Əsas məzmuna keçin
Mobillik

Planlaşdırmaq

Dərs: 3 of 4
Mövzu: 4 of 5
0% Tamamlandı

Müayinə suallarını tamamladıqdan sonra şəxs ilə növbəti addımlarla bağlı plan qurmaq lazımdır.

Planı müayinə formasının aşağı hissəsində qeyd edə bilərsiniz.

Formanın plan bölməsi.

Müayinə etmək üçün

Əgər şəxsin başqa çətinlikləri varsa və digər köməkçi məhsullar üzrə müayinədən faydalanacaqsa.

Özünüzə kömək etmək üçün digər TAP giriş modullarından müayinə sualları və/və ya alətlərindən istifadə edin.

Qiymətləndirmə üçün

Müayinə suallarına şəxsin verdiyi cavablar onun aşağıdakılardan faydalanıb-faydalanmayacağını göstərəcəkdir:

  • Yeriməyə yardımçı vasitə
  • Portativ rampa
  • Evində tatacaqlar
  • Transfer üçün sürüşkən lövhə
  • Müalicəvi ayaqqabılar.

Əgər onlar sizin daha ətraflı qiymətləndirməynizi istəyirlərsə, onlarla razılaşın.

Qiymətləndirmədən sonra məhsulun uyğun olduğu aydın olarsa, məhsulu təmin edin.

TAP prosesinin dörd addımından (mərhələsindən) istifadə edin:

1, 2, 3 və 4 nömrələrini göstərən TAP qrafiki.]

  1. Seçmək
  2. Uyğunlaşdırmaq
  3. İstifadə etmək
  4. Təqib etmək

Yadda saxlayın: Qiymətləndirməni həyata keçirmək, məhsulu şəxsə uyğunlaşdırmaq, şəxsə məhsuldan istifadə və qulluq etmək qaydaları, müşahidə üçün əsas məsələlərin hamısı TAP məhsul modullarında əhatə olunub.

Sual

Əgər evinizdə bu məhsullar yoxdursa (yeriməyə yardımçı vasitələr, portativ rampa, tutacaqlar,transfer üçün sürüşkən lövhə) nə edə bilərsiniz?

  • Müxtəlif məhsullara olan ehtiyacı qeyd edin və nəzarətçinizlə müzakirə edin
  • Bu məhsulları təmin edə biləcək digər xidmətlərin olub-olmadığını müəyyən edin
  • Məhsulları əldə edib-edə bilmədiyini şəxslə müzakirə edin
  • Əlil arabası/protez/ortopedik emalatxanaların bu məhsullardan hər hansı birini hazırlaya bilib-bilməyəcəyinə baxın.

Haqqında öyrədin

Müayinə suallarına şəxsin verdiyi cavablar onun məsləhətdən dərhal faydalanıb-faydalanmayacağını göstərəcəkdir

  • Ayaqlarına necə qulluq etmək lazımdır?
  • Hansı münasib ayaqqabıları geyinmək lazımdın və nə üçün.

Ayaqlara qulluq və geyinmək üçün münasib ayaqqabılar və səbəblər haqqında növbəti mövzuda məlumat yerləşdirilib.

Digər xidmətə yönəldin

Bəzi insanların sizin və ya xidmətinizin təmin edə biləcəyindən daha çox ixtisaslaşdırılmış qayğıya ehtiyacı ola bilər.

Şəxsi kimə, nə vaxt yönəltməli olduğunuzu və onu hara yönəldə biləcəyinizi bilmək çox vacibdir.

Müayinə suallarına şəxsin verdiyi cavablar· yönləndirmənin onun üçün faydalı olub-olmayacağını göstərəcəkdir.

Yadda saxlayın ki, yönləndirmə həmişə müzakirə olunmalı və şəxslə razılaşdırılmalıdır.

Düşünmək üçün sual

İnsanları yönəlmək üçün hansı xidmətlər mövcuddur?

Əgər şəxsə aşağıdakılar lazım olarsa, hansı şəxsə və ya xidmətə yönəldəcəyiniz haqqında düşünün:

  • Səhiyyə
  • Yaraya qulluq
  • Reabilitasiya – böyüklər üçün
  • Reabilitasiya – uşaqlar üçün
  • Şəkərli diabet xəstələrinə qulluq
  • Ayaq yarası klinikası
  • Əlil arabası
  • Protezlərin təmiri
  • Protez üçün qiymətləndirmə.

Bu xidmətlər asanlıqla mövcuddurmu? Şəxsi bu xidmətlərə necə yönəltməyi bilirsinizmi?

Gənc oğlan olan Firoz ayaqlarını kiçik pillələrə qoymaqla skamyada oturur. Anası onun yanında oturub qolunu tutur.

Firoz ilə görüş

Firozun 9 yaşı var. O, yeriyə bilmir və əlil arabası üçün yönəldilib.

Xidmət təminatçısı həm də bilir ki, əlilliyi olan uşaqlar üçün yaxınlıqda məsləhət və terapiya proqramları və valideynlər üçün dayələrə dəstək qrupları təklif edən reabilitasiya xidməti var. Firoz və anasının icazəsi ilə xidmət təminatçısı onu reabilitasiya xidmətinə yönləldir.

Təqib etmək

Müşahidənin hər kəs üçün faydası var. Bununla belə, müşahidə aşağıdakı hallar üçün vacibdir:

  • Böyüməkdə olduqlarına görə uşaqlar
  • Sağlamlıq üçün ciddi təhlükələr olması səbəbindən ayaq yarası və ya yataq yarasının inkişafı təhlükəsi ilə üzləşən hər hansı şəxs
  • Ehtiyacları dəyişdməsi səbəbindən səhhətində getdikcə dəyişiklik baş verən hər hansı şəxs
  • Verilən təlim və ya göstərişlərdən hər hansı birində çətinlik çəkən hər hansı şəxs

Müşahidənin vaxtı şəxsin ehtiyaclarından və bu ehtiyacların nə qədər tez dəyişə biləcəyindən asılıdır