Köməkçi məhsullar insanların başqa cür yaxşı icra edə bilməyəcəkləri və ya ümumiyyətlə edə bilməyəcəkləri tapşırıqları icra etmək üçün istifadə etdikləri məhsullardır.
Köməkçi məhsullardan uşaqlar, böyüklər və yahıllar istifadə edə bilərlər.
Köməkçi məhsullar həmçinin köməkçi cihazlar və ya yardımçı vasitələr də adlandırıla bilər.
Köməkçi məhsullar insanları bir çox sahələrdə dəstəkləyir. Düzgün köməkçi məhsul şəxsə dəstək ola bilər:
- Daxil olun və onların istədikləri və ya etməli olduqları işlərdə ştirak edin
- Daha sərbəst olun və dayənin dəstəyinə daha az ehtiyacınız olsun
- Daha yaxşı sağlamlıq və rifah əldə edin
Köməkçi məhsullarn insanlara gündəlik həyatlarında necə dəstək ola biləcəyini öyrənmək üçün videolara baxın.
Düşünmək üçün sual
- Videolarda insanların hansı köməkçi məhsullardan istifadə etdiyini görmüsünüz?
- Köməkçi məhsullar onların həyatlarında hansı fərqləri yarada bilər?
Bir çox müxtəlif köməkçi məhsullar mövcuddur. TAP modullarının hər biri vasitəsilə Siz ÜST-ün Əsas Köməkçi Məhsullar Siyahısına daxil olan köməkçi məhsulların bəziləri haqqında məlumat əldə edə bilərsiniz.
Bura kömək edə biləcək köməkçi məhsullar daxildir:
- İdrak (düşüncə) – məsələn, əşyaları yadda saxlamaq üçün həb/dərman qabları və ağ lövhələr


- Ünsiyyət – məsələn, ünsiyyət lövhələri, kitablar və kartlar

- Eşitmə – məsələn, işıq, səs və titrəyişdən istifadə edən eşitmə aparatları və həyəcan siqnalları


- Hərəkət (hərəkət etmək qabiliyyəti) – məsələn, yeriməyə yardımçı vasitələr, portativ rampalar və tutacaqlar




- Özünə qulluq – tualet və duş kresloları, absorbent bezlər və kateterlər




- Görmək (baxmaq) – məsələn, oxumaq üçün eynəklər, böyüdücülər, audiopleyerlər, səs və (və ya) toxunma vasitəsilə çalışan saatlar, görmə qabiliyyəti zəifləmiş və ya itirilmiş şəxslər üçün çubuq/ağ çəlik




Çox vaxt eyni köməkçi məhsulun çeşidləri çox (birdən çox növü) olur.
Məsələn:
- Yeriməyə yardımçı vasitələrə dirsəkaltı ağaclar, qolaltılar, yeriməyə yardımçı çərçivələr və əl ağacları daxildir.




- Böyüdücülərə portativ böyüdücülər (məsələn, cib lupaları), dayaqlı böyüdücülər/lupalar və eynək böyüdücülər (lupa eynəklər) daxildir.




Müzakirə
Bu mövzuda təqdim olunan köməkçi məhsullardan hər hansı birinin sizə və ya tanıdığınız insanlara necə kömək etdiyinə dair nümunələriniz varmı?
Bəs digər köməkçi məhsullar haqqında nə deyə bilərsiz?
Qrupda olsanız, nümunələri bir-birinizlə paylaşın.