
Ayaq yarası ayağın hər hansı bir nahiyəsindəki dərinin qopmasıdır
Bunun səbəbi aşağıdakılar ola bilər:
- Ayağın zədələnməsi, məsələn, iti bir cismin tapdalanması
- Təzyiq və ya sürtünmə, məsələn, ayağa pis oturan ayaqqabıya görə.
Ayaq yarası hərəkət qabiliyyətinin itirilməsinə səbəb ola bilər. İnfeksiyaya yoluxmuş yaralar amputasiyaya və hətta ölümə səbəb ola bilər.
Müzakirə
Hesablamalara görə, beynəlxalq miqyasda diabetik ayaq yarasına görə hər 30 saniyədən bir kiminsə alt ekstremitəsi amputasiya olunur.
- Ayaq yarası inkişaf edən kimisə tanıyırsınızmı?
- Bilirsiniz, o necə başladı?
- Onu necə idarə etmək mümkün oldu?
- O, sağaldı, yoxsa daha çox ağırlaşmalara səbəb oldu?
Amputasiyanın qarşısını çox vaxt bunları etməklə almaq olar:
- Ayaq yaralarının qarşısını almaq və ya
- Ayaq yaraları baş verən kimi mümkün qədər tez bir müddətdə onları müəyyən etmək və müalicə etmək.
Ayaq yaralarının hansı səbəbdən baş verdiyi və ən çox kimin ayaq yaraları təhlükəsi ilə üz-üzə olduğu barədə ətraflı məlumat əldə etmək üçün oxumağa davam edin.
Ayaq yaraları aşağıdakı sağlamlıq problemləri olan insanlar üçün ciddi problemə çevrilə bilər:
Ayaqlarda hiss etmə (hissiyyat) ilə bağlı problemlər
Ayaqda hissetmə ilə bağlı problemlər o deməkdir ki, şəxs ağrı, təzyiq, istilik və toxunuş hiss edə bilmir.
Ayaqlarında hissetmə problemləri və ya heç nə hiss etməməklə bağlı problemləri olan şəxslərdə ayaq yaraları baş vermə riski yüksəkdir, çünki onlar ayaqlarına bir şeyin zərər verdiyi zaman onu hiss etmirlər.
Şəkərli diabet, cüzam, onurğa beyni zədəsi və ya insult keçirmiş insanlarda çox vaxt ayaqlarında hissiyyatın itməsi baş verir və buna görə də onlar ayaq yarası təhlükəsi ilə üzləşirlər.
Spirtli içkidən sui-istifadə edən bəzi insanların ayaqlarında hissetmə qabiliyyəti itir və bu, onlar üçün təhlükə yaradır.
Ayaqlarında hissletmə ilə bağlı problemləri olan hər bir şəxs üçün ayaqyalın yerimək xəsarət alma riskini və ayaq yarasının inkişafını artırır.

Sual
Cozefina 45 yaşlı şəkər xəstəsidir. O, ayaqlarını bütövlükdə hiss etmir və qan dövranı azalıb.
Cozefina balıqçıdır və sahildə və qayıqda çox vaxt keçirir. O, çox vaxt ayağı yalın olur.
Cozefana ayaq yarası təhlükəsi ilə üz-üzədirmi?
Bəli, Cozefina ayaqlarını tam hiss edə bilmədiyi və ayaqqabı ilə qorumadığı üçün o, orta risk səviyyəsi altındadır. O, sahildə, suda və ya qayığında ayağını zədələdə bilər. Qan dövranın azalması yaralarının gec sağalmasına səbəb olacaq və infeksiya riskini artıracaqdır.
Qan dövranınn azalması
Ayaqlarda qan dövranı azaldığı zaman ayaq yarasının sağalması daha çox vaxt tələb edəcək və infeksiya riski artacaqdır.
Şəkərli diabet, ürək-qan-damar və/və ya böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərda çox vaxt qan dövranı zəifləyir.
Siqaret çəkən insanlarda da qan dövranı azala bilər.

