Qiymətləndirmə

Mövzunun davamı:

Qiymətləndirmə tualet və ya duş kreslosunu təmin etmək üçün vacib olan ilk addımdır.

Əgər siz hələ qiymətləndirmə formasını yükləməmisinizsə, onu yükləyin və nüsxəsini çap edin.

Əgər formanı yükləyə bilmirsinizsə, narahat olmayın. Formadakı sualların hər biri modulun bu bölməsini keçərkən aydın şəkildə göstərilir.

Xatırladaq ki, bu TAP forması bu modulu dəstəkləmək üçün hazırlanmış qiymətləndirmə formasının nümunəsidir.

Əgər sizin xidmətiniz başqa formadan istifadə edirsə, bunu nəzarətçinizlə müzakirə edin.

Tualet və duş kreslosunun qiymətləndirmə forması sizə və şəxsə kömək etmək üçün suallar vasitəsilə sizə aşağıdakılar üzrə bələdçilik edəcəkdir:

  • Tualetə getməyin və ya yuyunmağın səbəblərini və tualet kreslosu və ya duş kreslosunun sizə kömək edib-etməyəcəyini başa düşmək
  • Şəxsin tualet və ya duş kreslosundan harada və necə istifadə edəcəyini planlaşdırmaq
  • Şəxs üçün tualet və ya duş kreslosunun vacib xassələrini seçmək.

Formun sonunda fəaliyyət planını qeydə ala bilərsiniz. Buna digər köməkçi məhsulların qiymətləndirilməsi və/və ya digər xidmətlərə yönləndirmək daxildir.

TAP-ın tualet və duş kreslolarının qiymətləndirilməsi formasının birinci səhifəsi.

Forma üzərində bu piktoqramı hər dəfə gördüyünüz zaman bu, o deməkdir ki, şəxsi yönləndirməyə ehtiyac ola bilər.

Əgər şəxsin artıq tualet və ya duş kreslosu varsa, qiymətləndirmə prosesindən istifadə edərək onun tualet və ya duş kreslosunun onun ehtiyaclarını qarşılayıb-qarşılamadığını yoxlayın.

Tualet və ya duş kreslosunu nizamlamaq, təmir etmək və ya əvəz etmək lazım gələ bilər.

Qiymətləndirməni həyata keçirmək üçün  şəxslə oturmaq üçün sakit, şəxsi yer tapın.

Bir neçə sual verəcəyinizi şəxsə izah edin. Onun verdiyi cavablar plan qurmaq üçün onunla əməkdaşlıq etməyə kömək edəcəkdir.

Əgər münasib olarsa, onun ailə üzvlərini və ya dayələrini də iştiraka cəlb edin.

Alt ekstremitəsi amputasiya olan bir kişi klinika çarpayısında oturur, o, yanında oturan iki qadınla söhbət edir.

Şəxs haqqında məlumat

TAP-ın qiymətləndirməsinin birinci hissəsində şəxsin adı, cinsi, yaşı, telefonu və ünvanı daxil olmaqla, şəxs haqqında əlaqə məlumatlarının toplanması nəzərdə tutulur.

Əlaqə məlumatları, cins, yaş və çəki daxil olmaqla, şəxs haqqında ümumi məlumat toplamaqla başlayın.

Qiymətləndirmə formasının 'Şəxs haqqında məlumat' bölməsi.

Çəki

Şəxsin çəkisini də qeyd etmək lazımdır. Əgər o, bilmirsə və sizin tərəziniz yoxdursa, bu təxmini ola bilər.

Qiymətləndirmə formasında Çəki hissəsi qırmızı rəngdə dairəyə alınıb.

Üzərində eyni unitaz və tualet kreslosunun şəkli olan qutu. 'Komplekt. Hündürlüyünü nizamlamaq olur. Çəki limiti 130 kq-dır'  sözləri yazılıb. 130 kiloqram çəki limiti sözləri dairəyə alınıb.

Sual

Şəxsin çəkisini qeyd etmək nəyə görə vacibdir?

Şəxsin çəkisi vacibdir, çünki tualet və duş kreslolarının təhlükəsiz saxlaya biləcəyi maksimum çəki limiti var.

