Bu mövzuda siz hərəkət etməyə köməkçi məhsullar üzrə müayinə formasını tamamlamaq qaydalarını öyrənəcəksiniz.

Əgər hələ də etməmisinizsə, aşağıdakıların nüsxələrini yükləyin və çap edin:
- TAP Hərəkət etməyə köməkçi məhsullar üzrə müayinə forması
- Hərəkət etməyə köməkçi məhsullar üzrə ayaqların müayinəsi üzrə bələdçi
Əgər formanı yükləyə bilmirsinizsə, narahat olmayın. Formadakı sualların hər biri modulu keçərkən aydın şəkildə göstərilir.
TAP Hərəkət etməyə köməkçi məhsullar üzrə müayinə forması
Hərəkət müayinəsi forması sadə bir alətdir. Yoxlama zamanı ondan bələdçi kimi istifadə edilə bilər.
Bu formaya hərəkət çətinliyi olan şəxsə bu barədə məlumat almaqda kömək etmək üçün suallar daxildir:
- Əgər şəxs üayinə formasına daxil olan hərəkət etməyə köməkçi məhsullardan faydalana bilərsə
- Səhiyyə mütəxəssisinə, reabilitasiya xidmətinə, protez-ortopedik xidmətə və ya digər yardıma yönləndirmək lazım olarsa.
Forma üzərində bu piktoqramı hər dəfə gördüyünüz zaman bu, o deməkdir ki, şəxsi yönləndirməyə ehtiyac ola bilər.
Bu müayinə zamanı hərəkət cihazlarına diqqət yetirilir. Bununla belə, hərəkət cihazdan istifadə edən şəxs köməkçi məhsulların digər növlərindən da faydalana bilər.
Formanın sonunda qeydlər yazmaq və şəxs üçün plan hazırlamaq üçün yer var.
Gəlin, hərəkət müayinəsinin hər bir hissəsindən keçək.
Şəxs haqqında məlumat
Əlaqə məlumatları, cinsi və yaşı daxil olmaqla şəxs haqqında ümumi məlumat toplamaqla başlayın.
Hərəkət və sağlamlıq riskləri üzrə sadə yoxlama
Hərəkət cihazını təmin etməzdən əvvəl əlavə araşdırmaya və/yaxud idarə edilməyə zərurət yarada biləcək hər hansı hərəkət və ya sağlamlıq risklərini yoxlamaq vacibdir.

Şəxsin hərəkət və ya sağlamlıq riskinin olub-olmadığını öyrənmək üçün müayinə formasının bu hissəsindən istifadə edin.
Hərəkətin qəfil itməsi
Şəxsdən soruşun:
Son üç ayda hərəkət (mobillik) xeyli azalıb?
Hərəkətin qəfil itməsi, işəxsin qiymətləndirmə və müalicəyə ehtiyacı olan sağlamlıq probleminin olmasına işarə ola bilər.
Əlavə məsləhət üçün sağlamlıq və/və ya reabilitasiya mütəxəssisinə yönəldin.
Ola bilsin ki, şəxs hələ də hərəkət cihazından faydalanır, buna görə də müayinəni tamamlayın.
Düşünmək üçün sual
Qəfil xəstələnən və ya hərəkət qabiliyyətini itirən tanıdığınız hər hansı şəxs barədə düşünə bilərsinizmi?
Onun sağlamlıqla bağlı problemi (xəstəliyi) olub?
Uşaqlarda hərəkət (mobillik)
Kiçik yaşlı uşaqların valideynlərindən və ya dayələrindən soruşun:
Uşaq iki yaşından böyükdür və hələ yeriməyə başlamayıb?
İki yaşına çatanda bir çox uşaqlar təkbaşına yeriməyi bacarırlar.
Əgər uşaq iki yaşdan yuxarıdırsa və hələ yerimirsə, səhiyyə və ya reabilitasiya xidmətinə yönləndirmək məsələsini müzakirə edin.
Erkən yönləndirmə uşağın qabiliyyətlərini inkişaf etdirmək üçün ən yaxşı imkan yaradır.

