Bu mövzuda siz müalicəvi ayaqqabıların uyğunluğunu necə yoxlamağı öyrənəcəksiniz.
Uyğunluğun yoxlanılması

Şəxsdən və ya onun dayəsindən müalicəvi ayaqqabını geyinməyi xahiş edin. Lazım gələrsə, corablarda qırışların qarşısını almaq üçün onlara kömək edin.

Ayaq üstə dayanarkən uyğunluğun yoxlanılması

Ayaq üstə dayanıb corab geyinən şəxs ilə ayaqqabı ölçüsünü yoxlayın:
- Dərinlik: Ayaqlar sərbəst şəkildə yuxarı və aşağı hərəkət edir (qıvrılır)
- Uzunluq: Əlin baş barmağı ilə basdıqda ayaqqabıda ayağın baş barmağı ilə ayaqqabının ucu arasında boşluğun olması
- Daban:
- Ayaqqabının arxası daban və topuğa rahatlıqla uyğun gəlir
- Ayaqqabının arxasından daban sürüşmür və çölə çıxmır
- Eni: Nə çox sıx deyil, nə də boş.
Müalicəvi ayaqqabın uyğunluğunu yoxlamaq üçün bu videoya baxın.
Əgər ayaqqabının eni, uzunluğu, dərinliyi və ya dabanı uyğun gəlmirsə, ayaqqabının başqa ölçüsünü və/və ya üslubunu sınayın.
Əgər düzgün ölçünü tapmaq mümkün deyilsə, ayaqqabı ilə təmin etməyin və ayaq klinikasına yönəldin.
Yeridikdən sonra uyğunluğu yoxlamaq

5 dəqiqə durub yeridikdən sonra uyğunluğu və rahatlığı yoxlayın:
- Şəxsdən ayaqqabıda özünü rahat hiss edib-etmədiyini soruşun.
- Yadda saxlayın ki, bəzi insanlar ayaqlarını hiss etmirlər. Ayaqları da diqqətlə yoxlamalısınız.
- Ayaqqabı və corabı çıxarıb hər ayaqda təzyiq və ya sürtünmə əlamətlərinin olub-olmadığını yoxlayın.
Bu sonuncu yoxlama ayaqqabıların düzgün uyğun olduğuna və şəxsin ehtiyaclarını qarşıladığından əmin olmaqdır.

Rahatlıq və uyğunluq
Müalicəvi ayaqqabılar uyğunlaşdırılan zaman tam uyğun gəlməlidir. Ayaqqabılar şəxsə rahat gəlməlidir. Ayaqqabılar şəxsə zərər verməməlidir.
Təzyiq və sürtmə əlamətləri
Təzyiq və sürtmə əlamətləri belə ola bilər:
- Qızartı
- Qaralmış nahiyələr
- Dərin corab izləri.
Əlamətlərin yox olması üçün nə qədər vaxt lazım gəldiyini yoxlayın. Tez yoxa çıxan əlamətlər problem yarada bilməz, lakin 10 dəqiqədən sonra da orada olan əlamətlər ayaqqabıların çox kiçik olduğunu və ya tam uyğun olmadığını göstərə bilər.
Ümumi təzyiq nahiyələri
Ayaqda təzyiqin və sürtünmənin ən çox baş verdiyi nahiyələr aşağıdakılardır:
- Ayaqların sümüklü nahiyələri, məsələn:
- Baş barmaqların üst hissəsi
- Ayaqların kənarları
- Barmaqların altı
- Ayaqların topları
- Daban.



Sual

Cospehina ilə görüş
Cozefina müalicəvi ayaqqabılar üçün qiymətləndirmədən keçir. Aşağıdakı vəziyyətlər üçün suallara cavab verin.
Cozefina müalicəvi ayaqqabılarla yeriyərkən ayaqqabıların dabanlarının sürüşdüynü görürsünüz.
1. Bu, nə deməkdir?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız.
Tənzimlənən qayışa müvafiq sıxlığın tətbiq edilib-edilədiyini yoxlayın. Əgər ayaqqabılar hələ də sürüşürsə, başqa ölçünü sınayın.
c səhvdir.
Kiçik ölçülü ayaqqabı xəsarətə səbəb olacaq, lakin daban sürüşməyəcəkdir.
Cospehina çoxlu ayaqqabıları sınamaqdan yorulub. O deyir ki, seçdiyiniz ayaqqabılar rahatdır və uyğunluğu qiymətləndirmək narahatlıq yaratmır.
2. Nə etməlisiniz?
Əgər b-ni seçmisinizsə, haqlısınız.
Əgər ayaqqabı sizə düzgün uyğunlaşdırılmasa, o sizə xəsarət yetirə və ayaq yaraları yarada bilər.
a və c səhvdir.
Düzgün uyğunluq qiymətləndirməsi aparmadan ayaqqabı ilə təmin etmək təhlükəlidir.
Siz Cospehinanın ayaq xəritəsini yoxlayırsınız və onun əvvəllər ikinci barmağının üstündə yara olduğunu görürsünüz.
3. Ayaqqabını uyğunlaşdıran zaman bunu necə nəzərdən keçirirsiniz?
Uyğun gələnlərin hamısını seçin.
Əgər a və b-ni seçmisinizsə, haqlısınız.
Həmişə şəxs üçün konkret ayaq barmaqları üçün dərinliyi qiymətləndirin. Əgər barmaq üçün kifayət qədər boşıuğun olmadığından narahatsınızsa, burnu açıq səndəl yaxşı seçimdir.
c səhvdir.
Yara sağaltdıqdan sonra dəri daha da zəifləyəcək və növbəti ayaq yaraları əmələ gəlmə ehtimalı olacaqdır.
Yönləndirmək
Uyğun olmayan ayaqqabılar xəsarətə səbəb ola bilər. Əgər siz şəxs üçün uyğun ayaqqabını təmin edə bilmirsinizsə, onu ayaq klinikasına yönəldin.