Haqqında

Köməkçi məhsullar hansılardır və onlar kimlər üçündür?

Köməkçi məhsullar — şəxsin fəaliyyəti həyata keçirmək qabiliyyətini qoruyub saxlayan və ya təkmilləşdirə bilən hər hansı xarici məhsul (cihazlar, avadanlıqlar, proqram təminatı). Eşitmə cihazları, əlil arabaları, ünsiyyət vasitələri, oxumaq üçün eynək, protezlər, həb/dərman qabları və yaddaş vasitələri bütün köməkçi məhsullara nümunədir.

Köməkçi məhsullar insanların sağlam, səmərəli, müstəqil və ləyaqətli həyat sürmələrini təmin edir. Onlar insanlara ailə, cəmiyyət və həyatın bütün digər sahələrində fəal iştirakçılar və töhfə verən olmağa kömək edirlər.

Əksəriyyətimizin həyatımız boyu köməkçi məhsullara ehtiyacı olacaq, lakin onlar xüsusilə əlilliyi olan uşaqlara və böyüklərə, xroniki xəstəlikdən əziyyət çəkən və ahıllara kömək edir.

Daha çox məlumat əldə etmək üçün Köməkçi məhsullara giriş haqqında modulu keçin.

TAP nədir?

Bu gün 2,5 milyard, 2050-ci ilə qədər isə 3,5 milyard şəxsin köməkçi məhsullara ehtiyacı olacaqdır. Halbuki, bəzi ölkələrdə əhalinin yalnız 3%-nin onlara çıxış imkanları var. ÜST çıxış imkanını yaxşılaşdırmaq üçün ölkələrə dəstək vermək məqsədilə TAP və digər resursları işləyib hazırlayıb.

TAP dünyanın hər yerindən olan maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində ÜST-nin "Köməkçi Avadanlığa Çıxış" komandası tərəfindən hazırlanıb. TAP insanların yaşadığı və işlədiyi bir çox fərqli şəraitləri öyrənir. O, bir çox  kontekstlər üçün, o cümlədən nisbətən az və ya zəngin resursa malik olan, şəhər və ya kənd mühitləri üçün aktualdır.

TAP pulsuz onlayn interaktiv öyrənmə resursudur. Burada 4 addım vasitəsilə köməkçi məhsulların sadə növlərini necə təmin etmək lazım olduğu öyrədilr:

  1. Seçmək
  2. Uyğunlaşdırmaq
  3. İstifadə etmək
  4. Müşahidə etmək

Dörd hissənin hər birində 1,2,3,4 rəqəmləri olan TAP loqosu.

TAP kimin üçündür?

TAP köməkçi məhsulların sadə növlərindən istifadə etmək, onları təmin etmək və ya onlar haqqında başqalarını öyrətmək istəyən hər kəs üçündür.

TAP-dan müxtəlif üsullarla istifadə etmək olar. Məsələn:

  • Sağlamlıq işçiəri, xüsusilə də ilkin və ya icma səviyyəli mühitlərdə çalışanlar köməkçi məhsulların sadə növləri ilə təmin etməyi öyrənə bilərlər.
  • Xidmət menecerləri, nəzarətçilər və təlimçilər və ya pedaqoqlar köməkçi məhsullar üzrə təlimlər keçirmək üçün TAP-dan istifadə edə bilərlər.
  • Köməkçi məhsullardan istifadə edən şəxslər və onların ailələri müxtəlif köməkçi məhsullar və onlardan istifadə qaydaları barədə məlumat əldə edə bilərlər.
  • Siysətçilər və təbliğat qrupları köməkçi məhsulların təminatı ilə bağlı anlayışlarını artırmaq və öz şəbəkələri vasitəsilə köməkçi məhsullar haqqında məlumatlılığı artırmaq üçün məlumat əldə edə bilərlər.

TAP və əlçatanlıq

TAP-da əlçatanlığın universal prinsiplərindən istifadə olunur. Məsələn:

  • Böyük və aydın mətn
  • Sadə ingilis dili
  • Veb səhifə elementlərinin tağ edilməsi
  • Vizual və audio məzmuna mətn alternativləri
  • Əlçatanlıq standartlarına cavab verən rənglər
  • Giriş yalnız klaviatura ilə uyğunluq sayəsində mümkündür.