Ravi ilə görüş
Ravi şəkərli diabetdən əziyyət çəkən ahıl kişidir. O, evində sınmış kiçik bir şüşə parçasını tapdalayıb. Ayağında hissiyyat az olduğuna görə bir neçə gün ərzində bu kəsiyi hiss etmədi. O, bundan xəbər tutduğu zaman kəsiyi özü müalicə etməyə çalışdı.
Şəkər xəstəliyinə görə Ravinin ayaqlarına qan dövranı zəifdir. Bu isə o demək idi ki, yara sağalmayıb və qısa müddət ərzində infeksiyaya yoluxub. İnfeksiya yayılıb və Ravinin xəstəliyi ağırlaşıb.
Ravinin ailəsi onu xəstəxanaya gətirdi. Burada öyrəndi ki, infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün onun ayağı və baldırını amputasiya etmək lazım gələcəkdir. Amputasiya olmasaydı, Ravi ölə bilərdi.
Sual
Ayaq yaralarının qarşısının alınması ayaq yaralarının səbəb olduğu amputasiyanı azaltmağa kömək edir.
Raviyə ayaq yarasından uzaq durmağa nə kömək edə bilərdi?
- Ravi üçün ayaqlarına qulluq etmək qaydaları, o cümlədən hər gün onlarda yaraların olub-olmadığını yoxlamaq barədə məlumatlandırma
- Ayaqlarını qorumaq üçün qapalı məkanda və açıq havada münasib ayaqqabı geyinmək.
Ayaq yaralarının erkən dövrdə müəyyən edilməsi və müalicəsi amputasiyaları azaltmağın digər üsuludur.
Raviyə amputasiyadan uzaq durmağa nə kömək edə bilərdi?
- Ravi ayağı yaralanan kimi yerli poliklinikaya gedə bilərdi
- Təlim keçmiş sağlamlıq işçiləri tərəfindən onun ayaq yarasının tez-tez və müntəzəm müalicəsi və monitorinqi
- Diabetin müntəzəm müayinəsi və müalicəsi.
Qeyri-adi ayaq forması, ayaq barmağının və ya ayağın amputasiyası
Ayağa qalxdığımız zaman ayaqlarımız yerə toxunduqca bədənimizin çəkisi bərabər şəkildə ayaqlarımıza yayılır.
Yeriyərkən, hər bir addım üçün yerin üzərindəki ayaq bir şəxsin ümumi bədən çəkisinin 1 ½ mislini daşıyır. Bu çəkini bərabər şəkildə yaymaq vacibdir.
Ayağın formasındakı dəyişiklik ayağın müxtəlif nahiyələrinə təzyiqi artıra bilər. Bu, ayaq yarasına səbəb ola bilər.
Qeyri-adi formalı ayaq barmaqları və ya ayaqları olan insanlar və ya barmaq və ya ayaqları amputasiya olunmuş insanlar ağırlıq daşıyan zaman təzyiq nəticəsində ayaq yarası inkişafı təhlükəsi ilə üzləşirlər.

Rubi ilə görüş
Rubinin 55 yaşı var, şəkər xəstəsidir. Onun ayaq yarası infeksiyası səbəbiylə ayaq barmağı amputasiya olunub.
Ruby yeriyərkən əvvəllər bütün ayağına bərabər paylanan çəki indi ayağının qalan hissəsinə paylanır.
Onun ayağının qalan hissəsinə düşən təzyiqin artması səbəbindən əmələ gələn ayaq yaralarının sayı arta bilər.
Rubi sağlamlığını və diabetini idarə etdiyinə əmin olmaq üçün müntəzəm olaraq diabet klinikasına gedir. Dabanında başqa bir yaralanma riski olduğu üçün o, diabetik ayaq klinikasına da müraciət edir. Növbəti ayaq yaralarının qarşısını almaq üçün Rubi ayağının qalan hissəsinə təzyiqi azaltmağa kömək edən xüsusi ayaqqabı ilə təmin edilmişdir. Bu, yük aradan qaldırma cihazı adlanır. O, həmçinin ayağındakı təzyiqi azaltmaq üçün dirsəkaltı ağacllar ilə yeriyir.
Birinci dərsi tamamladınız!.
Növbəti dərsdə siz hərəkətə köməkçi məhsulların müxtəlif növləri haqqında məlumat əldə edəcəksiz.