Skip to main content
Hərəkət etməkdə

Qiymətləndirmə

Dərs: 2 of 5
Mövzu: 2 of 4
0% Complete

Başlamamışdan əvvəl

Müalicəvi ayaqqabının nə üçün tövsiyyə edildiyini  şəxsə izah edin.

Müalicəvi ayaqqabılar geyinildikdə qəribə görünə və hiss edilə bilər. İnsanlar onlar üçün həmin ayaqqabıların nəyə görə vacib olduğunu tam başa düşsələr, çox ehtimal ki, onları geyinərlər.

Bu ayaqqabının nəyə görə tövsiyyə edildiyini izah etməyə vaxt ayırın.

Müalicəvi ayaqqabılar üçün qiymətləndirmə

Müalicəvi ayaqqabın şəxs üçün uyğun olduğunu təsdiq etdikdən sonra növbəti addımlar aşağıdakılardır:

  • Ayaq problemlərini yoxlayın
  • Şəxsin ayağını ölçün
  • Şəxsin ayaqqabıları geyinib-soyunmaq qabiliyyətini yoxlayın və hər gün onun ayaqlarını yoxlayın.

Formanın Müalicəvi ayaqqabılar üçün qiymətləndirmə hissəsi

Ayaq problemlərini yoxlayın

Müalicəvi ayaqqabının uyğunluğuna təsir edə biləcək ayaq problemlərini yoxlayın.

Formanın Ayaq problemlərini yoxlama bölməsi.

Müalicəvi ayaqqabılar qeyri-adi ayaq forması və/və ya ayaq problemi olan insanlar tərəfindən geyinilə bilər. Ayaqqabının rahatlıqla uyğunlaşa biləcəyini yoxlayın.

Ayaq problemlərini axtarın

Yoxlayın: Şəxsin ayaqlarına baxın:

Formanın Ayaq problemlərini axtarın bölməsi.

Onun hər iki ayağını aşağıdakıları axtarmaq üçün diqqətlə yoxlayın:

  • Qeyri-adi ayaq / ayaq barmaqlarının formaları
  • Dəri və ya dırnaq problemləri
  • Qızarmış nahiyələr
  • Əvvəlki ayaq yaraları (çapıqlar)
  • Ayaqqabının sürtə bildiyi nahiyələr.

Bütün bunlar ayaqqabının təzyiqə və ya sürtünmələrə səbəb ola biləcəyi riskini artırır. Təzyiq və ya sürtünmə diskomfort, ağrı və ya yaraya səbəb ola bilər.

Səhiyyə işçisi şəxsin ayağını tutmaq və yoxlamaq üçün əlcək taxır.

Şəxsin ayaqlarını diqqətlə yoxlamağı öyrənmək üçün bu videoya baxın.

Ayaq problemləri barədə soruşmaq

Formanın Ayaq problemləri haqqında soruşmaq bölməsi

Soruşun: Ayaqlarınız hər gün şişir və ya ölçüləri dəyişir?

Bəzi insanların ayaqlarında şişkinlik baş verə bilər. Bu, şəxsin fəaliyyətindən və mövqeyindən asılı olaraq gündüz və ya gecə baş verə bilər.

Əgər şəxs gün ərzində mütəmadi olaraq şişkinlik keçirirsə:

  • Onun şişkən ayaqlarını ölçün

və ya

  • Şişməyə yer vermək üçün ayaqqabının ölçüsünü artırın.

Şişmiş ayağın üzərində dəriyə barmaqla basmaq.

Soruşun: Ayaq üçün ortopedik vasitələr geyinirsiniz?

Ayaq üçün ortopedik vasitə ayaqqabının içindəki yerin həcmini azalda bilər.

Əgər şəxs ayaq üçün ortopedik vasitədən istifadə edirsə, onun müalicəvi ayaqqabısını ayaqqabıdakı ayaq üçün ortopedik vasitə ilə uyğunlaşdırın.

