Kontinensiya

Mövzunun davamı:

Kontinensiya sosial cəhətdən məqbul hesab edilən yerdə sidik kisəsi və bağırsaqların boşalmasını könüllü şəkildə nəzarət altında saxlamaq qabiliyyətinə malik olmaq deməkdir. Onu tualetə uğurla getmək də adlandırmaq olar.

İnkontinensiya şəxsin sidik kisəsini və ya bağırsaqlarını idarə edə bilməməsidir. Bu, axıntılar, sızma və ya "qəza" kimi də təsvir edilə bilər

Sual

Bu qısa sorğu ilə kontinensiya və inkontinensiya haqqında biliklərinizi sınayın.

1. İnsanlar gündə neçə dəfə sidik kisələrini boşaldırlar?

Gündə orta hesabla 6-8 dəfə.

2. İnsanlar gündə bağırsaqlarını neçə dəfə boşaldırlar?

Əksər insanlar bağırsaqlarını günün eyni vaxtında və müntəzəm şəkildə tez-tez boşaldırlar. Bu, gündə 3 dəfədən həftədə 3 dəfəyə qədər ola bilər.

3. Çox ehtimal ki, bir çox insanlar həyatlarının müəyyən bir dövründə inkontinensiya ilə üzləşirlər.



Düzdür: İnkontinensiya adi haldır. Qadınların 20%, kişilərin isə 10%i urinar inkontinensiya (sidik saxlaya bilməmə) ilə üzləşirlər.

4. İnkontinensiya yalnız uşaqlar və ya ahıllar üçün problemdir.



Yanlışdir (səhvdir): Qadınlar, kişilər, qızlar və oğlanlar istənilən yaşda inkontinensiya ilə üzləşə bilərlər.

5. Sidik kisəsi inkontinensiyasına (sidiyin sızması) bağırsaq inkontinensiyasından (nəcisin sızması) daha çox rast gəlinir.



Doğrudur. Sidik kisəsi inkontinensiyası bağırsaq inkontinensiyasından daha çox rast gəlinir.

6. Aşağıdakılardan hansı inkontinensiyaya səbəb ola bilər?








Yuxarıdakı qutuların hamısını işarələdinizsə, haqlısınız.
İnsanların inkontinensiyaya ilə üzləşməsinin bir çox müxtəlif səbəbləri var. Yuxarıdakı siyahı bunun səbəblərindən sadəcə bəzilərini göstərir.

Tualetə (kontinensiyaya) müvəffəqiyyətlə getmək üç əsas mərhələdlən ibarətdir:

  • Birinci mərhələ: Tualetə getmək vaxtının gəldiyini (bədən siqnallarından) müəyyən etmək
  • İkinci mərələ: Boşaltmaq üçün lazımi vaxt gələnə qədər saxlamaq
  • Üçüncü addım (mərhələ): Uyğun yerdə və hazır olduqda, sidik kisəsi və ya bağırsaqları tamamilə boşaltmaq.

Sual

1. Hansı 'bədən siqnalları' tualetə getməyin vaxtı olduğunu deyir?

  • Sidik kisəsi və ya bağırsaqlarda təzyiq hissi. Tualetə getməkdə gecikmə olarsa, bu daha da güclənir
  • Mədədə ağrı hissi, bağırsaqları boşaltmaq lazım olduğuna işarə ola bilər.

2. Şəxsin tualetə vaxtında getməsini nə gecikdirə bilər?

  • Bədən siqnallarını müəyyən etməmək, yaxud onlara məhəl qoymamaq
  • Başqa bir şeyə diqqət etmək, tualetə çatmaq üçün isə "çox gec" qalmaq
  • Tualetə getməkdə fiziki çətinlik
  • Tualetə gedən yolu bağlayan baryerlər.

