpayıda hərəkət etmək üçün Deyvid üçün tutacaq quraşdırılıb. O, artıq Leytanqidən kömək istəmədən təhlükəsiz şəkildə yerində oturmağı bacarır.

Kalini xatırlayırsınız?
Kalinin yeriməyinə kömək etmək üçün onun yeriməyə yardımçı çərçivə ilə yanaşı, duşunda tutacaq da var. O, duşa girib-çıxarkən müvazinətini saxlamaqda kömək etmək üçün tutacaqlardan tutur.
Transfer lövhələri
Bədəninizi bir yerdən başqa yerə köçürmək " transfer " adlanır.
Transfer üçün sürüşkən lövhələr insanların bir yerdən başqa yerə hərəkət etməsinə kömək edir.


Transfer üçün sürüşkən lövhələr aşağıdakılar üçün faydalı ola bilər:
- Ayağa qalxmaqda və ya ayaqları vasitəsilə ağırlıq götürməkdə çətinlik çəkənlər
- Bir yerdən başqa yerə köçmək üçün başqa bir şəxsin köməyinə ehtiyacları olanlar.

Transfer üçün sürüşkən lövhələr və onları necə təmin etmək barədə daha ətraflı məlumat almaq üçün TAP transfer üçün sürüşkən lövhələr haqqında modulu tamamlayın.
Terapevtik ayaqqabılar
Müalicəvi ayaqqabılar yara inkişafı riski olan ayaqları qorumağa və dəstəkləməyə kömək edən xüsusi xassələrə malik ayaqqabılardır.


Müalicəvi ayaqqabı və onları necə təmin etmək barədə daha ətraflı məlumat almaq üçün TAP Müalicəvi ayaqqabı haqqında modulu tamamlayın.