TAP Koordinatorları
TAP-ın Koordinatorları TAP-ın öz xidməti, ərazisi və ya ölkə üzrə təqdim edilməsi və istifadə edilməsi üçün cavabdehlik daşıyan insanlardır.
Koordinatorlar kimlər ola bilər:
- Layihə menecerləri
- Xidmət menecerləri
- Təlim koordinatorları.
Ola bilsin ki, onlar TAP-ın müxtəlif səbəblərdən istifadə edirlər. Məsələn:
- Köməkçi məhsullar və onların necə təmin olunması barədə məlumatlılığı artırmaq
- Köməkçi məhsullarla təmin etmək üçün işçilərə təlim keçmək
- Sağlamlıq, reabilitasiya və ya digər təlim kurslarına köməkçi məhsullar daxil etmək.

Əgər siz TAP Koordinatorusunuzsa, bu səhifə sizin üçündür.
Bu səhifədə sizə kömək edəcək informasiya və resurslar tapacaqsınız:
- TAP-ın istifadəsinin davam etdirilməsi
- TAP-ın layihə planını hazırlayın
- TAP-ın təliminə hazırlaşın
- TAP ilə effektiv öyrənməni dəstəkləyin
Nəzərinizə çatdıraq ki, Koordinatorlar üçün dəstək resursunun bəziləri hazırda yalnız ingilis dilində mövcuddur.
TAP Formaları və sənədləri
TAP modullarında formalar və sənədlər daxil ola bilər:
- Açar sözlərin siyahısı
- Əsas mesajlar
- Qiymətləndirmə formaları
- Yönləndirmə formaları
- Resurs siyahıları
Koordinator olaraq digər sənədlərə də daxil ola bilərsiniz:
- Bacarıqların yoxlama siyahıları
- Mentorların qeydləri
Aşağıdakı düymə vasitəsilə hər bir modul üçün bütün formaları tapa bilərsiniz.
TAP-ın istifadəsinin davam etdirilməsi
TAP-ın tarixçəsi və əsaslandırılması
- TAP haqqında: TAP-ın məqsədləri və hazırlanması haqqında ətraflı məlumat əldə edin.
- TAP-dan istifadə. TAP məzmununun necə qurulduğunu və öyrənənlərə göstərildiyini öyrənin.
- TAP haqqında ümumi məlumat: TAP haqqında tam şəkildə ümumi məlumat almaq üçün bu təqdimat slaydlarına baxın. Onu TAP Layihənizdə sizinlə əməkdaşlıq edən komanda üzvləri və mütəxəssislərlə paylaşın.
TAP platformasının naviqasiyası
Bu silsilə videolar TAP-la tanışlıq, qeydiyyatdan keçmək və öyrənmək prosesini göstərir:
TAP-ın layihə planının hazırlanması
TAP müxtəlif üsullarla istifadə edilə bilən elastik təlim resursudur. TAP-ın sizin yerinizdə necə istifadə olunacağından bəhs edən və bütün mütəxəssislərlə məsləhətləşmə aparmaqla hazırlanmış və yaxşı düşünülmüş planın olması vacibdir.
TAP-ın Layihə Planı ümumilikdə bir ölkədə və ya regionda səhiyyə, reabilitasiya və köməkçi avadanlıq xidmətlərinin gücləndirilməsi üzrə daha böyük planın bir hissəsi ola bilər.

TAP-ın Layihə Planında aşağıdakılardan hər biri haqqında məlumat verilməlidir:
- Nəticə: Gözlənilən ilkin nəticə (yekun nəticələr)
- Maraqlı tərəflər: Cəlb ediləcək maraqlı tərəflər, onların rolu və töhfələri
- Yer: Məkan (sahə və ya ölkə) və köməkçi avadanlıq konteksti
- Öyrənənlər: Öyrənənlər kimlərdir, TAP-dan sonra onların nələri bilməsi və etməsi gözlənilir
- Modullar: Gözlənilən nəticəyə nail olmaq üçün TAP modullarının hansına ehtiyac olacaqdır?
- Mentorlar: Öyrənənlərə öz bacarıqlarını (səriştələrini) inkişaf etdirmək üçün kim mentorluq edəcəkdir
- Resurslar: TAP-ın idarə olunması üçün lazım olacaq resurslar və onların gəldiyi mənbələr
- Cədvəl: Əsas mühüm tarixlər də daxil olmaqla, həyata keçirilmə cədvəli
- Büdcə və maliyyələşdirmə mənbələri: TAP-ın tətbiqi üçün xərclər və maliyyələşdirməni nəzərdə tutulan büdcə
- Monitorinq, dəyərləndirilmə və öyrənmə: TAP layihəsindən bə yekun dəyərləndirilmədən istifadə etməklə bu suallara cavab verə bilmək üçün layihə zamanı toplanılacaq məlumatları və kimin cavabdehlik daşıdığını öyrənmək istəyən maraqlı tərəflər nələri öyrənmək istəyərdilər.
