Əsas məzmuna keçin
Mobillik

Ayaq müayinəsi

Dərs: 3 of 4
Mövzu: 2 of 5
0% Tamamlandı

Bu mövzuda ayaq yarasının olması təhlükəsinin artıq müəyyən edilmiş insanlar üçün sadə ayaq müayinəsinin tamamlanmasını öyrənəcəksiniz.

Suallar verməklə və bəzi sadə sınaqlar aparmaqla onlarda·riskin səviyyəsinin aşağı, orta və ya yüksək olduğunu müəyyən edə bilərsiniz.

Risk səviyyəsinə əsasən həm də hansı tədbirləri görməli olduğunuzu öyrənəcəksiniz.

Formanın ayaq müayinəsi bölməsi.

Ayaq müayinəsi aşağıdakıları müəyyənləşdirməyə kömək edəcəkdir:

  • Risk əlamətləri – ayaq yarasının olma riskini artıran hallar
  • Yüksək risk əlamətləri – ayaq yarasının olması riskini əhəmiyyətli dərəcədə artıran hallar.

"Risk əlamətləri" və "yüksək risk əlamətləri"nin sayı şəxsin ümumi ayaq yarası riskini göstərir.

Fəaliyyət

TAP Hərəkət yoxlama formasının 3-cü hissəsinə baxın. Sağ tərəfdə yerləşdirilmiş altı qeyd qutusuna diqqət yetirin. Bir qeyd qutusu "Yüksək risk əlaməti" etiketi ilə, beşi isə "Risk əlaməti" etiketi ilə işarələnib

Aşağıdakılardan hansı "yüksək risk əlamətləri"dir?




Bütün qutuları işarələdinizsə, doğru fikirdəsiniz. Onların hamısı risk əlamətləridir.

Aşağıdakılardan hansı "risk əlamətləri"dir?




Bütün qutuları işarələdinizsə, doğru fikirdəsiniz. Onların hamısı risk əlamətləridir.

İndi isə gəlin, ayaq müayinəsi prosesini araşdıraq.

Qeyd: ayaq müayinəsi həyata keçirməzdən əvvəl və sonra əlləri həmişə sabunla yuyun və qurulayın. Əgər şəxsin açıq yarası varsa, yaxud dəri xəstəliyi və ya infeksiyaya yoluxmuş olduğunu düşünürsünüzsə, əlcəklərdən istifadə edin.

Şəxsin ayaqlarına baxın

Şəxsdən ayaqqabılarını və corablarını çıxartmağı xahiş edin. İzah edin ki, onun ayaqlarına diqqətlə baxmaq istəyərdiniz.

Hər bir ayağın yuxarı və aşağı hissəsinə, hər bir ayaq barmağının arasına baxdığınızdan əmin olun.

Bir kişi ayaqqabılarını çıxararıb xəstəxana çarpayısında oturur və ayaqlarını qarşısına uzadır. Xidmət təminatçısı kişinin ayaqlarını yoxlamaq üçün çarpayının ayaq tərəfində oturur.

Hazırkı və əvvəlki yaralar və ya amputasiya başqa bir yaranın inkişaf şansını artırır. Onlar yüksək risk əlamətləridir.

Əgər şəxsin əvvəllər ayaq yarası olubsa və ya ayaq barmağı, ayağı və ya qılçası amputasiya olunubsa, yoxlama formasındakı qutuları işarələyin.

Şəxsdə (indi) bunlardan hər hansı bir varmı: barmaq, ayaq (daban) və ya qılça yaraları və ya zədələri?

Ayaq barmağında yara var, çəhrayı rəngdə ət üzə çıxıb və ətrafı çatlamış dəri ilə əhatə olunub

Ayaqların hər hansı birində qızartı varmı, toxunarkən istilik hiss edirsinizmi və ya şiş varmı?

Şəxsin sol ayağı sağ ayağından daha böyük və daha qırmızıdır.

Qızartı, istilik və şişkinlik bütün mümkün infeksiyanın və/və ya digər ciddi sağlamlıq problemlərinin əlamətləridir. Bütün bunlar yüksək risk əlamətləridir.

Hər hansı bir dəri / dırnaq problemi və ya ayağın / ayaq barmaqlarının qeyri-adi formada olduğunu görə bilirsinizmi?

