Duş kresloları

Mövzunun davamı:

Duş kresloları və stulları hərəkət qabiliyyəti, müvazinəti, gücü və ya fiziki koordinasiyası məhdud olan şəxslərə özlərini yuyarkən oturmağa imkan verir.

Onlardan duş sahəsi kimi insanların yuyunduğu yerdə istifadə etmək olar.

Qoltuqaltısı, söykənəcəyi olan və metal ayaqları və hər ayağın ucunda rezin tıxacları olan kreslo.

Duş kreslosu

Qoltuqaltıları, hər ayağının altında rezin tıxaclı metal ayaqları olan su keçirməyən stul.

Duş stulu

Sual

Duş kreslosunun və duş stulunun şəkillərinə baxın. Onlar arasında əsas fərq nədir?

Əsas fərq ondadır ki, duş kreslosunun söykənəcəyi var, duş stulunun isə yoxdur.

Söykənəcəkli duş kreslosu adətən, müvazinəti və koordinasiyası zəif olan şəxs üçün daha yaxşıdır. O həm də tez yorulan şəxs üçün faydalıdır.

Duş kresloları və stullarının bir çox növü vardır.

Duş kreslolarını seçərkən hər zaman bu vacib xassələri axtarın:

Vacib xassələr

Bütün duş kresloları və stulları mütləq:

  • Möhkəm və davamlı olmalıdır
  • Pasa və su keçirməyən olmalıdır
  • Bədən xəsarətinin qarşısını almaq üçün hamar səthə malik olmalıdır
  • Ayaqlarında rezin tıxacları olmalıdır (təkərləri olmadıqda)
  • Əyləcləri olmalıdır (əgər ayaqları deyil, təkərləri olarsa)
  • Hündürlüyü nizamlayan ayaqları olmalıdır
  • İstifadəçinin çəkisini daşımaq üçün konkretləşdirilməlidir.

Qoltuqaltısı, söykənəcəyi olan və metal ayaqları və hər ayağın ucunda rezin tıxacları olan kreslo.

Digər xassələri

Xüsusilə daha çox dəstəyə ehtiyacı olan və ya daha az mobilliyi olan insanlar üçün faydalı ola biləcək digər xassələr aşağıdakılardır:

  • Söykənəcək
  • Əyləclərlə döngə funksiyası olan təkərciklər
  • Yuxarıya qatlanan və ya hər tərəfə qatlanan qoltuqaltılar
  • Hündürlüyü nizamlanan və hər tərəfə qatlanan ayaqaltılar
  • Oturacaqlarda, qoltuqaltılarda və söykənəcəklərində döşəkləri (yastıqları) olan

Əyləclərlə döngə funksiyası olan təkərcikləri, hündürlüyü nizamlanan və qatalnan qoltuqaltıları, döşəkli oturacaqları, qoltuqaltıları və söykənəcəyi olan duş kreslosu.

Fəaliyyət

Xidmətinizdə və ya yaşadığınız ərazidə mövcud olan duş kreslolarına və/və ya stullara diqqətlə baxın.

  • Hər bir duş kreslosunda və ya stulunda neçə 'vacib xassə' var?
  • Hər bir duş kreslosunda neçə 'digər xassə' var?
  • Duş kreslolarının yuxarıda qeyd olunmayan digər xassələri varmı?

Kombinə olunmuş duş və tualet kresloları

Bəzi tualet kresloları elə konstruksiya edilir ki, onlardan duş kreloları kimi də istifadə etmək mümkün olsun.

Bu, həm tualet kreslosu, həm də duş kreslosuna ehtiyacı olan şəxs üçün faydalı ola bilər, çünki ona yalnız bir məhsul lazımdır.

Əyləcli döngə funksiyası olan təkərcikləri, hər tərəfə qatlanan qoltuqaltıları olan, hündürlüyü nizamlanan, hər tərəfə qatlanan ayaqaltıları, döşəkli oturacağı, qoltulatıları və söykənəcəyi olan kreslo.

İxtisaaslaşdırılmış duş və tualet kresloları

Bəzi duş və tualet stullarının əlavə postural dayağı var. Bunlar dik oturmaqda çox çətinlik çəkən uşaqlar və ya böyüklər üçün lazımdır.

Söykənəcəyi, başaltısı və yanları olan kreslo. Oturacağında kəsilib çıxarılmış  dəlik və ayaqaltılarında döngə funksiyası olan təkərcikləri var.

Bu modulda ixtisaslaşmış duş və tualet kreslolarının təmin edilməsi ilə bağlı bələdçi təmin edilmir.

Müzakirə forumu