Özünə qulluq fəaliyyətinin idarə edilməsi

Mövzunun davamı:

Çətinliklə üzləşən uşaq, böyük və ya ahıl:

  • Fiziki bacarıqlar və/və ya
  • Düşünmə bacarığı və/və ya
  • Sidik kisəsi və bağırsağa nəzarət

özünə qulluq üzrə bir və ya bir necə sahədə çətinliyi ola bilər.

Gəlin, özünə qulluq ilə bağlı çətinlikləri olan bəzi personajlarla tanış olaq.

Ronin çarpayıda yatır. Onun sol qolu və qılçası qəliblərdə, ayağı isə yastığın üzərindədir.

Ronin ilə görüş

Ronin gəncdir və bu yaxınlarda qəzaya düşüb.
Sol qolunu və sol ayağını sındırıb. O, sümükləri sağalana qədər qılçasına ağırlıq sala və qolundan istifadə edə bilmir.

Sümükləri sağalsa da, tualetə getmək, duş qəbul etmək və geyinmək üçün köməyə ehtiyacı var.

Sual

Roninin özünə qulluqla bağlı çətinlikləri daimi, yoxsa müvəqqətidir?

Müvəqqətidir, çünki yaraları sağalandan sonra yenidən sərbəst şəkildə hərəkət etməyi bacaracaqdır.

Samuel təyinatlı eynək taxır və ağ lövhəsinin qarşısında dayanır. Lövhəsində yazılır: duş qəbul etmək, səhər yeməyi yemək, bel çantasını xatırla.

Samuellə görüş

Samuel daun sindromu olan yeniyetmədir. O, düymələri düzəltmək, ayaqqabı bağlarını bağlamaq kimi işlərdə barmaqlarının hərəkətlərini koordinasiya etməkdə çətinlik çəkir. Növbəti dərsdə Samuelin bu işlərdə ona kömək etmək üçün hansı özünə qulluq üzrə köməkçi məhsullardan istifadə etdiyini öyrənəcəksiniz.

Şamuel həm də həmişə özünə qulluq etməyi yadında saxlamır. Ona lazım olan işləri yadda saxlamağa kömək etmək üçün o, evdə ağ lövhədən və mobil telefon tətbiqindən istifadə edir.

Sual

Şamuel ağ lövhədən nə üçün istifadə edir?

Şamuel özünə lazım olan işləri yadda saxlamağa kömək etmək üçün ağ lövhədən və mobil telefon tətbiqindən istifadə edir.

Aida adlı qadın rəfiqəsinin yanında əl ağacı ilə yeriyir.

Aida ilə görüş

Aida insult keçirib. Bu isə onun bədəninin sol tərəfində zəifləmələrə səbəb olub.
O, yeriməkdə, müvazinətini saxlamaqda və sol qolundan istifadə etməkdə çətinlik çəkir. O, əl ağacı ilə yeriyir.

Aida tualetə getmək lazım gələndə hiss edə bilər. Lakin o, tualetə kifayət qədər tez getməkdə çətinlik çəkir. Ona tualet oturacağına oturub sonra isə qalxması üçün kömək lazımdır. O, həm də duş qəbul etməkdə və geyinməkdə çətinlik çəkir. Qızı ona əksər hallarda özünə qulluq etməyə kömək edir.

Sual

Aida niyə tualetə getməkdə çətinlik çəkir?

Aida yeriməkdə çətinlik çəkdiyi üçün tualetə getməkdə də çətinlik çəkir. O, mobillikdə də çətinlik çəkir.

Jenşen dayanıb sol əlində əl ağacı tutub.

Jenşeni xatırlayırsınız?

Jenşenin 60 yaşı var, şəkər xəstəsidir. Jenşen ayaqlarında tam hiss etmir və əl ağacından istifadə edir.

O, tualetə getmək üçün bədənin siqnallarını hiss etmir və sidik sizmaları ilə qarşılaşır və bəzən bağırsaqlarının tamamilə boşalmadığını hiss edir.
Jenşen həmçinin paltarını geyinərkən zəncirbənddən və düymələrdən istifadə ona çətin gəlir. Kömək edə biləcək özünə qulluq üzrə köməkçi məhsullar haqqında növbəti dərsdə məlumat əldə edin.

Sual

Jenşen niyə tualetə uğurla gedə bilmir?