Dəri və ya dırnaq problemləri ayaq yarasının inkişafı riskini artırır.

Dəri və ya dırnaq problemlərinin geniş yayılmış bəzi nümunələri bunlardır: qalın, çatlamış və ya qalınlaşmış dəri, bsuluqlar, uzun və ya qeyri-adi formalı dırnaqllar.

Bütün bunlar risk əlamətləridir.

Bu fəaliyyət sizə dəri və ya dırnaq problemləri ilə əlaqədar risk əlamətlərini axtarmağa kömək edəcəkdir.

Fəaliyyət

Sizcə, aşağıda təsvir olunan ayaqlardan hansının "dəri və ya dırnaq problemləri" ola bilər?

Ayağın altı. Dəri hamar, çatlamamış və hətta rənglidir.



Ayağın altı. Topların və ayaq barmaqlarının dərisi rəngsiz, qalın və sərtdir.



Bu ayaqda dəri problemi var. Qalınlanmış dəri nahiyəsi  qabar (döyənək) adlanır. Bu ayaq yarası üçün risk əlamətidir.

Ayağın altı. Daban dərisi çatlayır və quruyur.



Bu ayaqların dəri problemi var. Dabanlarda çatlanmış dərinin sahəsi parçalana bilər. Bu ayaq yarası üçün risk əlamətidir.

Ayaq formasının dəyişməsi ayaqda təzyiqin artması ilə nəticələnə bilər. Bu isə ayaq yarasının inkişafı şansını artırır.

İnsanların ayaqlarının formasını problemlərinin geniş yayılmış bəzi nümunələri bunlardır: fırlar (baş barmağın altında sümük fırı) və pəncəşəkilli barmaq və ya çəkicbarmaq.

Ayaq formasının dəyişməsi risk əlaməti ola bilər.

Bu fəaliyyət sizə ayaq formasının dəyişməsi ilə əlaqədar risk əlamətlərini axtarmağa kömək edəcəkdir.

Fəaliyyət

Aşağıdakı şəkildəki ayaqlardan hansı sağlam görünür və hansının caynaqşəkilli barmaqları və ya ayağın və/və ya barmaqların digər qeyri-adi forması kimi problemlər var?

Hər iki ayağın baş barmaqlarının dibində qabar var. Ayağın baş barmağı digər ayaq barmaqlarına doğru içəriyə doğru yığılıb.



Bu ayaqda fır var (baş barmağın altında sümük fırı). Ayağın baş barmağı da digər barmaqlara doğru içəriyə doğru yerini dəyişmişdir. Bu, ayağı daha da genişləndirir və ayaqqabı ilə sürtünmə şansını artırır. Bu, ayaq yarasına səbəb ola bilər.

Ayaq barmaqları qıvrılmış, dırnaqlarının rəngi tünd və sarıdır və oynaqları qırmızı və şişkindir.



Bu ayaqda birdən çox problem var. Bu problemlər aşağıdakılardır:

  • Caynaqşəkilli ayaq barmaqları
  • Fır
  • Dırnaq problemləri.

Caynaqşəkilli ayaq barmaqları ayaq barmaqlarının uclarında təzyiqin armasına səbəb olur. Buna rahat bir ayaqqabı tapmaq da çətindir.

Bu fotoşəkildə ayaqqabıya sürtülmə nəticəsində kiçik ayaq barmaqlarının üzərindəki dərinin qızarmış olduğunu görmək olar.

Fır baş barmağın oynağının ayaqqabıya sürtülməsinə səbəb ola bilər.

Dırnaq problemləri barmaqlada təzyiqi artıra bilər.

Bunlar hamısı ayaq yarası üçün risk əlamətləridir.

Hər iki ayaqda dəri hamardır və çatlamayıb, ayaq barmaqları düzdür və heç bir şişlik və ya rəng dəyişikliyi yoxdur.



Bu ayaqlar sağlamdır.

Qan dövranını yoxlayın

Qan dövranı azalmış şəxsidə ayaq yarasının inkişaf riski daha yüksəkdir. Ayaq yarasının sağalmasının daha uzun sürməsi ehtimalı da yüksəkdir.

Ayaq müayinəsi zamanı ayaqda qan dövranını yoxlamaq üçün 4 üsul təqdim edilir:

  • Fiziki əlamətləri axtarın
  • Şəxsdən qılçalarının arxasında ağrı olub-olmadığını soruşun
  • Nəbzi yoxlayın
  • Kapilyarlarının təkrar doldurulması sınağını aparın.

