Skip to main content
Hərəkətlilik

Plan

Dərs: 2 of 5
Mövzu: 4 of 4
0% Tamamlandı

Şəxsin müalicəvi ayaqqabılarla təmin edilməsi üçün münasib olub-olmadığını müəyyən etmək üçün artıq siz bütün qiymətləndirmələri və ölçüləri tamamlamısınız.

Siz həm də şəxs ilə növbəti addımlarınızı planlaşdıra bilərsiniz.

Qiymətləndirmə formasının Planlaşdırma hissəsi.

Müalicəvi ayaqqabıları təmin edilməsi

Qiymətləndirmədən əldə edilən məlumatlardan istifadə edərək, şəxsə müalicəvi ayaqqabıların təmin edilməsinin münasib olub-olmadığını müəyyən edin.

Əgər cavab bəlidirsə:

  • Seçilmiş müalicəvi ayaqqabıları təyin edin
  • Başqa xidmətə yönəldin
  • Təhsil yoxlama siyahısını öyrədin
  • İzləmə tarixlərini təyin edin

Əgər cavab xeyrdirsə:

  • Başqa xidmətə yönəldin.

Öyrətmək

Şəxsin qiymətləndirilməsi və seçiminə əsaslanaraq, ona müalicəvi ayaqqabı və ayağa qulluq haqqında nəyi öyrətməyin yararlı olacağına qərar verin.

Uyğun olduqda şəxsin ailəsini və ya qulluq edən şəxsi cəlb edin.

Növbəti dərsdə şəxsə nə öyrətməli olduğu barədə daha çox məlumat əldə edəcəksiniz.

Yönləndirmə

Başqa xidmətə yönləndirilmə tələb oluna bilər.

Formaya yenidən baxın və qiymətləndirmə və ya uyğunlaşdırma prosesinin hər hansı bir hissəsinin yönləndirməyə səbəb olub-olmadığını yoxlayın.

Yaraya qulluq / ayaq poliklinikası

Əgər şəxsə lazımdırsa, işarə edin:

  • Yaranın idarə edilməsi
  • Orta və yüksək səviyyəli riskli ayaqların növbəti qiymətləndirməsi.

Protezlər və ortopedik vasitələr

Əgər şəxsdə aşağıdakılar varsa, protez və ya ortopedik vasitənin qiymətləndirməsinə yönəldin:

  • Amputasiya, lakin heç bir protezin olmaması
  • Müalicəvi ayaqqabılar üçün münasib olmayan ayaqlar
  • Yaranın və ya amputasiyanın tarixi.

Köməkçi məhsul

Buraya görmə, hərəkət və ya özünə qulluq etmək üçün köməkçi məhsullar daxil ola bilər.

Digər

Əgər şəxs başqa bir yönləndirmədən faydalanacaqsa, bunu yazın.

Müzakirə

Həmkarınızla TAP müalicəvi ayaqqabının qiymətləndirilməsi forması ilə bağlı fikirlərinizi və suallarınızı müqayisə edin.

Müzakirə mövzularının nümunəsi:

  • Qiymətləndirmənin hansı hissələri sizə tanışdır
  • Hansı hissələri yenidir?
  • Forma aydındır, yaxud daha çox informasiyaya ehtiyac var?
  • Sizcə, formadan istifadə etməklə qiymətləndirmə aparmaq nə qədər vaxt çəkəcəkdir?

İzləmək

İzləmək müalicəvi ayaqqabının tam uyğun olması və şəxsin ehtiyaclarını qarşılamasından əmin olmaq üçün vacibdir.

Aşağıdakı hər ikisindən sonra şəxsi izləmək üçün tarixi müəyyən edin:

  • Bir həftə
  • Bir ay.

Onlar həmçinin ikinci izləmədən sonra hər 12 aydan bir izləmədən keçməlidir.

İzləmə haqqında dördüncü dərsdə daha ətraflı məlumat alacaqsınız.

İkinci dərsi tamamlamısınız!