Bu xüsusiyyətlərin hər biri haqqında ətraflı məlumat əldə etmək üçün oxuymağı davam etdirin.
Nəticə
TAP-ın planlaşdırılması gözlənilən nəticəni müəyyən etmək üçün birgə çalışan maraqlı tərəflər vasitəsilə başlayır. Başqa sözlə, hər bir şəxs TAP-ın həyata keçirilməsi yolu ilə hansı nəticələrə nail olmağı ümid edir?
Gözlənilən nəticə bütün maraqlı tərəflər ilə konkret, ölçülə bilən, aydın və razılaşdırılmış bir bəyanatdan ibarət olmalıdır. İri həcmli TAP layihəsinin birdən çox nəticəsi ola bilər.
Aydın müəyyən edilmiş gözlənilən nəticə TAP-ın Layihə Planının qalan hissəsi, o cümlədən kimin və necə iştirak etməli olduğunu, öyrənənin ehtiyaclarını, hansı modulların və hansı resursların tələb olunacağı barədə məlumat verəcəkdir.
Nümunələr
"TAP vasitəsilə seçilmiş on ilkin tibb mərkəzində tibb bacıları (qardaşları) köməkçi məhsulların sadə növləri üzrə müayinədən keçəcək, bəzi sadə cihazları özləri təmin edəcək, digərləri üçün kimə yönəldilməli olduqlarını biləcəklər".
"TAP vasitəsilə icma sağlamlıq işçiəri kursumuzun məzunları insanların faydalana biləcəyi köməkçi məhsullardan və onların təmin edilməsi ilə bağlı atılacaq addımlardan xəbərdar olacaqlar".
Maraqlı tərəflər
Maraqlı tərəflər TAP Layihənizdə iştirak edəcək və ya layihənizin təsirinə məruz qalacaq şəxslər və təşkilatlardır. Çox güman ki, onlara aşağıdakılar daxil olacaqlar:
- Səhiyyə, Təhsil, Sosial Rifah və digər müvafiq nazirliklər
- Köməkçi məhsullardan istifadə edən şəxslər və onları təmsil edən təşkilatlar, məsələn, Əlilliyi olan Şəxslər Təşkilatları (ƏŞT-lər), yahıllar, konkret sağlamlıq problemi olan şəxsər
- Dövlət, qeyri-hökumət və ya özəl təşkilatlar da daxil olmaqla, sağlamlıq, reabilitasiya və köməkçi məhsullar xidmət təminatçıları
- Köməkçi məhsullardan istifadə edən şəxslər, o cümlədən köməkçi məhsullar üçün insanları müəyyən edib yönləndirə bilənlər və ya köməkçi məhsullar və ya əlaqədar xidmətlər üçün yönləndirmə əldə edənlər üçün yönləndirmə mexanizmində iştirak edən təşkilatlar
- Tədris müəssisələri.
Qrafikin müəllifi: Papua Yeni Qvineyada Köməkçi Avadanlıqnın Təminatı üzrə Milli Təlimat, Motivation Australia
Bütün maraqlı tərəflərli erkən dövrdə müəyyən edin və əlaqə yaradın. TAP haqqında məlumatları maraqlı tərəflərlə bölüşmək üçün TAP-ın ümumi təqdimat slaydlarından (pdf) istifadə edin. Yerinizdə TAP-dan istifadə üçün fikirlərin ifadə edilməsi və müzakirəsi üçün əlavə slaydlar daxil edin.
Gözlənilən nəticəni müəyyən etməkdə iştirak etməklə yanaşı, hər bir maraqlı tərəfin rol və töhfələrini müzakirə edin. Məsələn, maraqlı tərəflər:
- TAP-ın təliminin həyata keçirilməsi üçün resurslarla təmin edilməsi və ya onların paylaşılması
- Onlayn TAP modulları zamanı və sonra öyrənənlərə mütəxəssis təcrübəsi üzrə məsləhətlər verin
- Dəyərləndirilmə sahəsində mütəxəssis təcrübəsinə malik olmalı
- Köməkçi məhsullar və ya digər əlaqədar xidmətlər üçün yönləndirmə mexanizminin bir hissəsini təşkil edin.