Şəxsin ayaqlarına baxın:

Qan dövranının azaldığının əlamətlərini görə bilirsinizmi:

  • Topuq və ya ayaqda şiş əmələ gəlməsi,
  • Nə ayaqda, nə də ayaq barmaqlarında tük yoxdur,
  • Soyuq və ya solğun ayaq.

Bütün bunlar qan dövranın azalmasının əlamətləridir və risk əlamətidir.

Şəxsdən soruşun:

Qılçalarınızın arxasında ağrı hiss edirsinizmi:

  • Gecələr və/və ya
  • 200m-dən az yeriyərkən

Bəzi şəxslər qılçalarının arxasında ağrı və ya qıcolma hiss edə bilər ki, bu da zəif qan dövranının bir əlaməti ola bilər.

Bu, çox güman ki, gecələr və/yaxud şəxs qısa (200 m-dən az) məsafələrdə yeriyərkən daha da pisləşə bilər.

Nəbzi yoxlayın

Ayaqlarda qan dövranının yaxşı olmasını göstərən əlamət biləyinizdə və ya boynunuzda nəbzi tapa bildiyiniz kimi, ayaqda da "nəbzi" hiss edə bilməyinizdir.

Fəaliyyət

Baxın, öz nəbzinizi, yoaxud həmkarınızın nəbzini tapa bilirsiniz?

İki əl barmağı ilə (baş barmağınızdan istifadə etməyin), aşağıdakıları müəyyən edin:

Kişi ikinci barmağını və orta barmağını boynuna, çənəsinə yaxın yerdə tutur.
Boyun nəbzi
Kişi ikinci və orta barmağını biləyində, ovucunun bir az aşağısında tutur.
Bilək nəbzi

Nəbzin yoxlanılması:

Ayaqların hər birində nəbzi hiss edə bilirsiniz?

Ayaqda iki əsas nəbz:

  • Ayağın üst hissəsində
  • Ayağın daxili hissəsində, dabanüstü sümüyün arxasında.

Ayağın yuxarı hissəsində kiçik bir nahiyədə ayaq nəbzi və dabanüstü sümüyün arxasındakı bölgədə ayaq biləyinin nəbzi qeyd olunub.

Şəxsin qan dövranının yaxşı olduğunu təsdiqləmək üçün hər bir ayaqda bu nəbzlərin hər ikisini asanlıqla tapa bilməlisiniz.

Nəbzləri yoxlayarkən həmişə əlinizin baş barmağınan deyil, əlinizin ikinci və orta barmağından istifadə edin.

Heç bir nəbzin olmaması risk əlamətidir.

Sual

Nəbzi niyə görə əlinizin baş barmağı ilə yox, ikinci və orta barmağı ilıə yoxlamalısınız?

Əlinizin baş barmağı ilə nəbzi hiss etmək üçün istifadə etməyin, çünki əlinizin baş barmağının öz nəbzi var.

Nəbzin yoxlanılması qaydasını öyrənmək üçün bu videoya baxın.

Fəaliyyət

Ayaqda iki əsas nəbzi tapmağı məşq edin.

Özünüzdə sınamağa başlayın və sonra ən azı 2 nəfərin üzərində sınayın.

Nəbzi tapmaq üçün barmaqlarınızı bir az ətrafa hərəkət etdirməyiniz lazım gələ bilər.

Kapilyarlarının təkrar doldurulması sınağını aparın

Qan dövranının zəif olduğunu göstərən digər əlamət isə şəxsin dərisinin basıldıqdan sonra öz təbii rəngini bərpa etməsi üçün 3 saniyədən çox vaxt tələb etməsidir.

Kapilyarlarının təkrar doldurulması sınağı:

  1. Hər bir ayaq baş barmağının ucunu möhkəm itələyin..
  2. Aya barmağının normal rəngə qayıtması (kapilyarlarının təkrar doldurulması) üçün saniyələri sayın.
  3. Kapilyarlarının təkrar doldurulması daha üç saniyədən az və ya çox çəkdiyinə diqqət yetirin.

