Şəxsin hərəkət etməyə köməkçi məhsullardan faydalanıb-faydalanmacağına qərar vermək üçün yoxlama formasının bu hissəsindən istifadə edin.

Yeriməyə yardımçı vasitələr və əlil arabaları
Şəxsdən soruşun:
Ayaq üstə durub gəzə bilərsənmi?
Yeriyə bilən, lakin təhlükəsiz şəkildə yerimək üçün köməyə ehtiyacı olan şəxslər yalnız qısa məsafələri yeriyə, bir ayağı ilə gyeriyə və ya yeriyərkən başqa çətinliklərlə qarşılaşa bilərlər.
Yeriməyə yardımçı vasitə üzrə qiymətləndirmə zamanı hansı növ yeriməyə yardımçı vasitəlnin daha münasib olacağı müəyyən ediləcəkdir.
Bəzi insanlar yeriməyə yardımçı vasitə və əlil arabasından faydalana bilərlər.

Kalini xatırlayırsınız?
Kalinin artriti var və o, zəifdir. O, qapalı məkanda düz yer səthində yerimək üçün yeriməyə yardımçı çərçivədən istifadə edir.
Bayırda və ya daha uzun məsafələrdə hərəkət etmək üçün Kali əlil arabasından istifadə edir.
Əlil arabasına ehtiyacı olan insanları əlil arabası xidmətinə yönəldin.
Fəaliyyət
Qarşınızda TAP Hərəkət etməyə köməkçi məhsul üzrə yoxlama formasının nüsxəsi olsun.
Aşağıda göstərilən araşdırma nümunəsi üçün yoxlama formasının 4-cü hissəsində yeriməyə yardımçı vasitə və/və ya əlil arabası bölməsini tamamlayın və hansı tədbirləri görəcəyinizə qərar verin.
Jaklin — zəif olan ahıl qadındır. O, hərəkət etməkdə çətinlik çəkir və köməyə ehtiyacı var.
Jaklin çox tez yorulduğu üçün yalnız qısa məsafələri yeriyə bilir. O, hər iki qılçasına ağırlıq sala bilir. Onun nə qılçasında, nə də ayağında zədə yoxdur.
Jaklin üçün yoxlama formasının müvafiq bölmələrini tamamlayın.
Hansı tədbirləri görərdiniz?

- Jaklin yeriməyə yardımçı vasitələdən faydalana bilər. Növbəti addım yeriməyə yardımçı vasitənin qiymətləndirməsidir.
- Jaklin əlil arabasından da faydalana bilər. Növbəti addım onunla bu variantı müzakirə etməkdir. Əgər o, əlil arabasının onun üçün faydası olacağını düşünürsə, onu əlil arabası üzrə xidmətə yönəldin.
Portativ rampalar
Şəxsdən soruşun:
Sizə az sayda addım-addım qalxıb-düşmək və/və ya müntəzəm olaraq nəqliyyat vasitəsinə girmək və çıxmaq lazım olurmu?
Əlil arabası, gəzinti üçün təkərli hərəkət vasitəsi/rollator və ya yeriməyə yardımçı çərçivədən istifadə edən şəxslər rampalardan istifadə edə bilərlər. Portativ rampa yalnız bir neçə pillə qalxıb-düşmək və/yaxud avtomobilə girib-çıxmaq lazım olduqda faydalı ola bilər.
Portativ rampaların qiymətləndirməsi portativ rampaların onlara uyğun olub-olmadığını müəyyən edəcəkdir.

Tutacaqlar
Şəxsdən soruşun:
Evinizində müvazinətinizi saxlamaq, oturmaq, ayağa qalxmaq və ya hərəkət etmək üçün çətinlik çəkirsiniz?
Müvazinətin zəif olması səbəbindən hərəkət etməkdə çətinlik çəkən şəxslərə evlərində quraşdırılmış tutacaqlar kömək edə bilər.
Tutacaqlar həm də yıxılma riskini azalda bilər.
Tutacaqın qiymətləndirməsi sayəsində tutacağın şəxsə kömək edib-etmədiyini müəyyən etmək mümkündür.

