Əsas məzmuna keçin
Mobillik

Hərəkətlə əlaqədar ümumi problemlər

Dərs: 1 of 4
Mövzu: 2 of 3
0% Tamamlandı

İnsanlar bir çox səbəblərə görə hərəkət etməkdə çətinlik çəkə bilərlər.

Bəzi ümumi səbəblər aşağıda göstərilmişdir.

Zəiflik və ya gücsüzlük 

Zəif və ya gücsüz olan şəxsə müvazinətini saxlamaq və hərəkət etmək çətin ola bilər.

Ağrı və ya sıxılma

Ağrı və ya sıxılma şəxsə bir yerdən başqa yerə hərəkət etmə qabiliyyətini məhdudlaşdırır.

Məsələn, artrit (oynaqlarda ağrılar) şəxsin ayağa qalxmağına və ya yeriməyinə mane ola bilər.

Kali adlı ahıl qadın yeriməyə yardımçı çərçivənin dəstəyi sayəsində ayaq üstə dayanıb.

Kali ilə görüş

Kali zəifdir və artriti var. Onun ombasında və dizlərində tez-tez ağrılar baş verir və buna görə yeriyərkən ağrı hiss edir.

İflic

İflic – bədənin hər hansı hissəsini hərəkət etdirmək qabiliyyətinin olmamasıdır.

Məsələn, onurğa beyni zədələnən insanların adətən ayaqları iflic olur. Ayağı iflic olan insan ayağa qalxamağı və yeriməyi bacarmır.

Piter adlı bir kişi əlil arabasında oturub və əlləri ilə sürmək üçün halqalardan tutub.

Piteri xatırlayırsınız?

Piterin onurğa beyni zədələnib və belindən aşağı hissəsi iflic olub. Piterin hərəkət problemi daimidir, çünki o, əlavə dəstək olmadan bir daha hərəkət edə bilməyəcəkdir.

Amputasiya

Qılçası və ya ayağı amputasiya olunmuş şəxslər hərəkət etməyə köməkçi məhsullarndan istifadə etməklə hərəkət edə bilirlər.

Asif adlı kişi iki dirsəkaltı ağaclarla hərəkət edir. Onun sağ qılçasının dizdən aşağı hissəsi amputasiya olunub.

Asifi xatırlayırsınız?

Asifin sağ dizindən aşağı hissəsi amputasiya olunub.

Müvazinətin və ya koordinasiyanın zəifliyi

Müvazinəti və ya koordinasiyası zəif olan şəxsləe bir-yerdən başqa yerə hərəkət etməkdə çətinlik çəkirlər. Onlar həm də yıxılmaq təhlükəsi ilə üzləşə bilirlər. Münasib ayaqqabılar haqqında məsləhətlər yıxılma riskini azaltmağa kömək edə bilər.

Müvazinəti və ya koordinasiyası çox zəif olan insanlar dəstək olmadan ümumiyyətlə dik otura və ya hərəkət edə bilməzlər.

Aleyşa adlı gənc qız onu arxadan dəstəkləyən, təkərləri olan yeriməyə yardımçı (çərçivəli) vasitə ilə dayanır. Onun hər bir ayağında ortez və münasib ayaqqabı var.

Aleişa ilə görüş

Aleyşanın serebral iflici var və o, hərəkətlərini əlaqələndirməkdə və idarə etməkdə çətinlik çəkir. Hərəkət etməsi üçün köməyə ehtiyacı var.

Üçüncü dərsdə münasib ayaqqabılar haqqında daha çox məlumat əldə edəcəksiz.

Hissetmə (hissiyyat) ilə bağlı problemlər

Şəxsin ayaq və ya qılçalarında hissetmə ilə bağlı problemlər onun hərəkətini məhdudlaşdırır və yıxılma riskini artırır.

Ayaqlarında hissetmə ilə bağlı problemləri olan insan da yaralanma və/və ya ayaq yarasının inkişaf etməsi təhlükəsi ilə üz-üzədir.

Növbəti mövzuda ayaq yaraları haqqında daha çox məlumat əldə edəcəksiz.

Ayaqlarının bəzi hisslərində hissiyyatla bağlı problemlər yaşayan hər kəsi həmişə münasib ayaqqabı geyinməyə təşviq edin.

Matias adlı ahıl bir kişi qarşısında yeriməyə köməkçi vasitəsi ilə skamyada oturub.

Matiası xatırlayırsınız?

Matias zəifdir və şəkərli diabet səbəbindən ayaqlarının bəzi hisslərində hissiyyatla bağlı problemlər yaşayır. Əmniyyətli yerimək üçün o, gəzinti üçün təkərli hərəkət vasitəsi/rollatordan istifadə edir.

Mümkün qədər hərəkətdə olmaq sağlamlıq, cəmiyyətə inteqrasiya və iştirak üçün çox vacibdir.

Hərəkət çətinliyi olan insanlar aşağıdakılar olduqda hərəkətlərini artıra bilərlər:

  • Hərəkət etməyə köməkçi məhsulların düzgün seçilməsi
  • Reabilitasiya (ehtiyac olarsa)
  • Əlçatan mühit.

Roberin daha hərəkətli olmağının onun üçün nəyi ifadə etdiyinin izahını dinləmək üçün bu qısa videoya baxın.