3. Hər dəfə tualetə gedəndə şəxs öz sidik kisəsini tamamilə boşalda bilmirsə, bu, problem hesab olunur?



Bəli, natamam boşaltma sidik kisəsi üçün problemdir. Bakteriyaların (mikrobların) böyüməsini təşviq edir, sidik yollarının infeksiyasına səbəb olur və həmçinin sidik kisəsində daşların (kiçik mineral parçaları) riskini artıra bilər. Sidik kisəsi daşları sidik axınının qarşısını ala bilər ki, bu da təhlükəlidir

4. Şəxs mütəmadi şəkildə bağırsağını boşalmırsa, bu, problem hesab edilir?



Bəli, bağırsağın müntəzəm şəkildə boşaldılmaması və ya nəcisin sərt, quru olması qəbizlik adlanır. Bu, bir problemdir, çünki narahatlıq yaradır və nəcisin saxlanmasına səbəb ola bilər. Qəbizlik də sidik kisəsini qıcıqlandıra bilər; və sidik ifrazının pozulmasına səbəb ola bilər.

İnkontinensiya yuxarıda təsvir edilən mərhələlərdən biri və ya hər biri ilə əlaqəli ola bilər.

Sual

Aşağıdakı insanların hər biri hansı mərhələləri yerinə yetirməkdə çətinlik çəkir?

Lusiyana və Xose evdədir. Lusiyana krassvord həll edir və Xose isə onun yanında kitabla oturub. O, saatının vaxtını yoxlayır.

Lusiyana ilə görüş

Lusiyana əri Xose ilə birlikdə yaşayır. Lusiyana yadda saxlamaqda və işləri planlaşdırmaqda çətinlik çəkir. O, tualetə getməyin vaxtı olduğunu müəyyən edə bilmir, tez-tez bağırsaq və sidik kisəsi ilə əlaqədar çətin vəziyyətlərlə üzləşir.

Lusiyana hansı mərhələdə/mərhələlərdə çətinlik çəkir?




Lusiyana birinci addımla bağlı çətinlik çəkir.

Deyvid və Leytenqi skamyada yan-yana əyləşiblər.

Deyvidi xatırlayırsınızmı?

Deyvid yeriməyə yardımçı çərçivədən istifadə etməklə yeriyən ahıl, zəif adamdır. Deyvid tualetə nə vaxt getməli olduğunu bilir, lakin ora çatana qədər özünü saxlamaqda çətinlik çəkir. Tualetə getməsi daha uzun sürdüyü üçün fiziki çətinlikləri də onu çətinləşdirir. O, bir neçə dəfə sidik kisəsi ilə əlaqədar çətin vəziyyətə düşüb və indi çölə çıxmaqdan qorxur.

Deyvid hansı mərhələdə/mərhələlərdə çətinlik çəkir?




Deyvidin ikinci addımla bağlı çətinliyi var.

Piter adlı bir kişi əlil arabasında oturub və əlləri ilə sürmək üçün halqalardan tutub.

Piteri xatırlayırsınız?

Piterin onurğa beyni zədələnib.  Qılçalarını belindən aşağı hiss edə və hərəkət edə bilmir. O, həmçinin sidik kisəsi və bağırsağına da nəzarət edə bilmir.

Piter hansı mərhələdə/mərhələlərdə çətinlik çəkir?




Piter birinci, ikinci və üçüncü addımlarda çətinlik çəkir. Onun onurğa beyni zədəsi olması o deməkdir ki, o, bədənin siqnallarını hiss edə bilmir və ya sidik kisəsini və ya bağırsağına könüllü şəkildə nəzarət edə və ya boşalda bilmir.

Balaca oğlan döşəməyə uzanıb oyuncaq maşınlarla oynayır.