Qiymətləndirmə müsahibəsi

Qiymətləndirmə müsahibəsinin birinci hissəsində şəxsin tualetə getməkdə və ya özünü yumaqda çətinlik çəksə də, bunun səbəbi araşdırılır.

Səbəbləri başa düşmək həm tualet, həm də duş kreslosunun kömək edib-edə bilməyəcəyinə, yaxud başqa bir həllin lazım olub-olmadığına qərar vermənizə kömək edəcəkdir.

Soruşun: Niyə görə tualetə getməkdə və ya özünüzü yumaqda çətinlik çəkirsiniz?

Qiymətləndirmə formasının Niyə görə tualetə getməkdə və ya özünüzü yumaqda çətinlik çəkirsiniz?bölməsi.

Əvvəlcə bəzi ətraf mühit səbəblərinə nəzər salaq.

Ətraf mühit baryerləri

Qiymətləndirmə formasının Ətraf mühit baryerləri bölməsi.

İnsanlar aşağıdakı səbəblərə görə çətinlik çəkə bilərlər:

  • Tualetlərinə və ya yuyunma sahəsinə olan məsafənin çox uzun olması
  • Tualetə və ya yuyunma sahəsinə gedən yolun əlçatmaz olması
  • Tualetə və ya yuyunma sahəsinə gedən yolun əlçatmaz olması.

Sual

Əgər ətraf mühit baryerləri varsa, hansı tədbirlər kömək edə bilər?

Baxmazdan əvvəl cavablarınızın üzərində düşünün.

  • Tualet və ya yuyunma sahəsini yaxın edin və ya maneələri aradan qaldırın. Məsələn, rampa əlavə edin və ya qapını genişləndirin.
  • Şəxsi yerdə (tualet və ya yuyunma sahəsində deyil) tualet və ya duş kreslosu yerləşdirin ki, bu da şəxsin onları daha asan əldə etməsini təmin etsin.

Yadda saxlayın ki, ətraf mühit baryerlərini aradan qaldırmaqla yanaşı, tualet və ya duş kreslosu da faydalı ola bilər.

İndi isə gəlin, şəxsin fiziki qabiliyyətlərini nəzərdən keçirək.

Fiziki qabiliyyətlər

Qiymətləndirmə formasının Fiziki qabiliyyətlər bölməsi.

İnsanlar fiziki bacarıqlarına görə çətinlik çəkirlər.

Çox güman ki, tualet və ya duş kreslosu aşağıdakı şəxslərə kömək edəcəkdir:

  • Tualetə və ya yuyunma sahəsinə getməkdə fiziki cəhətdən çətinlyi olan
  • Çömbəlməkdə və/və ya oturmaqda və ayaq üstə durmaqda çətinlik çəkən
  • Zəif olan və ya son ildə bir dəfədən çox yıxılan, yaxud yıxılmaqdan qorxan
  • Ayaq üstə dura bilməyən, yaxud çətin dura bilən
  • Yuyunma zamanı yorğun və ya baş gicəllənməsi olan.

Tutacaqlar tez-tez tualet və duş kresloları ilə birlikdə istifadə olunur ki, transfer və özünə qulluq daha təhlükəsiz və asan olsun.

Tutacaqlar haqqında ətraflı məlumat əldə etmək üçün TAP Tutacaqlar modula istinad edin.

Kali hamam xalatı geyinib və duşunda duş stulunda oturub.

Kali ilə görüş

Kalinin artriti var və çox vaxt yeriyərkən belində və dizlərində ağrılar olur.

Kali enerjiyə qənaət etməyə kömək etmək üçün özünü yuyarkən duş stuldan istifadə edir. O, həmçinin yuyunmaq üçün ayaq üzstə dayandığı vaxt ilə müqayisədə özünü daha təhlükəsiz hiss edir.

O, yerdən yuxarıda yerləşən unitazın üstündə tualet kreslosundan istifadə edir. Tualet kreslosu yerdən yuxarıda yerləşən unitazdan yüksəkdir və qoltuqaltılara malikdir. Bu isə onun oturub ayağa durmasını daha da asanlaşdırır və ağrılarını azaldır.

Əgər şəxsin tualetə getməyi və ya yuyunmağını çətinləşdirən digər fiziki çətinlikləri varsa, tualet və ya duş kreslosu bu problemin həlli ola bilməz.