Ayaq üçün ortopedik vasitəyə yer ayırmaq üçün siz içliyi gərək müalicəvi ayaqqabıdan çıxarasınız.

 Sual

Şəxsə ayaq üçün ortopedik vasitə təyin edilib.

Mütləq bunları edin:



Əgər b-ni seçmisinizsə, haqlısınız.

Şəxs öz ayaq üçün ortopedik vasitəsini müalicəvi ayaqqabında istifadə etməlidir. O, içliyi müalicəvi ayaqqabının içərisindən çıxarmalı, sonra isə ortopedik vasitəni içəriyə yerləşdirməlidir.

Ayaq ölçülərini müəyyən etmək

Formanın Ayaq ölçülərini müəyyən etmək bölməsi.

1. Şəxsin ayağını kağız üzərinə qoyub qələm ilə ətrafından çəkin

Şəxs ayağını kağız üzərinə qoyur, səhiyyə işçisi isə qələm ilə onun ayağının ətrafından çəkir.

Kağız üzərində ayağını qoyan şəxsin yaxından görünüşü. Onun ayağının ətrafındakı xətti aydın görmək olur.

2. Xətkeşdən istifadə edərək, şəxsin ayağının şəklinin üzərində onun enini və uzunluğunu ölçün.

Xətkeşdən istifadə edərək, şəxsin ayağının şəklinin üzərində onun enini ölçür

Xətkeşdən istifadə edərək, şəxsin ayağının şəklinin üzərində onun uzunluğunu ölçür

3. Formaya hər bir ayağın uzunluğunu və enini qeyd edin.

Ayaqların toplarından eninə xətt çəkilmiş ayaq.

Ayağın eni

Ən hündür ayaq barmağının ucundan dabanın ucuna qədər xətt çəkilmiş ayaq.

Ayağın uzunluğu

Şəxsin ayağının ətrafını necə izləmək və sonra ayaq ölçüsünü müəyyən etmək üçün bu videoya baxın.

Məşğələ

Təsvir olunan çəkiliş metodundan istifadə edərək ayağın enini və uzunluğunu ölçməyi məşq edin.

Məsləhətlər:

  • Qələmi dik tutun və dəqiq çəkmək üçün şəxsin ayağının kənarına yaxın yerdə saxlayın.

Kağız üzərində ayağını qoyan şəxsin yaxından görünüşü. Onun ayağının ətrafındakı xətti aydın görmək olur.

  • Kağızdan ölçərkən hər ayağın tam enini və hər ayağın tam uzunluğunu ölçün.

Ayaqların toplarından eninə xətt çəkilmiş ayaq.

Ayağın eni

Ən hündür ayaq barmağının ucundan dabanın ucuna qədər xətt çəkilmiş ayaq.

Ayağın uzunluğu

Qabiliyyət yoxlaması

Soruşun:

  • Ayaqqabınızı özünüz geyinib-soyuna bilirsinizmi?
  • Ayaqlarınızın altına çatıb baxa bilirsinizmi?

Formanın Qabiliyyət yoxlaması bölməsi.

Şəxs hər gün ayaqqabılarını geyinib-soyunmağı, ayaqlarını yoxlamağı bacarmalıdır.

O, bu işləri kömək olmadan etməkdə çətinlik çəkə bilər. Bunun səbəbi aşağıdakılar ola bilər:

  • Ayaqlarına çata bilmir
  • Əllərinin hərəkəti azalıb
  • Görmə problemləri var.

Əgər şəxs ayaqqabılarını asanlıqla geyinə və ya çıxara bilmirsə və ya ayaqlarını yoxlaya bilmirsə, onun ailə üzvü və ya dayəsinin köməyinə ehtiyacı ola bilər.

O, həmçinin digər köməkçi məhsullara və ya başqa bir səhiyyə mütəxəssisinə yönəldilməkdən faydalana bilər.