Transfer lövhələri
Şəxsdən soruşun:
Bədəninizi bir yerdən başqa yerə hərəkət etdirmək sizə çətindirmi?
Transfer üçün sürüşkən lövhələr bəzi insanlara bir mövqedən digərinə daha asan transfer etməyə kömək edə bilər. Məsələn, çarpayıya, tualetə, divana və ya nəqliyyat vasitəsinə.
Yeriməyə yardımçı vasitə və ya əlil arabasından istifadə edən şəxslər faydalana bilərlər.
Transfer üçün sürüşkən lövhənin qiymətləndirməsi sayəsində transfer üçün sürüşkən lövhənin şəxsə kömək edib-etməyəcəyini müəyyən etmək mümkündür

Protez ayaq və ya qılça
Şəxsdən soruşun:
Siz protezdən istifadə edirsiniz?
Ayaq və ya qılça protezindən istifadə edən şəxsin mütəmadi olaraq müşahidə edilməsi vacibdirr.
Protez cihazlar aşına bilər, şəxsin yeriş tərzi və onun ehtiyacları dəyişə bilər.
Şəxslə müzakirə edin:
- Şəxsin protezləri hələ də tam uyğundurmu və rahatdırmı?
- Şəxsin güdülündə qırmızı ləkələr və ağrıyan nahiyələr var?
- Protezlər hələ də yaxşı işlək vəziyyətdədir?
Əgər sizin və ya şəxsin hər hansı bir narahatçılığı varsa, onu yenidən protez xidmətinə yönəldin.
Yadda saxlayın ki, hər kəs protezdən uğurla istifadə edə bilmir. Bu, aşağıdakılardan asılıdır:
- Şəxsin sağlamlığı və fiziki yararlılığı
- Ayağının qalan hissəsinin sağlamlıq problemi
- Digər ayağının sağlamlıq problemi.
- Mövcud olan protez növləri.
İxtisaslı bir protezçi kömək edib-etməyəcəklərinə qərar vermək üçün hər bir şəxsi qiymətləndirməlidir.
Əgər sizin ərazidə protez xidməti varsa, şəxsi qiymətləndirmək üçün oraya yönəldin. Əgər xidmət çox uzaqdırsa, ilk növbədə xidmət ilə əlaqə saxlanması və yönləndirmənin onlar tərəfindən tövsiyə edilib-edilmədiyini müəyyən etmək yaxşı fikir olar.

Amputasiyaya məruz qalan insanlar müxtəlif yollarla hərəkət edə bilərlər. Məsələn, yeriməyə yardımçı vasitələrindən və/və ya əlil arabasından istifadə etməklə.
Çox güman ki, hərəkət etməyə köməkçi məhsulların digər növlərindən də istifadə edirlər.

Köməkçi məhsulların digər növləri
Şəxsdən soruşun:
Görmə, eşitmə, özünə qulluq, ünsiyyət, düşünmə və/və ya yadda saxlamaqda çətinlik hiss edirsiniz?

Hərəkət etməyə köməkçi məhsulları·olan şəxslər digər köməkçi məhsullardan da faydalana bilərlər.

Alişanı xatırlayırsınız?
Alişada serebral iflic olub. O, özünə qulluq etməkdə və tualetə getməkdə ona kömək edən yeriməyə yardımçı (çərçivəli) vasitə və köməkçi məhsullardan istifadə edir.

Aidanı xatırlayırsınız?
O, insult keçirib. O, daha asan geyinmək və tualetə çatmaq üçün əl ağacından və geyinməyə köməkçi vasitələrdən istifadə edir.
Bu, hərəkət müayinəsi olsa da, yadda saxlamaq lazımdır ki, şəxs digər sahələrdə də yardımdan faydalana bilər.
Əgər sizə başqa sahələrdə (məsələn, görmə, eşitmə, özünə qulluq, ünsiyyət, düşünmə və/və ya yadda saxlamaq) çətinlikləri olduğunu desələr, daha çox məlumat əldə etmək üçün daha çox sual vermək istədiyinizi izah edin.
Sadə müayinə sualları və alətləri üçün TAP-ın digər giriş modullarına baxaraq şəxsin ehtiyacı ola biləcək digər köməkçi məhsulları müəyyən edin.