İndi isə gəlin, digər fiziki çətinlikləri nəzərdən keçirək.

Soyunmaq və geyinməkdə çətinlik

Soyunmaqda və ya geyinməkdə çətinlik çəkən şəxs paltarlarını kifayət qədər tez çıxara bilmədiyi üçün tualetə getməyi çətinləşə bilər.

Özünü yumaq da daha çətin ola bilər və daha çox vaxt tələb oluna bilər.

Onlar aşağıdakılardan faydalana bilərlər:

  • Geyinməyə köməkçi vasitələr
  • Geyinmək soyunmağı asan olan paltarlar
  • Geyinmək üçün müxtəlif üsulları öyrənməyə kömək
  • Başqa bir şəxsin köməyi.

Deyvid və Leytenqi skamyada yan-yana əyləşiblər.

Deyvidlə görüş

Devid həyat yoldaşı Leytenqi ilə birgə yaşayan ahıl kişidir. Deyvid zəifdir və mobilliyi məhduddur.

Özünə qulluq etməkdə Leytengi ona kömək edir, lakin Deyvid özü üçün bacardığı qədər çox şey etməyi xoşlayır. Köməkçi məhsullar ona daha müstəqil olmağa kömək edib.

O, yuyunma sahəsində duş stulundan və yerdən yuxarıda yerləşən unitazın üstündə yerləşdirilmiş tualet kreslosundan istifadə edir.

Deyvid kreslosunda oturub uzunsov və əl tutacağı olan  dabankeşdən istifadə edərək ayaqqabısını geyinir.

Soyunub-geyinməyə kömək etmək üçün o, ayaqqabı və corablarını geyinib-soyundurmaq üçün uzunsov və əl tutacağı olan dabankeş də daxil olmaqla, geyinməyə köməkçi vasitələrdən istifadə edir.

Bəzi geyinməyə köməkçşi vasitələrin nümunələri üçün TAP Özünə qulluq üzrə köməkçi məhsullar moduluna baxın.

Bağırsağı və/və ya sidik kisəsini boşaltmaq çətinliyi (inkontinensiya)

Əgər şəxs bağırsağını və ya sidik kisəsini boşaltmaqda çətinlik çəkirsə, onda bu barədə (bu yaxınlarda) səhiyyə mütəxəssisinin qəbulunda olub-olmadığını müəyyən edin. Əgər olmayıbsa, onu yönləndirin .

Səhiyyə mütəxəssisi inkontinensiyanın səbəbini müəyyən edəcək və şəxsi yönəldəcək və ya onun kontinensiyasını müalicə və ya idarə edəcəkdir.

Təkcə inkontinensiya tualet kreslosuna ehtiyacı olmaq üçün səbəb deyil.

Bununla belə, inkontinensiyası olan bəzi insanlara tualet kreslosu lazım ola bilər. Bu, onun digər fiziki bacarıqlarından, bağırsaq və sidik kisəsini necə idarə etməyindən asılıdır.

Əgər çətinlik yaranarsa,tualet və ya duş kreslosunun ona kömək edib-etməyəcəyini müzakirə edin.

Sual

Piter əlil arabası ilə özünü yanında tutacağı olan rampaya tərəf itələyir. Rampaların yuxarı hissəsində əlçatan tualetin açıq qapısı yerləşir.

Piter bağırsaq və ya sidik kisəsini könüllü şəkildə idarə etməyi bacarmır.

O, səhiyyə mütəxəssisi tərəfindən dəstək alaraq, öz sidik kisəsini idarə etməyi öyrənib. O, bütün gün ərzində kateterdən istifadə edərək sidik kisəsini boşaldır. O, bunu əlil arabasında oturarkən edir.

Bağırsaqlarını boşaltmaq lazım gələndə Piter yerdən yuxarıda yerləşən unitaza transfer edir. Transfer edərkən özünə kömək etmək üçün tualetin yanında tutacaq var.

Piterə tualet kreslosu lazımdır?

Xeyr, Piterə tualet kreslosu lazım deyil. O, hal-hazırda bu olmadan bağırsaq və sidik kisəsini idarə edir.