Fəaliyyət

Əlinizin üzərindən barmağınızla möhkəm sıxın və sonra buraxın. Dərinizin qısa müddətə rəngini dəyişdiyinə (solğunlaşır) və sonra rənginin geri qayıtmasına diqqət yetirin.

Bu rəng dəyişikliyi basdığınınz yerdə qan dövranının müvəqqəti bloklanması ilə əlaqədardır.

Qan dövranı yaxşı olduqda təzyiq azalan kimi dəri 3 saniyə ərzində qanla "dolur". Dərinin rəngi daha sonra normala qayıdır.

Şəxsin ayağının nə qədər tez "dolduğunu" (adi dəri rənginə qayıtdığını) yoxlamaq üçün onun baş barmağına möhkəm basın.

Sonra boş buraxın və barmağın normal rəngə qayıtması üçün neçə saniyə lazım olduğunu hesablayın.

Əgər hər iki ayaq barmağı üçün 3 saniyədən çox vaxt lazımdırsa, bu risk əlamətidir.

Kapilyarlarının təkrar doldurulması sınağının aparılması qaydaları haqqında məlumat üçün bu video baxın.

Fəaliyyət

Kapilyarlarının təkrar doldurulması sınağını məşq edin.

Özünüzdə sınamağa başlayın və sonra ən azı 2 nəfərin üzərində sınayın.

Hissetməni (hissiyyatı) yoxlayın

Ayaq müayinəsi şəxsin ayağında hiss etdiyi hissləri yoxlamaq üçün iki üsulu təqdim edir:

  • Ondan ayaqlarında nə hiss etdiyini soruşun
  • Onun ayaqlarında olan hissləri yoxlayın.

Yadda saxlayın: hisslərlə bağlı problemləri olan şəxs ayaq yarası alma riski ilə üz-üzədir.

Şəxsdən soruşun:

Ayaq və ayaq barmaqlarında qeyri-adi hisslər, ağrılar hiss edirsənmi?

İnsanlar ayaqlarında müxtəlif qeyri-adi hisslər keçirə bilərlər, o cümlədən:

  • Sancı hissi (arabir sancma hissləri)
  • Hissiyyat itkisi (heç nə hiss etməmək)
  • Bıçaq yarası və ya kəskin ağrı
  • Yanma hissi (hissiyyatı).

Şəxsdən qeyri-adi hisslərinin olub-olmadığını soruşanda bu nümunələrdən istifadə edin ki, o, «qeyri-adi hisslər»in nə olduğunu başa düşsün.

Hissiyatın yoxlanılması aparın

Hissiyatın yoxlanılması:

Şəxsin gözləri qapalı olmaqla – əl barmağınızla və ya monofilamentlə hər ayağın 1, 3 və 5 barmaqlarının ucuna toxunun. Videoda göstərilən ardıcıllıqla hər bir ayaq arasında növbə edin.

  • Hiss etdən ayaq barmaqlarına (✓) işarəsi qoyun.
  • Hiss etməyən ayaq barmaqlarına (x) işarəsi qoyun.

Fəaliyyət

Müayinə formasına baxın. Şəkillərindəki sağ və sol ayağın nömrələnmiş barmaqlarına diqqət yetirin.

Bu, ayaq barmaqlarını və hansı ardıcıllıqla hissiyatın yoxlanılmasını aparacağınızı göstərir.

Formada göstərilən ardıcıllıqla hər ayaqda 1,3,5 barmaqlara toxunmaqla özünüz üzərində məşq edin.

Hissiyatın yoxlanılması aparmaq üçün bu addımları izləyin:

  1. Şəxsdən gözlərini yummağı xahiş edin.
  2. Şəxsin ayaq barmaqlarına toxunacağınızı izah edin. Toxunuşunuzu hiss etdikdə sizə xəbər verməlidir.
  3. İkinci əl barmağınızla hər ayağın 1, 3 və 5-ci barmaqlarının ucuna toxunun. Əgər varsa, monofilamentdən də istifadə edə bilərsiniz.
  4. Yüngülcə yalnız bir dəfə, 1 saniyə ərzində toxunun.
  5. Şəxsə cavab üçün vaxt vermək üçün hər bir ayaq barmağının arasında bir neçə saniyə gözləyin.
  6. Əgər şəxs heç nə demirsə, toxunuş hiss etməyibdir. O biri ayaq barmağına keçin.
  7. Şəxsin hiss edə bildiyi ayaq barmaqlarını və hiss edə bilmədiyi ayaq barmaqlarını forma üzərində işarə ilə qeyd edin.