Qabriyellə görüş

Qabriyelin yeddi yaşı var və anası və qardaşı ilə yaşayır. O, oyuncaq maşınları ilə saatlarla oynayır və sözünün kəsilməsini xoşlamır. Qabriyel danışmaqda çətinlik çəkir. Qabriyel tualetə getməli olduqda narahat olur və paltarını geyinir. Anası bu əlamətləri tanıyır və onun tualetə getməsinin lazım olduğunu bilir. Lakin o, bağırsaqlarını boşaltmaq üçün kifayət qədər uzun müddət Qabriyeli tualetdə oturtmaqda çətinlik çəkir. O, tez-tez bağırsaqla əlaqədar çətin vəziyyətə düşür.

Qabriel hansı hansı mərhələdə/mərhələlərdə çətinlik çəkir?




Qabriyel bədən siqnallarını müəyyən etsə də (birinci addım) 3-cü addımda çətinlik çəkir: doğru zamanda doğru yerdə olmaq və bağırsaqlarını boşaltmağa hazır olmaq.

İnsanlar inkontinensiya ilə müxtəlif yollarla qarşılaşırlar.

Sual

Aşağıda Marina, Sakura və Dembenin inkontinensiya
təcrübəsi haqqında oxuyun. Sonra suallara cavab verin.

Ağ saçlı ahıl qadın və qara saçlı cavan qadın bir-birinə söykənərək kameraya gülümsəyirlər.

Marina ilə görüş

Marinanın 52 yaşı var. İkinci övladı 25 il əvvəl dünyaya gəldikdən sonra ondai öskürərkən və ya idmanla məşğul olarkən vaxtaşırı sidik sızıntıları olur.

Son altı ayda Marina tualetə vaxtında çatmaq üçün tələsmək məcburiyyətində olduğunu fərq etdi. O, özünü saxlaya bilmədiyi üçün mütəmadi olaraq bəzi sidik sızmaları ilə qarşılaşır.
Marina gecə tualetə getmək üçün oyanır və ora çatana qədər həmişə özünü saxlaya bilmir.

1. Marina hansı sızıntı növü ilə üzləşir?




Yalnız sidik cavabı doğrudur.

2. Sızıntılar neçə müddətdən bir baş verir?




Müntəzəm olaraq doğru cavabdır. Marina tualetə vaxtında çata bilməyəndə müntəzəm olaraq sızıntılarla üzləşir. O, həmçinin öskürəndə və ya idmanla məşğul olanda sızıntılarla üzləşir.

3. Sızıntılar nə vaxt baş verir?




Hər ikisi də cavabı düzgün cavabdır. Marina gecə-gündüz sidik sızıntıları ilə üzləşir.

Sakura gənc qızdır.

Sakura ilə görüş

Sakuranın 11 yaşı var və ailəsi ilə birlikdə yaşayır. Sakuranın serebral iflici var və o, hərəkətlərini idarə etməkdə və ünsiyyət qurmaqda çətinlik çəkir. Sakura tez-tez sidiyini saxlaya bilməməklə və səhər yeməyindən sonra arabir nəcisini saxlaya bilməməklə qarşılaşır. 

1. Sakura hansı sızıntı növü ilə üzləşir?




Hər ikisi də cavabı düzgün cavabdır.

2. Sızıntılar neçə müddətdən bir baş verir?




Hərdən və müntəzəm olaraq hər ikisi də doğru cavablardır. Sakurada müntəzəm olaraq sidik sızıntıları və vaxtaşırı nəcis sızıntılar baş verir.

3. Sızıntılar nə vaxt baş verir?




Yalnız gündüz vaxtı və ya Hər ikisi düzgün cavab ola bilər. Sakurada gecələr sidik sızıntıları ola bilər. Sakurada gün ərzində sızıntılar olur. Daha çox sual vermək aydınlaşdırmağa kömək edəcək.

İdman formasında gənc oğlan futbol topu ilə fənd icra edir, iki dostu isə onu arxadan izləyir.