Əgər Piterə tualetə transfer etmək və ya unitazda rahat oturmaq çətin gələrsə, onda tualet kreslosu faydalı ola bilər.

Xəbərdarlıq! Hər bir şəxs sidik kisəsini boşaldarkən ağrı hiss edirsə və ya sidik kisəsini və ya bağırsaqlarını boşaltmağa çalışırsa, həkimə müraciət etməlidir. Ağrının olması sağlamlıq probleminin olduğunu göstərə bilər.

Dərhal yönəldin.

Dəstək olmadan dik otura bilmir

Dəstək olmadan dik otura bilməyən uşaq və ya yaşlı şəxs standart tualet və ya duş kreslosundan istifadə edə bilməyəcək.

O, ehtiyaca uyğunlaşdırılmış tualet və/və ya duş kreslosundan istifadə edə bilər.

Sakura gənc qızdır.

Sakura ilə görüş

Sakuranın 11 yaşı var və valideynləri ilə birgə yaşayır. Onun serebral iflici var. O, rahat oturmağa kömək etmək üçün postural dayağı olan əlil arabasından istifadə edir və ünsiyyət qurmaqda çətinlik çəkir.

Sakuranın valideynləri reabilitasiya xidmətinin işçilərinə izah etdilər ki, onun getdikcə boyunun artması onun özünə qulluq etməyini çətinləşdirir.

Sakura tualetdə otura bilmir, buna görə də o, yuyula bilən absorbent bezlər geyinir. Onun çarpayısının üzərində hamam süngəri var.

Reabilitasiya xidməti Sakuraya və onun ailəsinə yastıq və əlavə postural dayaqlarla kombinə edilmiş tualet duş kreslosunu sınaqdan keçirməyə kömək etdi.

Sakura hamam dəsmalına bürünüb, duşun altında və vannanın qarşısında əlavə postural dayaqları olan duş kreslosunda oturub. Onun anası yaxınlıqda dayanır.

Sakura ailənin yuyulma sahəsində kresloda oturmaqdan dərhal həzz aldı. Anasının köməyi ilə artıq o, hər gün duş qəbul edir.

Digər səbəblər

Qiymətləndirmə formasının Digər səbəblər bölməsi.

Şəxsin fiziki və ya ətraf mühitdən başqa digər səbəbləri ola bilər ki, bu da onun tualetə getməyi və/və ya yuyunmağını çətinləşdirir.

Səbəbdən asılı olaraq tualet və ya duş kreslosu faydalı da ola bilər, yaxud faydalı olmaya da bilər.

Məsələn, düşünməkdə və/və ya xatırlamaqda çətinliyi olan uşaqlar və ya böyüklər gündəlik özlərinə qulluq göstərməkdə çətinlik çəkə bilərlər. Duş və ya tualet kreslosu tualetə gedərkən və/və ya yuyunarkən oturmaq üçün təhlükəsiz yerlə təmin edilməsinə kömək edə bilər.

Şəxsin tualetə getməkdə və ya özünü yumaqda çətinlik çəkdiyi səbəbləri araşdırdıqdan sonra tualet və ya duş kreslosunun faydalı ola biləcəyi barədə müzakirə edin. Əgər hər ikiniz tualet və ya duş kreslosunun faydalı ola biləcəyi ilə razılaşırsınızsa, qiymətləndirməni davam etdirin.

Tualet və ya duş kreslosu necə və harada istifadə olunacaq?

Soruşun: Tualet və ya duş kreslosundan necə və harada istifadə edəcəksiz?

Qiymətləndirmə formasının Tualet və ya duş kreslosundan necə və harada istifadə edəcəksiz? bölməsi

Əgər tualet kreslosu unitaz üzərindən istifadə olunacaqsa, aşağıdakıları yoxlayın:

  • Tualet sahəsinə getmək və içəri girmək asandırmı (əlçatandırmı)?
  • Tualetin sahəsində tualet kreslosuna uyğun yer varmı?
  • Tualet kreslosunun ayaqlarını düz sərh üzərində və döşəmədə eyni səviyyədə yerləşdirmək mümkündürmü?
  • Tualetdən digər insanlar istifadə edirmi? Əgər cavab bəlidirsə, digərləri tualetdən istifadə edərkən tualet kreslosunu yoldan kənara çıxarmaq üçün yer varmı?