TAP-ın internet saytı müxtəlif əlçatanlıq tələbatı olan insanlar tərəfindən sınaqdan keçirilib. Əgər sizin əlçatanlıqla əlaqədar hər hansı probleminiz olarsa, zəhmət olmasa, bizə bildirin ki, biz sizin ehtiyaclarınızı qarşılaya bilək və bu veb-saytı hamı üçün təkmilləşdirək.

TAP dilləri

TAP modulları hal-hazırda ərəb, birma, çin, ingilis, farsi (fars), fransız, gürcü, kisuahilii, malayalam, nepal, portuqal, rus, ispan və ukrayna dillərində mövcuddur. Gələcəkdə daha çox dil əlavə olunacaqdır.

TAP-ın hazırlanması prosesi

TAP müxtəlif sahələri təmsil edən və çalışan maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində hazırlanmışdır.

Buraya köməkçi məhsullardan, xidmət təminatçılarından və menecerlərdən, təlimçilərdən və tədqiqatçılardan istifadə edən şəxslər dəxildir.

Hər bir modul məzmunun hazırlanması kənar redaktə və pilotlaşdırılma prosesi vasitəsilə hazırlanır. TAP həqiqi həyat ssenarilərində real insanların iştirakından və rəylərindən,  böyük fayda əldə edir. Təşəkkür edirəm!

Töhfə verənlər

Həm redaktorlar: Kili Şae, Emma Tebbutt.

Əsas yaradıcı komanda: İrina Kalvo, Sara Frost, Ainsley Hadden, Lusi Norris, Ciulia Oqqero, Lusi Pannell, Luiza Puli.

Accessibility Advisors: David Banes, E.A. Draffan, Adam Unqstad.

İllüstrasiyalar, qrafiklər və media: Codi Eş, Cordan Banq, Culie Desnoulez, Ainsley Hadden.

Veb saytların hazırlanması: Fiziopediya.

Tədqiqat, inkişaf və icra tərəfdaşları: Batterjee Medical College, HelpAge Tanzania, Humanity and Inclusion İraq, Human Study e.V, Beynəlxalq Qızıl Xaç Komitəsi, Mobility India, Motivation Australia, Motivation Romania, Milli Fiziki Tibb və Reabilitasiya İnstitutu, Milli Ortopediya və Protez Xidməti - Papua Yeni Qvineya, Southampton Universiteti.

ÜST-nin ölkə ofisləri: Azərbaycan, Fici, Gürcüstan, Qana, Hindistan, İran (İslam Respublikası), İraq, İordaniya, Liberiya, Myanma, Nepal, Papua-Yeni Qvineya, Rumıniya, Tacikistan, Ukrayna, Tanzaniya Birləşmiş Respublikası.

ÜST-nin regional ofisləri: Afrika üzrə Regional Ofis, Amerika qitəsi üzrə Regional Ofis, Şərqi Aralıq dənizi üzrə Regional Ofis, Avropa üzrə Regional Ofis, Cənubi-Şərqi Asiya regional ofisi, Qərbi Sakit okean üzrə Regional Ofis.

Modulun hazırlanması: Hər bir modul bir çox maraqlı tərəflərin tövsiyələrindən və mənbə materiallarından istifadə etməklə yaradılmışdır. Bu şəxslərə və təşkilatlara hər modulun sonunda minnətdarlıq edilir. Maliyyə dəstəyi: UKAID-in AT2030 Proqramı (GDI Hub-ın rəhbərliyi ilə), Norveç və Avstriya Hökumətləri, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID), ATscale, BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (UNOCHA) tərəfindən həyata keçirilir.

Birləşdir

Əgər ÜST-nin köməkçi avadanlıq ilə bağlı fəaliyyəti haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, ÜST-nin köməkçi avadanlıq saytına daxil olun, GATE icmasına qoşulun və Twitter-də bizi izləyin!

Müəllif hüquqları və imtina

Bəzi hüquqlar qorunur. Bu e-tədris resursu Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 IGO lisenziyası (CC BY-NC-SA 3.0 IGO) altında mövcuddur; https://creativecommons.org/licenses/by-nc-sa/3.0/igo).

Bu lisenziyanın şərtlərinə əsasən, aşağıda göstərildiyi kimi, işin müvafiq şəkildə istinad edilməsi şərtilə, işi qeyri-kommersiya məqsədləri üçün köçürə, yenidən paylaşa və uyğunlaşdıra bilərsiniz. Bu işin hər hansı bir istifadəsində ÜST-nin hər hansı konkret təşkilatı, məhsulu və ya xidmətlərini təsdiqləməsi təklifi olmamalıdır. ÜST loqosunun istifadəsinə icazə verilmir.