Dembe ilə görüş

Dembenin 13 yaşı var və o, dostları ilə futbol oynamağı xoşlayır. Onun komandası yerli liqanın finalındadır, lakin matçı oynamaq uzun bir yoldur və onlar gecələməli olacaqlar. Dembe oynamamaq qərarına gəldiyinə görə çox məyusdur. Dostlarının heç vaxt öz evindən ayrı bir yerdə gecələdiyini bilməsini istəmir, çünki arabir çarpayısını isladır və bunun nə vaxt olacağını isə heç vaxt bilmir.

1. Dembe hansı sızıntı növü ilə üzləşir?




Yalnız sidik cavabı doğrudur.

2. Sızıntılar neçə müddətdən bir baş verir?




Hərdən cavabı doğrudur. Dembe hər həftə vaxtaşırı sızıntılarla üzləşir.

3. Sızıntılar nə vaxt baş verir?




Yalnız gecə vaxtı cavabı doğrudur.

İnkontinensiyası olan hər bir şəxs onun səbəbini qiymətləndirə bilən və müalicə və/və ya inkontinensiyanı necə idarə etməyi planlaşdırmağa kömək edə bilən səhiyyə mütəxəssisini görməlidir.

Səhiyyə mütəxəssisinin hər yaşda olan insanlara sidik kisəsi və ya bağırsaqlarına nəzarəti bərpa etməsinə kömək edə biləcək bir çox yollar var. Yönləndirilmə həmişə yaxşı fikirdir.

Düşünmək üçün sual

Yaşadığınız ərazidə hansı səhiyyə mütəxəssisinə müraciət edərdiniz?

Yaşlı bir qadın pəncərənin qarşısında kresloda oturub. Əlində lövhə-planşet və qələm tutan digər bir qadın isə onun yanında oturub ona səmimi-qəlbdən gülümsəyir.

Marina sızıntılardan narahatdır. O narahatdır ki, çölə çıxanda vaxtında tualetə getməyəcək və idman dərslərinə getməyi dayandırıb. O, kontinensiyanın qiymətləndirilməsi üçün yönəldilib.

Tibb işçisi Marinanı əmin edir ki, qadınlarda bu problem tez-tez rast gəlinir, amma onu müalicə etmək olar və sağala bilər.

Onlar ona sidik kisəsini dəstəkləyən əzələləri gücləndirməyi və tualetə tələsməmək üçün sidik kisəsini yenidən məşq etdirməyi öyrədəcəklər.

Onlar razılaşırlar ki, o, sızma qorxusu olmadan çölə çıxa bilməsi üçün məsləhət və müalicə qüvvəyə minənə qədər bəzi absorbentlərin istifadəsinin  müvəqqəti olaraq faydalı olacaqdır.

Marina çox xoşbəxtdir.

Sual

Lola adlı bir qadın əlində lövhə-planşet və qələm tutan başqa bir qadınla söhbət edir.

Lola ilə görüş

Lolanın 30 yaşı var və tualetə getməkdə problemlər yaşayır. O, tualetə nə vaxt getməli olduğunu hiss edə bilmir. O, təsadüfən sidik kisəsi və bağırsağını boşaltmaya başlayıb. Bu problemlər onda bir həftə əvvəl başlayıb. Bundan əvvəl onun heç bir çətinliyi olmayıb və sağlam olub.

Hansı tədbiri görməlisiniz?

Lolanın icazəsi ilə onu dərhal tam qiymətləndirmək üçün tibb işçisinə yönəldin. Ola bilsin, onun gizli sağlamlıq problemi var.

Sidik kisəsinin və ya bağırsaqlarının sərbəst buraxılmasına və ya boşalmasına nəzarət etmək qabiliyyətində qəfil dəyişikliyə məruz qalan hər bir şəxsin təcili səhiyyə mütəxəssisinə yönləndirilməsi lazımdır.

Özünə qulluq fəaliyyətlərini idarə etmək üçün kömək əldə edə biləcək müxtəlif yolları tapmaq üçün oxumağa davam edin.

Müzakirə forumu yeni tabulyasiyada/pəncərədə açılır