Döşəmədə yerləşən unitazın üstünə qoyulmuş döngə funksiyası olan təkərcikləri olan döşəkli (yastıqlı) duş kreslosu. Divarlarda tutacaqlar var.

Tualet kreslosu başqa bir yerdə istifadə olunacaqsa, aşağıdakılar haqqında düşünün:

  • Uyğun, şəxsi məkan
  • Şəxsin (və kömək edən hər bir kəsin) əllərini yuyacağı yer
  • Vedrəni kim boşalıb təmizləyəcək.

Vedrəli tualet kreslosu çarpayının yanında dayanıb və çarpayıya ən yaxın olan qoltuqaltı aşağı salınıb və vedrə yerindədir.

Duş kreslosu üçün, həm də şəxsin harada soyunub-geyinəcəyi barədə də düşünün.

Əgər bunu yuyunma sahəsindən (məsələn, yataq otağında) kənarda etmək daha asandırsa, şəxsi duş kreslosunda yuyunma sahəsinə köçürmək lazım gələ bilər. Kresloya təkər və ayaqaltı lazım olacaqdır.

Sakuranın anası hamam dəsmalına bürünmüş Sakuranı duş kreslosunda itələyir. Onun duş kreslosunda döngə funksiyası olan təkərcikləri və əlavə postural dayaqlar var.

Sakuranın tualet və duş kreslosu təkərlər üzərindədir.

Sakura asanlıqla dik otura bilmədiyi üçün anası onu çarpayıda soyundurub-geyindirir. Sonra valideynləri onu duş kreslosuna qaldırır, daha sonra isə yuyunmaq üçün yuyunma sahəsinə itələyib aparırlar.

Həm duş, həm də tualet kresloları üçün şəxsin tualetinə və ya duş kreslosuna necə girəcəyi və çıxaracağı barədə düşünün.

Mobilliyi çətin olan insanlara məsləhət və məşq etmək lazım gələ bilər ki, bunu təhlükəsiz şəkildə etməyi öyrənsinlər.

Kali hamam xalatı geyinib tualet stulunun qollarından istifadə edərək oturur. Onun yeriməyə yardımçı  (çərçivəli) vasitəsi önündədir.

Tualet və duş kreslolarına çıxmaq və düşmək haqqında daha ətraflı məlumat üçün 3-cü dərsə baxın.

Yataq yaraları riskini yoxlayın

Qiymətləndirmə formasının Yataq yaraları riskini yoxlayın bölməsi

Yataq yarası dərinin parçalanmasıdır. O, əsasən sümüklər olan nahiyədə olur.

Tualet və duş kreslolarının əksəriyyətinin üz səthləri sərt olur. Bu isə onları suya qarşı daha dözümlü edir və onların təmizlənməsini daha da asanlaşdırır.

Bununla belə, əgər şəxs təzyiqli yarası təhlükəsi ilə üzləşərsə, üzərində döşəkli (yastıqlı) səthi olan kreslonu seçin. Bu, yataq yarası riskini azaltmağa kömək edəcəkdir.

Tualet və ya duş kreslosundan yataq yarası təhlükəsi ilə üzləşən insanlara aşağıdakılar daxildir:

  • Kreslo ilə təmasda olan yan ətraflar, bud, kürək və ya hər hansı digər nahiyədə duyğusu (hissiyyatı) azalmış 
  • Keçmişdə yataq yarası olan
  • Arıq və ya zəif olan
  • Tualet və ya duş kreslosunda olarkən çəkilərini özləri asanlıqla çəkə bilməyən.

Qiymətləndirmə zamanı həmişə şəxsdən yataq yaralarının olub-olmadığını soruşun. Əgər cavab «bəli» olarsa, şəxsi səhiyyə mütəxəssisinə yönəldin.

Əgər tualet və ya duş kreslosunda oturarkən yataq yarası kreslo ilə təmasda olarsa, şəxs yarası tam sağalana qədər kreslodan istifadə etməməlidir.

Yataq yaraları haqqında daha ətraflı məlumat üçün TAP Hərəkət etməyə köməkçi məhsullar moduluna baxın.

Müzakirə forumu