Tualet və duş kreslolarından kim istifadə edir?

Mövzunun davamı:

Uşaqlar, böyüklər və ahıllar müxtəlif səbəblərdən müxtəlif növ tualet və duş kreslolarından istifadə edirlər.

Bu səbəblər çox vaxt aşağıdakılardan ibarət olur:

  • Ətraf mühit baryerləri
  • Fiziki qabiliyyətlər.

Sual

1. Tualetə getmək və ya özünü yumağın çətin olması ilə bağlı bəzi səbəblər aşağıda sadalanıb.

Hansının ətraf mühit baryerləri olduğğunu seçin.





Ətraf mühit baryerləri bunlardır:

  • Tualetə və ya yuyunma sahəsinə gedən yolun dar, kələ-kötür, kobud və ya dik olması
  • Tualetə və ya yuyunma sahəsinə məsafənin çox uzun olması
  • Tualetə və ya yuyunma sahəsinə gedən yolda pilləkənlərin olması.

2. Tualetə getmək və ya özünü yumağın çətin olması ilə bağlı digər səbəblər aşağıda sadalanıb.

Hansının şəxsin fiziki qabiliyyətlərinə görə olduğunu seçin.





Fiziki qabiliyyət səbəbləri bunlardır:

  • Şəxsin oturarkən və ya çömbələrkən çətinlik çəkməsi
  • Şəxsin ayaq üstə dura bilməməsi, yaxud təhlükəsiz şəkildə ayaq üstə durmaqda çətinlik çəkməsi
  • Şəxsin ötən il bir dəfədən çox yıxılması və ya yıxılmaqdan qorxması.

Bu məhsullardan istifadə edən şəxslər və istifadə ilə bağlı bəzi nümunələri görmək üçün oxumağa davam edin.

Eynək, başmaq və belinə dəsmal dolamış Piter əlil arabasından duş kreslosuna keçir. O, bir əlini əlil arabasının qoltuğundan, digər əlini isə duş kreslosunun oturacağından tutub.

Piter ilə görüş

Piterin onurğa beyni zədələnib və ayaqlarını tərpədə bilmir. O, hərəkət etmək üçün əlil arabasından istifadə edir.

Piter yuyunmaq üçün ayağa qalxa bilmədiyinə görə duş kreslosundan istifadə edir. Onun hamamı əlçatandır. O, oraya özü çata və əlil arabasından duş kreslosuna transfer edə bilər.

Sağ qolu ilə əl ağacından istifadə edən Aida, sol qolu bədəninə doğru əyilib.

Aida ilə görüş

Aida insult keçirməsi nəticəsində sol tərəfi zəifləyib. O, hərəkət etmək üçün əl ağacından istifadə edir.

Onun hərəkət qabiliyyətinin məhdud olması o deməkdir ki, lazım olduqda o, tualetə çatmaq üçün kifayət qədər sürətli hərəkət edə bilmir. O, unitaza oturub ayağa qalxmaqda da çətinlik çəkir.

Unitazın üstündə çıxarıla bilən vedrəsi olan tualet kreslosu quraşdırılmışdır. Tualet kreslosunun oturacağı daha yüksəkdə yerləşir və qoltuqaltıları ondan tutmağa kömək edir.

Qoltuqaltıları olan tualet kreslosundan istifadə Aidanın köməyinə çatır. O, ayağa qalxanda dəstək üçün dəstək üçün qoltuqaltılardan istifadə edir.

Tualet kreslosu gün ərzində unitazın üstündə yerləşdirilir və qızı ona oraya çatmağa kömək edir.

Vedrəli tualet kreslosu çarpayının yanında qoyulub və çarpayıya ən yaxın qoltuqaltı aşağı salınıb.

Gecələr tualet kreslosu onun çarpayısının yanında qalır. Bu isə onun özünün tualetə çıxmağını asanlaşdırır.

Aida duş kreslosundan da istifadə edir.

Növbəti dərsdə siz şəxsin ehtiyaclarına əsasən müvafiq tualet və ya duş kreslosunu seçməyi öyrənəcəksiniz.

Birinci dərsi tamamladınız!.

Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yerləşdirin.

Müzakirə forumu