Əgər bu işi adaptasiya etsəniz, o zaman işinizi eyni və ya ona bərabər tutulan Creative Commons lisenziyası altında lisenziyalaşdırmalısınız. Əgər siz bu işin tərcüməsini yaradırsınızsa, təklif olunan sitatla birlikdə aşağıdakı sözləri əlavə etməlisiniz: «Bu tərcümə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılmamışdır. ÜST tərcümənin məzmununa və ya düzgünlüyünə görə heç bir məsuliyyət daşımır. Orijinal İngilis nəşri qanuni və orijinal nəşrdir".

Lisenziya əsasında yaranan mübahisələrlə bağlı hər hansı vasitəçilik Ümumdünya Əqli Mülkiyyət Təşkilatının vasitəçilik qaydalarına uyğun olaraq həyata keçirilməlidir. (http://www.wipo.int/amc/en/mediation/rules/).

Təklif olunan sitat

Köməkçi məhsullar (TAP) üzrə təlim. Cenevrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2022. Lisenziya: CC BY-NC-SA 3.0 IGO.

Üçüncü tərəfə məxsus materiallar

Əgər siz bu işdəki cədvəllər, rəqəmlər və ya şəkillər kimi üçüncü tərəfə aid edilən materialdan təkrar istifadə etmək niyyətindəsinizsə, həmin təkrar istifadə üçün icazənin lazım olub-olmadığını müəyyən etməyə və müəllif hüququ sahibindən icazə almaya siz cavabdehsiniz. Bu işdə üçüncü tərəfə məxsus hər hansı hüququn pozulması nəticəsində yaranan iddiaların riskinə görə məsuliyyət yalnız istifadəçinin üzərinə düşür.

Kommersiya məqsədilə istifadə

Kommersiya məqsədilə istifadə üzrə müraciətləri və hüquq və lisenziyalarla bağlı sorğuları göndərmək üçün baxın : http://www.who.int/about/licensing.

Ümumi imtinalar

Bu e-öyrənmə resursunun ilk növbədə məqsədi bir sıra köməkçi məhsullara ilkin tibbi yardım səviyyəsinin gücləndirilməsini dəstəkləməkdən ibarətdir. Bu, həmçinin, məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə və ya daha geniş təlim proqramı/tədris proqramı çərçivəsində köməkçi məhsullar üzrə təlim keçmək üçün də istifadə oluna bilər.

Bu e-tədris resursunda yer almış məlumatların doğruluğunun yoxlanılması üçün ÜST tərəfindən bütün ağlabatan ehtiyat tədbirləri görülüb. Bununla belə, e-tədris resursu açıq şəkildə və ya nəzərdə tutulan heç bir zəmanət olmadan paylanıılır. E-tədris resursunun təfsiri və istifadəsi üçün məsuliyyət oxucunun üzərinə düşür. Heç bir halda ÜST onun istifadəsi nəticəsində dəyən ziyana görə məsuliyyət daşımır.

Bu e-tədris resursunda istifadə olunan adlar və təqdim edilən materialar hər hansı bir ölkənin, ərazinin, şəhərin və ya sahənin və ya onun hakimiyyət orqanlarının hüquqi statusu, yaxud onun hüdudlarının və ya sərhədlərinin delimitasiyası ilə bağlı ÜST-nin hər hansı bir fikrinin ifadə olunmasını nəzərdə tutmur. Xəritələr üzərində nöqtəli və qırıq-qırıq xətlər hələ tam razılığa gəlinməmiş ərazilərin təqribi sərhəd xətlərini ifadə edir.

Konkret şirkətlərin və ya müəyyən istehsalçıların məhsullarının adlarının çəkilməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digərlərinin adlarının qeyd edilmədən onlara üstünlük verilməsi və ya tövsiyə edilməsi məqsədi daşımır. Səhvlər və xətalar istisna olmaqla, patentləşmiş məhsulların adlarınln ilk hərfləri böyük hərflərlə yazılmaqla fərqləndirilir.

Yalnız təlim məqsədləri üçün e-tədris resursunda uydurma və əsl adlarla hər hansı oxşarlıq daşımaq məqsədi güdilməyən adlar yerləşdirlib; hər hansı belə oxşarlıq yalnız təsadüfdür.