Yıxılma riski
Şəxsdən soruşun:
Yıxılmağa görə özünüzü narahat hiss edirsiniz, yoxsa tez-tez yıxılırsınız?
Əgər şəxsin müvazinətini saxlamağında problem varsa, o, yıxılmaqdan narahat ola bilər.
Yıxılmaq xüsusilə ahıllar üçün təhlükəlidir. Onlar çox güman ki, özlərinə xəsarət yetirirlər və onların sağalması üçün isə daha çox vaxt tələb olunur.
Görmə və ya eşitmə çətinliyi, düşünmə və xatırlamaqda çətinlik, zəiflik və müvazinətdə çətinlik kimi problemlər yıxılma riskini artıra bilər.
Əgər son 12 ayda ahıl şəxs bir dəfədən çox yıxılıbsa, o, yenidən yıxılmaq təhlükəsi ilə üz-üzədir.
Hərəkət etmək üçün və ya digər köməkçi məhsulun onlun yıxılmasının qarşısını almağa kömək edəcəyini onunla müzakirə edin.
Həmçinin onun yıxılma halları üzrə tam qiymətləndirməsinin aparılması üçün onu reabilitasiya xidmətinə də yönəldə bilərsiniz.

Sofiya ilə tanış olun
Sofiyanın 68 yaşı var və bu yaxınlarda o, evində bir neçə dəfə yıxılmışdı. Qiymətləndirmədən sonra Sofiyaya gəzinti üçün təkərli hərəkət vasitəsi/rollator verildi ki, onun hərəkət etməsinə kömək etsin. O, yeriyərək yerli mağazalara getməkdən zövq alırdı. Bununla belə, sonra Sofiya gecə tualetə getdərkən bir daha yıxıldı.
Fəaliyyət
Aşağıdakı hansı tədbirlər Sofiya üçün faydalı olardı?
Düzgün
Reabilitasiya xidməti Sofiyaya gücünü, müvazinətini və ya koordinasiyasını yaxşılaşdırmaq üçün ona məşqlər keçə bilər. Xidmət həmçinin Sofiyaya yıxılma hallarının sayının artmasının qarşısını almaq üçün onun ətraf mühitini mümkün qədər təhlükəsiz etmək barədə məsləhət verə bilər.
Düzgün
Tutacaqlar Sofiyaya çarpayıdan qalxarkən ona ayağa qalxmağa və müvazinətini saxlamağa kömək edə bilər.
Düzgün
Onun digər köməkçi məhsullara ehtiyacı ola bilər – məsələn: görmə və ya eşitmə çətinlikləri müvazinəti azaldır və yıxılma riskini artırır, əgər Sofiya yıxılıb ayağa qalxa bilmədikdə ona fərdi həyəcan siqnalı kömək edə bilər.
Yataq yaraları
Yataq yarası dərinin parçalanmasıdır. O, əsasən kürək (bel), ombalar və ya oturacaq sümükləri kimi sümüklü nahiyələrin üzərində olur.
Hissetməni (hissiyyatı) itirən və ya hərəkət etməkdə və mövqeyini dəyişməkdə çətinlik çəkən şəxslər arasında yataq yaraları geniş yayılmış bir problemdir.
Əgər kiminsə əvvəllər yarası olubsa, onda başqa bir yara əmələ gəlmə riski var.
Bu yataq yaralarının şəkillərinə baxın, burada göstərilir ki, onlar kiçik bir ləkə kimi əmələ gəlməyə necə başlayıb və inkişaf edərək daha da böyüyüb, dərinləşib və ola bilsin ki, infeksiyaya da yoluxub.
Tünd rəngli dərilərdə yaranın birinci mərhələsini görmək çətin ola bilər. Dərinin ətrafdakının nisbətən isti və/yaxud şişkin olduğunu yoxlayın.
Açıq rəngli dəri üzərində qırmızı rəngdə ləkə görünəcək. Tünd rəngli dəridə mavi və ya bənövşəyi rəngdə ləkə ola bilər.
Yaraların daha da pisləşməsinin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.