Jenşen tualetə getmək üçün bədənin siqnallarını hiss etməkdə çətinlik çəkir. O, həm də bağırsaqlarını tam boşaltmaqda çətinlik çəkir.

Özünə qulluqla bağlı problemlər bir çox müxtəlif yollarla insanlar üçün çətinliklər yarada bilər.

Müzakirə

Özünə qulluq ilə bağlı çətinliklərin insanın həyatına təsir edə biləcəyi bəzi yollarını həmkarlarınızla müzakirə edin və müzakirə forumunda yerləşdirin. 

Aşağıda geniş yayılmış təsirlərdən bəziləri verilmişdir, lakin çox güman ki, başqaları da, o cümlədən icmanızdakı insanlar üçün xüsusilə uyğun olanları da var.

Özünə qulluqla çətinliyin təsirləri:

  • Bəzi insanlar köməyə ehtiyac olduqları üçün utanır
  • Kömək edən şəxs və ailə üzvləri üçün işlərin görülməsi daha uzun çəkir, ona görə də başqa işlərə daha az vaxt qalır.
  • Bəzi insanlar bağırsaq və ya sidik kisəsi ilə əlaqədar çətin vəziyyətə düşən zaman xəcalət və səfalət hissi keçirə bilərlər
  • Bəzi insanlar ya təcrid olunur, ya da xaric edilirlər. Məktəbdə, işdə, ictimai həyatda iştirak edə bilmirlər
  • Əlavə məhsullar almaq zərurəti və ya şəxsin işləyə bilməməsi nəticəsində gəlir itkisi səbəbindən və ya ailə üzvünün şəxsi dəstəkləmək üçün daha az işlədiyinə görə ayrı-ayrı şəxslər və onların ailələrinin xərcləri artır.

İnsanların həyat keyfiyyəti üçün özünə qulluq etməyi mümkün qədər asanlaşdırmaq vacibdir.

Özünə qulluq etməyi asanlaşdıran üç əsas yolu görmək üçün oxumağa davam edin.

1. Özünə qulluq üzrə köməkçi məhsullardan istifadə etmək

Özünə qulluq üzrə köməkçi məhsullar şəxs, ailə üzvləri və ya dayələr üçün özünə qulluq işlərini asanlaşdıra bilər.

Növbəti dərsdə özünə qulluq üzrə köməkçi məhsulların bəzi növləri haqqında öyrənəcəksiniz.

2. Ətraf mühiti uyğunlaşdırın

Piter adlı bir kişi əlil arabasında oturub və əlləri ilə sürmək üçün halqalardan tutub.

Piteri xatırlayırsınız?

Piterin onurğa beyni zədələnib, belindən aşağı iflic olur (hərəkət edə bilmir). Güclü qolları var və bədənin yuxarı hissəsində müvazinəti yaxşı saxlaya bilir. O, əlil arabasından istifadə edərək müstəqil hərəkət edə bilir.

Piter əlil arabası ilə pilləkənlərin üstünə qoyulmuş rampanın üzərindən keçir.

Piterin hamam otağına hamar cığırı və rampası var ki, hamamdan müstəqil istifadə edə bilsin.

Qapı kifayət qədər genişdir ki, onun əlil arabası içəri sığsın və içəridə dönməsi üçün kifayət qədər yer var.

3. Özünə qulluq tərzini dəyişin

Aleişa arxadan onu dəstəkləyən təkərlərlə yeriməyə yardımçı çərçivə olan yeriməyə yardımçı  (çərçivəli) vasitə ilə dayanır. Anası onun yanında çöməlib.

Aleişa ilə görüş

Aleişanın serebral iflici var və ona hərəkətlərini koordinasiya etmək və idarə etmək çətin olur. O, hərəkət etməyinə köməklik məqsədilə yeriməyə yardımçı (çərçivəli) vasitədən istifadə edir.

Aleişa ehtiyac olduğu zaman anasının köməyi ilə bacardığı qədər özünə qulluq edə bilər.

Aleişa qoltuqaltı olan kresloda oturub yaxınlıqdakı stuldan cemperi götürür.

O, geyinmək üçün taburedə oturur və paltarları asanlıqla əldə edilə bilən başqa bir tabure ona yaxın olan yerdə yerləşdirilib. O, həmçinin geyinib-soyunması asan olan paltarlardan istifadə edir.

Birinci dərsi tamamladınız!.

Hər hansı sualınız və ya şərhiniz varsa, onu müzakirə forumunda yerləşdirin.

Müzakirə forumu