Əgər şəxs iki və ya daha çox ayaq barmağının üzərində toxunuşu hiss etmirsə, bu, risk əlamətidir.

Hissiyatın yoxlanılması·aparmaq qaydaları haqqında məlumat üçün bu videoya baxın.

İndi isə bütöv ayaq müayinəsi həyata keçirildiyini görmək üçün bu videoya baxın.

Şəxsin ayaq yarası riskinin qısa icmalını (xülasəsini) verin

Şəxsin ayaq yarası riskinin qısa icmalını verin (işarələnmiş risk və yüksək risk əlamətlərinin sayını hesablayın).

Formada şəxsin ayaq yarası riski bölməsinin qısa icmalını verin.

Ayaq müayinəsində işarələnmiş risk əlamətlərinin və yüksək risk əlamətlərinin sayını hesablayın.

Şəxsin aşağı, orta və ya yüksək ayaq yarası riskinin olub-olmadığını öyrənmək üçün işaərlənmiş cavabların sayına görə cədvəli doldurun.

Əgər şəxs az riskə məruz qalırsa, ona ayaqlarına qulluq etməyi və münasib ayaqqabılardan istifadəni öyrətməklə ayaq yarasının qarşısını almağa kömək edin.

Əgər şəxs orta və ya yüksək səviyyəli riskə məruz qalırsa, onun  növbəti qiymətləndirməsini aparmaq və ona qulluq göstərilməsi üçün onun müalicə xidmətinə və ya ayaq yaraları klinikasına yönəldilməsi vacibdir.

Siz həmçinin aşağıdakıları edə bilərsiniz:

  • Ona ayaqlarına qulluq etməyi öyrədin
  • Onun üçün müalicəvi ayaqqabılarln münasib olub-olmadığını müəyyən edin.

Fəaliyyət

Sizə bu fəaliyyəti tamamlamaq üçün hərəkət etməyə köməkçi məhsul üzrə müayinə formasının nüsxəsi lazımdır.

Jenşeni xatırlayırsınız?

Jenşen dayanıb sol əlində əl ağacı tutub.

Onun 60 yaşı var, şəkər xəstəsidir.

Siz ayaq müayinəsini həyata keçirir və müəyyən edirsiniz ki:

  • Jenşendə bundan əvvəl ayaq yarası olub.
  • Ayağının altında qabara (döyənəyə) bənzəyən qalın dəri var.
  • Deyir ki, gecələr baldırının arxasında ağrıları olur.
  • Ayaqdların heç birində ayaq nəbzini tapmaq mümkün deyil.
  • O, toxunduğunuz altı ayaq barmağından yalnız üçünü hiss edə bildi.

Jenşen üçün hərəkət etməyə köməkçi məhsul üzrə yoxlama formasının ayaq müayinəsi haqqındakı bölməsini doldurun.

İndi isə formanı düzgün tamamlayıb-tamamlamadığınızı yoxlamaq üçün aşağıya klikləyin.

Jenşenin risk səviyyəsini hesablamaq üçün yüksək risk və risk əlamətlərinin sayını hesablayın.

Jenşenin daha bir ayaq yarası riskinin səviyyəsi nə qədər yüksəkdir?




Jenşenin 3 risk əlaməti və 1 yüksək risk əlaməti olduğunu göstərən TAP Hərəkət etməyə köməkçi məhsulları üzrə yoxlama formasının xülasə (icmal) cədvəli onun ayaq yarası üzrə yüksək risk altında olduğunu göstərir.

Jenşenin bir yüksək risk əlaməti (əvvəlki ayaq yarası) və dörd risk əlaməti (dəri problemi, zəif qan dövranının iki əlaməti və hissiyyat itkisi) var. O, yüksək risk kateqoriyasına daxildir.

Onun planına aşağıdakılar daxil olmalıdır:

  • Şəkərli diabetin idarə edilməsi üçün sağlamlıq xidmətinin qəbulunə getdiyindən əmin olmaq
  • Jenşenə ayaqlarına qulluq etməyi öyrtmək
  • Jenşenin müalicəvi ayaqqabılar üçün qiymətləndirməsi.