Köməkçi məhsullarla təmin etmək üçün lazım olan vaxt
Köməkçi məhsulu təmin etmək üçün lazım olan vaxt və dəstək müxtəlif amillərdən asılıdır. Bunlar aşağıda göstərilmişdir.
Köməkçi məhsul nə qədər mürəkkəbdir
Daha mürəkkəb köməkçi məhsulun xidmət təminatı addımlarının hər birini həyata keçirmək üçün çox vaxt lazım olur.
Junu xatırlayırsınız?
Ju dik oturaraq hərəkət edə bilmək üçün əlil arabasından istifadə edir. Onun təhlükəsiz və rahat yerdə oturması üçün ona dəstək olmaq məqsədilə əlil arabasının xüsusi dayaqları var. Ju dayaqları düzgün yerləşdirmək üçün ətraflı qiymətləndirmə və üç uyğun seans keçib. Ju böyüdüyü üçün onun dəyişən ehtiyaclarını qarşılamaq üçün dəstəkləri tənzimləmək məqsədilə tez-tez həkim qəbullarında olması lazımdır.
Ju həmçinin dostları və ailəsi ilə ünsiyyət qurmaq və məktəbdə iştirak etmək üçün ünsiyyət lövhəsindən istifadə edir. Onun xidmət təminatçısı ünsiyyət lövhəsindən istifadə üsullarını öyrətmək üçün Ju və ailəsi ilə iki seans keçib. O, müəlliminə və sinif yoldaşlarına Ju ilə ünsiyyət lövhəsindən istifadə üsullarını göstərmək üçün məktəbdə Juya baş çəkdi. O böyüdükcə və ünsiyyət ehtiyacları artıqca, ünsiyyət lövhəsi hələ də Junun ehtiyaclarına cavab verdiyindən əmin olmaq üçün o, tənzimlənməlidir.
Şəxsin ehtiyacları və sağlamlığı
Bəzi insanların ehtiyacları sürətlə dəyişir və bu da digərlərinə nisbətən daha tez-tez həkim müşahidəsini və köməkçi məhsula modifikasiya edilməsini tələb edir.
Məsələn, uşaq böyüdükcə məhsulun ölçüsünü ona uyğun dəyişmək lazım gələ bilər. Həmçinin zaman keçdikcə sağlamlıq problemində dəyişiklik baş verən hər bir şəxsin ehtiyacları dəyişdikcə fərqli məhsullara ehtiyacı ola bilər.
Mereni xatırlayırsınız?
Mere ilk eşitmə cihazını ibtidai məktəbdə oxuyarkən almışdı. Onun qulaqları böyüdükcə ona hər il bir neçə dəfə yeni qulaq qəlibi lazım olur.
Şəxsin yaşadığı və işlədiyi mühit
Əgər şəxs çətin şəraitdə yaşayırsa və ya işləyirsə, bunun öhdəsindən gəlmək üçün ona daha çox təlim keçmək faydalı ola bilər.
O, həmçinin ətraf mühitə edilən dəyişikliklərdən faydalanaraq köməkçi məhsullarından daha yaxşı istifadə edə bilər.
Asiflə görüş.
Asifin qılçası dizdən aşağı amputasiya olunub var və hərəkət etmək üçün dirsəkaltı ağaclardan istifadə edir. Asif yerin çox nahamar olduğu bir təpədə yaşayır və evində pilləkənləri var.
Asif ilk dəfə dirsəkaltı ağaclardan istifadə etməyə başlayanda onun xidmət təminatçısı ona kələ-kötür yerdə, pilləkənləri yuxarı-aşağı istifadə edərək məşq etməyə kömək etmək üçün bir neçə dəfə onun evinə gəlmişdir.
Asifin hazırda ev şəraiti çətin olsa da, dirsəkaltı ağaclardan müstəqil şəkildə istifadə etdiyindən əminlik hiss edir.
Şəxsin təcrübəsi
Bəzi şəxslər köməkçi məhsuldan uzun müddət istifadə edirlər. Onlar ehtiyaclarının olduğu əşyalar və köməkçi məhsullarından istifadə qaydaları ilə çox yaşından tanış olacaqlar. Bununla belə, onların hələ də xidmət təminatçılarından bəzi dəstəyinə ehtiyacları ola bilər, məsələn, düzgün məhsulu seçmək, onun tam uyğunluğunu və yaxşı texniki qulluq göstərildiyini yoxlamaq.
Piter ilə görüş.
Piter onurğa sütunu zədələnib və uzun illərdir ki, əlil arabası, kateter və bəzi digər köməkçi məhsullardan istifadə edir.
O, kateterini idarə etməkdə çox təcrübəli və əmindir. Bununla belə, Piter hələ də yerli poliklinikada müşahidəyə gedir və böyrək sağlamlığını yoxladır və onun kateterinin yaxşı işləməsi təmin edilir.
Piter də əlil arabasına görə həkim qəbulundadır. Onun xidmət təminatçısı hələ də arabasının onun ehtiyaclarını qarşılayıb-qarşılamadığını yoxlayır və lazım olan hər hansı təmirdə Piterə kömək edir.