Sağalmayan yataq yarası sağlamlıq üçün ciddi təhlükədir. Yataq yaralarının inkişafının qarşısını almaq üçün erkən idarəetmə vacibdir.
Şəxsdən soruşun:
Sizdə yataq yaraları varmı?
Əgər şəxsin yataq yarası varsa, ona hər hansı təzyiqdən çəkinməyi məsləhət görün.
Yaraların idarə edilməsi üçün onu səhiyyə mütəxəssisinə yönəldin.
Sual
Ahıl şəxs zəifdir və sağlam deyil. O, çarpayıda uzanıb, yerini dəyişməkdə çətinlik çəkir. Deyir ki, ombalarında yataq yarası var.
Hansı tədbirləri görə bilərsiniz?
Hamısı doğrudur
Bütün dörd addımın hamısı atılmalı olan addımlardır.
Ayaq yaraları riski
Ayaq müayinəsinəa ehtiyac olub-olmamasına qərar vermək üçün hərəkət yoxlama formasının bu hissəsindən istifadə edin.
Şəxsdən soruşun:
Əvvəllər ayaq yaranız və ya amputasiyanız olub?
Əvvəllər ayaq yarası və ya amputasiyası olan, xüsusilə də sağalması üçün uzun müddət tələb olunan hər bir şəxs üçün daha bir ayaq yarasının yaranma riski var.
Əvvəllər ayaq yarası və ya amputasiyası olan bir şəxs üçün həmişə ayaq müayinəsini tamamlayın.
Şəxsdən soruşun:
Sizdə varmı:
- Diabet
- Cüzam,
- Ürək və/və ya böyrək xəstəliyi
- Ayağınızın üzərində yara, zədə və ya şişkinlik.
Şəkərli diabet, cüzam, ürək və/və ya böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər ayaq yarasının inkişaf riski altındadırlar.
Bu sağlamlıq problemləri olan və ya ayaqlarında yara, zədə və ya şişlik olan hər hansı bir şəxs üçün həmişə ayaq müayinəsini tamamlayın.
Şəxsdən soruşun:
- Siqaret çəkirsiniz?
- Spirtli içki qəbul edirsiniz?
- Tez-tez ayaqyalın gəzirsiniz?
Siqaret çəkmək və çoxlu miqdarda spirtli içki qəbul etmək şəxsin ayaq yarasının olması riskini, eləcə də ayaq yarasının sağalması üçün lazım olan müddəti artırır.
Ayaqyalın yerimək ayaq yarası riskini artırır, çünki ayaq daha az qorunur.
Tez-tez siqaret çəkən, spirtli içki qəbul edən və/və ya ayaqyalın gəzən işəxs üçün həmişə ayaq müayinəsini tamamlayın.
Sual

Jenşenin 60 yaşı var. O, ayaq üstə durub gəzə bilir, amma hərdən özünü sabit hiss edir. Yıxılmağından narahatdır.
Jenşendə şəkər xəstəliyi var. O, sizə deyir ki, bir il əvvəl ayağını daş parçası ilə kəsib və yaranın sağalması xeyli vaxt aparıb.
Jenşenlə ayaq müayinəsi aparmaq lazımdırmı?
Bəli, ayaq müayinəsini aparın. Həmçinin Jenşenin mütəmadi olaraq şəkərli diabetlə bağlı tibbi yardım xidmətinə baş çəkdiyini yoxlayın.
Əgər yoxdursa, yönəldin.
Növbəti mövzuda ayaq müayinəsinin aparılması qadaları barədə məlumat əldə edəcəksiz.