Plan (o cümlədən yönləndirilmə)

Mövzunun davamı:

Tədbirlər planının icmalı

Qiymətləndirmədən sonra şəxslə plan qurun. Birlikdə aşağıdakılara dair qərar verin:

  • Ona tualet kreslosu və/və ya duş kreslosu lazımdırmı
  • Hansı xassələri vacibdir, o cümlədən çəki limiti
  • O, başqa yardımçı cihazdan və/və ya digər xidmətlərə yönləndirilməkdən faydalana bilərmi

Qiymətləndirmə formasının Plan bölməsi

Planın doldurulmasına kömək etmək üçün qiymətləndirmə formasının arxasındakı seçim cədvəlindən istifadə edin.

O, şəxsin ehtiyaclarından asılı olaraq duş və ya tualet kreslosunun hansı xassələrinin nəzərə alınacağını göstərir.

Qiymətləndirmə formasının 2-ci səhifəsində seçim cədvəli.

İndi isə gəlin, hər bir şəxsin fərdi ehtiyaclarını və onun üçün doğru planın nə ola biləcəyini düşünərək məşq edək.

Dai və Lola haqqında məlumatları oxuyun və aşağıdakı fəaliyyətləri tamamlayın.

Fəaliyyət

Dainin dizdən aşağısı amputasiya olunub və ayaq üstə durmaq üçün qoltuqaltı ağaclardan istifadə edir.

Dai ilə görüş

Dainin 65 yaşı var və o, bu yaxınlarda yol qəzasına düşüb. Onun dizdən aşağısı amputasiya olunub və çanağı zədələnib. Onun hələ hələ protez ayağı yoxdur və hərəkət etmək üçün qoltuqaltı ağaclardan istifadə edir.

Qiymətləndirmə müsahibəsi zamanı Dai sizə deyir ki, o, evdə ailə hamamına daxil olmağı bacarır. Bununla belə, onaların döşəmədə yerləşən unitazı var və o, çömbələ bilmir.  Ona həm də ayaq üstə dayanmaq ağrılı və çətin gəlir.

Daidə yataq yarasının əlamətləri yoxdur və yataq yarasının inkişaf riski yoxdur.

1. Dai tualet kreslosundan fayda əldə edərmi?



Bəli, döşəmədə yerləşən unitazın üstünə qoyulan tualet kreslosu Dainin oturması, ayağa qalxması və tualetdə müvazinətin təmin edilməsi üçün şəraiti daha da asanlaşdırıb.

2. Dai duş kreslosundan faydalanacaqmı?



Bəli, çünki bu, Dai üçün daha təhlükəsiz olardı və yuyunmaq üçün oturanda ağrısı daha az olardı.

3. Tualet kreslosu və duş kreslosunun Dai üçün faydalı olacağını düşündüyünüz xassələrini işarələyin.







Söykənəcək və qoltuqaltılar cavabları doğrudur.

Dai ailə hamamına gedə biləcəyini söyləyir. Beləliklə, ona tualet kreslosu üçün çıxarıla bilən vedrə lazım deyil. Onun həmçinin hər iki kreslo üçün təkərciklərə və ayaqaltılara ehtiyacı yoxdur.

Dai yataq yarası təhlükəsi ilə üz-üzə deyil, buna görə də onun döşəkli (yastıqlı) səthlərə ehtiyacı yoxdur.

Fəaliyyət

Lola adlı bir qadın əlində lövhə-planşet və qələm tutan başqa bir qadınla söhbət edir.

Lola ilə görüş

Lolanın 30 yaşı var və tualetə getməkdə problemlər yaşayır. O, tualetə nə vaxt getməli olduğunu hiss edə bilmir. O, təsadüfən sidik kisəsi və bağırsağını boşaltmaya başlayıb. Bu problemlər onda bir həftə əvvəl başlayıb. Bundan əvvəl onun heç bir çətinliyi olmayıb və sağlam olub.

Hansı tədbiri görməlisiniz?





Səhhətində problem yarana bildiyinə görə Lolanı dərhal səhiyyə mütəxəssisinə yönəldin.

İkinci dərsi tamamlamısınız!

Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yerləşdirin.

Müzakirə forumu