Sual

Ayaqlarını asanlıqla yoxlaya bilməyən şəxsə daha nə təklif edə bilərsiniz və ya onunla daha nə müzakirə edə bilərsiniz?

Uyğun gələnlərin hamısını seçin.




A, b və c-ni seçmisinizsə, haqlısınız.

Əgər şəxs ayaqlarını asanlıqla yoxlaya bilmirsə, o halda o, yara əmələ gətirmək və diqqətdən yayınmaq təhlükəsi ilə üz-üzədir. Onunla görmə haqqında danışmaq vacibdir.

c səhvdir.

Şəxslə görmə ilə bağlı problemlər barədə danışmaq vacibdir.

Görmə müayinəsi qaydaları barədə məlumat almaq üçün TAP Görmə üçün köməkçi vasitələr haqqında modulu tamamlayın.

Sınamaq üçün müalicəvi ayaqqabını seçin

Formanın Sınamaq üçün müalicəvi ayaqqabını seçin bölməsi

Növbəti addım şəxsin nə dərəcədə uyğun olduğunu görmək üçün sınamaq məqsədilə bir cüt müalicəvi ayaqqabını seçməkdən ibarətdir

Buraya daxildir:

  • Ayaqqabı növünün seçilməsi
  • Ayaqqabı ölçüsünün seçilməsi.

Ayaqqabı növünün seçilməsi

Ayaqqabı növünün seçilməsi hansı ayaqqabıların mövcud olduğundan asılı olacaqdır.

Dərsdə təsvir olunan ayaqqabıların geniş yayılmış növləri bunlardır:

  • Bağlı ayaqqabı
  • Açıq dabanlı ayaqqabı
  • burnu açıq səndəl.

Hansı ayaqqabı növünün şəxsin ehtiyaclarına uyğun olacağını onunla müzakirə edin.

Yadda saxlayın:

  • Bağlı ayaqqabılar ən çox qorunmanı təmin edir və soyuq havada yaxşıdır. Bununla belə, əgər şəxsin qeyri-adi formalı ayağı varsa, onları uyğunlaşdırmaq nisbətən çətin ola bilər.
  • Açıq dabanlı ayaqqabılar və ya burnu açıq səndəllər nisbətən isti iqlimlərdə daha yaxşı ola bilər və qeyri-adi formalı ayaq üçün əlavə boş yeri təmin edə bilər.

Əgər rəng seçimi varsa, ondan hansı rəngə üstünlük verəcəyini soruşun.

Ayaqqabı ölçüsünün seçilməsi

Hansı ölçülü ayaqqabını sınamağa qərar vermək üçün ayaq ölçülərindən və təchizatçının ölçü təlimatından istifadə edin.

Daha böyük ayaq üçün olan ayaqqabı ölçüsünü seçin. Bununla belə, hər bir ayağın ölçüsü 2 və ya daha çox ölçü fərqli olarsa, hər ayaq üçün ayrı-ayrı ölçülərə diqqət yetirin.

 Sual

Şəxsin ayaq ölçüsü ilə yanaşı, ayaqqabı ölçüsünə daha nə təsir edə bilər?

Uyğun gələnlərin hamısını seçin.




If you selected a, c and d, you are correct.A person may need a larger size if they:

  • Ayaq şişməsi ilə üzləşirsə
  • Ayaq üçün ortopedik vasitə geyinirsə
  • Qeyri-adi formalı ayağı varsa.

Daha böyük ölçünün olması şişlik, ortopedik və ya ayağın forması üçün əlavə yer verəcəkdir.

b səhvdir. Çox böyük olan ayaqqabı tam uyğunlaşan ayaqqabı ilə eyni səviyyədə dəstək və qorunmanı təmin etməyəcəkdir.

Ayaqqabı rənginin seçilməsi

Əgər müvafiq növdə və ölçüdə müxtəlif rənglər varsa, şəxsin öz üstünlük verdiyi rəngi seçməsinə imkan yaranın.