Əsas məzmuna keçin
Mobillik

Giriş

Dərs: 1 of 4
Mövzu: 1 of 3
0% Tamamlandı

Bazarın yaxınlığında avtobus dayanır. Bir kişi iki qadın üçün qapını açır. Onlardan biri əl ağacından istifadə edir.

Hərəkət (mobillik) sərbəst və asan hərəkət etmək qabiliyyətidir.

Buraya uzanmış və ya oturmuş yerdən qalxmaq və oturmaq, bir yerdən başqa yerə getmək, piyada yerimək, qaçmaq və dırmaşmaq daxildir.

Hərəkət etməyə köməkçi məhsullarından hərəkət çətinliyi olan hər yaşdan olan insanlar istifadə edirlər.

Onlar aşağıdakıları edə bilərlər:

  • Şəxsə yerində oturmaq, transfer etmək, durmaq, yerimək və qaçmaqda kömək etmək üçün dəstəyi təmin edir
  • Başqa yolla hərəkət edə bilməyən insanların ehtiyaclarını təmin edir

Əlil arabasında bir xanım bir neçə ağacın yerləşdiyi yol ilə hərəkət edir və o zaman bir kişi də onun yanında  gedir.

  • Şəxsə sağlamlıqla bağlı problemləri idarə etməyə və ya onların qarşısını almağa kömək edin. Məsələn: yataq yaraları, ayaq yaraları, yıxılma, oynaqların sıxılması, ağrısı, nəfəs almaq və həzm çətinlikləri.

Bu qısa videoya baxın. Orada Solomon adalarında yaşayan Martin ona tam uyğunlaşdırılmış əlil arabasından və uyğun yastıqdan istifadə etməsi onun yataq yaralarının sağalmasına necə kömək etdiyini izah edir.

Düşünmək üçün sual

Hərəkət etməyə köməkçi məhsulların birindən və ya bir neçəsindən istifadə edən kimisə tanıyırsınız?

Əgər cavab bəlidirsə, onlar hansı köməkçi məhsuldan istifadə edirlər? Bu onlara necə kömək edir? Düşünün, görəsən, o, şəxsə aşağıdakıları etməkdə kömək edirmi:

  • Yerində oturmaq, transfer etmək, durmaq, yerimək və/və ya yıxılmamaq
  • Başqa formada hərəkət etmək
  • Sağlamlıq problemlərini idarə etmək və ya qarşısını almaq

Əlçatan mühitin yaradılması insanların mümkün qədər hərəkətli olmasına kömək edir.

Hərəkət cihazından istifadə edən şəxslər üçün ətraf mühitin fiziki cəhətdən daha əlçatan olması üçün bəzi vacib üsullar bunlardır:

  • Lazım olan yerlərdə rampalar və tutacaqlar quraşdırın
  • Qapı yollarını kifayət qədər genişləndirin
  • Yolları və digər açıq sahələri hamar edin
  • Maneələri aradan qaldırın
  • İnsanlara hərəkət etmək qabiliyyəti üçün onlara və onların hərəkət etməyə köməkçi məhsullarına yer açın.

Kali oturacaqda əyləşir, ətrafında oturacaqlarda oturan digər şəxslər onu izdihamla əhatə edib. Onun yeriməyə yardımçı çərçivəsi yanında saxlanıb.

Kali ilə görüş

Kali icma zalında keçirilən iclasda iştirak edib. O, əlil arabasına gəldi və içəri girmək üçün yeriməyə yardımçı çərçivəni götürdü.

Zalın qapısının ağzındakı rampa sayəsində Kalinin əlil arabası ilə içəri daxil olması asanlaşdı.

Onun zalın içində yeriməyə yardımçı çərçivə ilə hərəkət etmsi üçün kifayət qədər yer var idi.

Vanna otağı Kali üçün əlçatan idi, Kalinin yeriməyə yardımçı çərçivəsi ilə ətrafa döməsi üçün geniş qapıları və yer var idi. Kalinin tualetə girib-çıxmasını asanlaşdıran tutacaq da quraşdırılmışdır.

Kalinin iclasdan zövq aldı. O, özünü məmnun hiss etdi və digər icma üzvləri ilə birlikdə iclasa töhfə verə bildi.

Bu modulun sonunda 'Resurs' bölməsinin altında əlçatan mühitlər haqqında əlavə məlumat üçün keçidlər tapa bilərsiniz.