Özünə qulluq nədir?

Mövzunun davamı:

Özünə qulluq özünə baxmaq deməkdir. Bu TAP modulu insanın əsas şəxsi ehtiyaclarının təmin etmək üçün hər gün həyata keçirdiyi özünə qulluq fəaliyyətinə fokuslanır.

Özünə qulluq fəaliyyətinin bəzi ümumi nümunələri bunlardır:

  • Yuyunmaq

Uzun saçlı şəxs duşdan istifadə edir. Əllərini yuxarı uzadıb baş dərisini sürtür

  • Tualetə getmək

Əlil arabasından istifadə edən bir kişi özünü yanındakı tutacağı olan rampa ilə yuxarı itələyir. Rampaların yuxarı hissəsində tualetin əlçatan açıq qapısı yerləşir.

  • Geyinmək

Qadın hər iki əlindən istifadə edərək köynəyinin üst hissəsini düymələyir.

  • Yeyib-içmək

Gənc qız almanı tutub yemək üçün hər iki əlindən istifadə edir.

Əksər özünə qulluq fəaliyyətlərini müstəqil şəkildə həyata keçirmək üçün insanlar mobillik, müvazinət, güc və koordinasiya kimi fiziki bacarıqlardan istifadə edirlər.

Şəxsin özünə qulluq etməyi planlaşdırması və yadda saxlaması üçün də düşünmə bacarıqlarına ehtiyacı var.

Özünə qulluq məqsədilə hər hansı şəxslə işləyərkən, fəaliyyətin müxtəlif mərhələlərini icra etmək üçün lazım olan bacarıqları başa düşmək faydalıdır.

Gəlin, özünə qulluq fəaliyyətinin iki nümunəsində istifadə edilən mərhələlərə və bacarıqlara baxaq.

Fəaliyyət

1. Bədəninizi yumaq

Şortikli bir kişi skamyada oturub başına bardaqla su tökür. Onun yanında böyük bir su vannası yerləşir.

Bədəninizin yuyulması fəaliyyətinə hansı mərhələlər (addımlar) daxildir?

Addımları (mərhələləri) 1-dən 6-ya qədər sayaraq düzgün ardıcıllıqla yerləşdirin

Bədəninizin yuyulması ilə bağlı mərhələlər:

  1. Özünüzü yuyacağınız yerə keçmək
  2. Soyunmaq
  3. Duşda ayaq üstə durmaq, oturmaq, yaxud çöməlmək, vannaya girmək, yaxud vedrənin üzrənə əyilmək
  4. Sabunu tutub bədən üzvlərini yumaq
  5. Qurulanmaq
  6. Geyinmək.

Bu addımları həyata keçirmək üçün hansı bacarıqlardan istifadə olunur?






Yuxarıda göstərilən bacarıqların hamısı bəzi və ya bütün addımlar üçün istifadə olunur.

2. Geyinmək

Skamyada oturan bir kişi səndəllərini geyinmək üçün irəliyə doğru əyilir.

Geyinmək ilə bağlı mərhələlər (addımlar):

  1. Soyunmaq üçün şəxsi yerə keçin
  2. Paltar seçin və bir yerə qoyun (yığın)
  3. Zəncirbənd və düymələr kimi bəndləri bağlayaraq paltarı geyinin
  4. Çıxarılmış paltarları kənara qoyun

Bu addımları həyata keçirmək üçün hansı bacarıqlardan istifadə olunur?






Yuxarıda göstərilən bacarıqların hamısı bəzi və ya bütün addımlar üçün istifadə olunur.

Yemək və içmək fiziki və düşünmə bacarıqlarından istifadə edən digər iki özünə qulluq fəaliyyətidir.

Mobillik, müvazinət və koordinasiya kimi fiziki bacarıqlar təhlükəsiz yemək və içə bilmək üçün xüsusilə vacibdir.

Fiziki və düşünmə bacarığı insanlara aşağıdakılara imkan verir:

  • Nə yeyəcəklərini planlaşdırmaq və müntəzəm olaraq yeməyi xatırlamaq
  • Özləri və başqalarının yemək yedikləri yerə keçmək
  • Dik oturmaq
  • Qidanı dilimlənmiş parçalara ayırmaq və ya kəsmək
  • Qidanı ağızlarına gətirmək (yemək qabları ilə və ya onlarsız)
  • Çeynəmək və udmaq.

Şəxs öz yeməyini kəsmək üçün bıçaq və çəngəldən istifadə edir.

Gənc oğlan yeməyi ağzına qoymaq üçün yemək çubuqlarından istifadə edir. Qarşısında stolun üstündə bir boşqab yemək qoyulub.

Tualetə getmək fiziki bacarıq və düşünmə bacarıqlarından istifadə edən digər bir özünə qulluq fəaliyyətidir.

İnsanlara lazımdır:

  • Tualetə çatmaq və istifadə etmək üçün fiziki bacarıqlar
  • Tualetə nə vaxt getməli olduğunu müəyyən etmək və/və ya yadda saxlamaq və oraya çatanda nə etmək lazım olduğunu bilmək üçün düşünmə bacarıqları.

Şəxs qadın, kişi və əlçatan simvolları nümayiş etdirən qapını açmaq üçün ayaq üstə dayanıb.

İnsanlar həmçinin çətin vəziyyətlərdən (sızıntılar) qaçmaq üçün sidik kisəsi və bağırsağa nəzarətdən istifadə edirlər.

Sidik kisəsi və bağırsağa nəzarət haqqında daha ətraflı məlumat əldə etmək üçün oxumağa davam edin.

Müzakirə forumu