Skip to main content
Hərəkətlilik

Ayaq müayinəsi

Dərs: 2 of 5
Mövzu: 1 of 4
0% Tamamlandı

Əgər siz hələ TAP müalicəvi ayaqqabının qiymətləndirilmə formasını yükləməmisinizsə, onu yükləyin və nüsxəsini çap edin.

Əgər formanı yükləyə bilmirsinizsə, narahat olmayın. Formadakı sualların hər biri modulun bu bölməsini  keçərkən aydın şəkildə göstərilir.

Bu piktoqramı hər dəfə gördüyünüz zaman bu, o deməkdir ki, şəxsi yönləndirməyə ehtiyac ola bilər.

Şəxsin hazırlanması

Qiymətləndirməni həyata keçirmək üçün şəxslə oturmaq üçün sakit yer tapın.

Həmçinin münasib olduqda ailə üzvləri və/və ya qulluq edən şəxsləri də iştiraka cəlb edin.

Ahıl qadın Kali və onun qızı qiymətləndirmə zamanı tibb işçisi ilə söhbət edir.

Şəxs haqqında məlumat

Adı, cinsi, yaşı, telefonu və ünvanı daxil olmaqla şəxs haqqında əlaqə məlumatlarını toplamaqla başlayın.

Müalicəvi ayaqqabılar üçün münasibliyi yoxlayın

Ayaq müayinəsi və qiymətləndirməni həyata keçirmək üçün şəxs ilə oturmaq üçün sakit yer tapın.

Formanın Münasibliyi yoxlayın hissəsi

Ayaq yarası riskinin səviyyəsini yoxlayın

Yoxlayın:

Ayaq müayinəsində yara riski səviyyəsi:

  • Aşağı
  • Orta və ya yüksək.

Şəxsi müalicəvi ayaqqabı üçün qiymətləndirməzdən əvvəl ayaq yarası inkişaf riskinin səviyyəsini müəyyən etmək üçün onun son dövrlərdə ayaq müayinəsindən keçib-keçmədiyini yoxlayın.

Əgər o, son bir ay ərzində ayaq müayinəsindən keçməyibsə, ilk addım kimi onun yenidən ayaq müayinəsini aparın.

Ayaq müayinəsi həyata keçirməyi öyrənmək üçün TAP Hərəkət etməyə köməkçi məhsullar moduluna baxın.

Sual

Cümlələrdən hansı doğru və ya yanlışdır?

1. Ayaq yarası riski səviyyəsi aşağı olan şəxsə müalicəvi ayaqqabı lazım deyil.


Əgər siz doğrudur cavabını seçmisinizsə, haqlısınız. Əgər şəxsin ayaq yarası riski səviyyəsi aşağıdırsa, ona münasib ayaqqabı geyinməyi tövsiyə edin.

2. Ayaq yarası riski səviyyəsi orta və ya yüksək olan şəxs müalicəvi ayaqqabılar üçün qiymətləndirilə bilər


Əgər siz doğrudur cavabını seçmisinizsə, haqlısınız. Əgər şəxsin ayaq yarası riski səviyyəsi orta və yüksəkdirsə, onun üçün müalicəvi ayaqqabı qiymətləndirilməsini davam etdirin.

Amputasiya və ya yaralar üzrə ayaqları yoxlayın

Yoxlayın:

  • Ayaq barmağının və ya ayağın qismən amputasiyası
  • Cari ayaq yarası.

Əgər şəxsdə aşağıdakı hallar varsa, onu müalicəvi ayaqqabılar ilə təmin etməyin:

  • Ayaq barmağının və ya ayağın qismən amputasiyası və heç bir protez və ortezin olmaması
  • Cari ayaq yarası.

Hər iki halda şəxsin daha mürəkkəb ayaq qulluğuna və ayaqqabıya ehtiyacları olacaq. Onu ayaq klinikasına yönəltmək lazımdır.

Əgər şəxsin aputasiya olunmuş ayaq barmağı və ya ayağı üçün protez və ya ortezi varsa, siz qiymətləndirməyə davam edə bilərsiniz.

Əgər şəxsdə aşağıdakı hallar varsa, hər zaman yönəldin:

  • Ayaq barmağı və ya ayağının bir hissəsi apmputasiya edilib və protez və ya ortez geyinməyib
  • Cari ayaq yarası.

Sual

Rubi klinika çarpayısında oturur, səhiyyə işçisi isə onun ayaqlarını müayinə edir.

Rubi ilə tanış olun

Rubinin ayaq barmağı amputasiya edilib. O, yeriyərkən bədənini ağırlığı ayağının qalan hissələrinin üzərinə yayılır.

Ayağının həmin hissəsində təzyiqin artması səbəbindən o, daha bir ayaq yarası əmələ gələ biləcəyi təhlükəsi ilə üz-üzədir.

Rubidə nə protez, nə də otrez var.

Rubiyə müalicəvi ayaqqabılar uyğunlaşdırmaq olarmı?


Əgər xeyr cavabını seçmisinizsə, haqlısınız. Rubi ayaq barmağının amputasiyasına görə müalicəvi ayaqqabından təhlükəsiz şəkildə istifadə edə bilmir.

Əgər Rubidə protez və ya otrez olsaydı, o, müalicəvi ayaqqabı geyinə bilərdi.