Yer
Yerinizdəki köməkçi avadanlıq kontekstini anlamaq və TAP Layihə Planınız tərəfindən bunun nəzərə alıması vacibdir. TAP Layihə Planınızı uyğunlaşdırmaq lazımdır:
- Sağlamlıq xidmətləri və köməkçi məhsulların tədarükü və təminatı üzrə milli strategiyalar, siyasət sənədləri, planlar, prioritetlər və ya qaydalar
- Reabilitasiya, tibbi və digər xidmətlər üçün yönləndirmə əldə edə bilənlərin mövcud olması
- Təlim və ya xidmətlərə təsir edə biləcək mədəni, coğrafi, sosial, iqtisadi və digər amillər.
ÜST AT Potensialın Qiymətləndirməsi aləti (ATA-C) maraqlı tərəflər arasında bir ölkədə və ya sahədə köməkçi avadanlıq konteksti haqqında məlumatlılığın və anlayışın artırılmasına kömək edə bilər. Daha ətraflı məlumat üçün [email protected]ə ÜST-nin Köməkçi Avadanlıq komandası ilə əlaqə saxlayın.
Öyrənənlər
TAP-ın Layihə Planında öyrənənlərin kim olacağı, o cümlədən onların tələbə və ya işçilər (ödənişli və ya könüllü) olacağı müəyyən edilməlidir.
- Tələbə məlumatları onların nəyi öyrəndiklərini və TAP-ın onların təlimlərinə necə uyğun gəldiyini əks etdirməlidir
- İşçilərə harada işlədikləri, TAP-ın öyrənilməsinin onların iş yerində necə istifadə olunacağı barədə məlumat daxil etməlidir.
Bu məlumat keçiəlcək TAP modullarının və təlimlər zamanı və təlimlərdən sonra zərurət yaranacaq dəstək seçimi haqqında qərar vermək üçün lazımdır.
TAP-ın Layihə Planında, həmçinin lazım olacaq təlim resurslarının büdcəyə daxil edilməsi məqsədilə öyrənənlərin sayı müəyyən edilməlidir.
Əgər SIZIN TAP Layihəniz təlim işçiləri üzərində fokuslaşsa, xidmət menecerlərini planlaşdırmaya cəlb edin. TAP-ın uğurlu və uzunmüddətli təsirində xidmət menecerləri həlledici rol oynayırlar. Xidmət menecerləri məsuliyyət daşıyırlar:
- Təlim üçün işçilərin seçilməsi, razılaşdırılması və buraxılması
- Öyrənənlər təlim üçün uzaqda olduqları müddətdə iş yerlərində vəzifələrinin yerinə yetirilməsini planlaşdırmaq
- Təlimdən sonra öyrəndikləri bacarıqları pməşq etmək üçün öyrənənlərə dəstək olmaq və
- Öyrənənlərə dəstək olmaq üçün qonaq olan mentorları öz xidmətlərinə salamlamaq.
Həmçinin xidmət menecerləri AT fəaliyyətini dəstəkləmək üçün ümumi xidmətlərini hazırlamağa cavabdehlik daşıyacaqlar. Məsələn, onlar işçilərin rollarına düzəlişlər etməli, maliyyələşdirməni və AT resurslarını təmin etməli və idarə etməli, binaları yenidən təşkil etməli, yönləndirmə və digər sistemləri təşkil etməlidirlər.
Modullar
Bütün TAP öyrənənləri ilk növbədə köməkçi məhsullara giriş haqqında modulu tamamlamalıdırlar. Bu modul digər modullara başlamazdan əvvəl öyrənənlərin ehtiyacları olan vacib məlumatları təmin edir.
Köməkçi Məhsullara Girişdən sonra TAP altı axında təşkil olunur. Bunlar: İdrak, Ünsiyyət, Eşitmə, Hərəkət, Özünə qulluq, Görmə.
Nəzarətçilər TAP-dan istifadənin gözlənilən nəticəsindən asılı olaraq, öyrənənlərin keçəcəyi axına giriş haqqında modul/ları, ardınca isə məhsul haqqında modulları seçməlidirlər.
Bəzi modullar digərlərinə nisbətən daha çətindir. Daha mürəkkəb modullar vasitəsilə öyrədilmiş bacarıqlarda səriştəli olmaq üçün öyrənənlərə daha çox ilkin tələb olunan bilik, daha çox vaxt və/və ya daha çox nəzarət lazım ola bilər. Burada göstərilən qrafikdə daha mürəkkəb modullar narıncı sərhəd xətti ilə işarələnib.

TAP modullarının hamısı hələ mövcud deyil. Modulun hazırlanması tarixləri haqqında yenilənmiş məlumatlar almaq üçün [email protected]ə ÜST-nin Köməkçi Avadanlıq komandası ilə əlaqə saxlayın.
Mentorlar
TAP-dan işçilərin bacarıqlarının (səriştələrinin) formalaşdırdıqda istifadə edildiyi zaman mentorla məşq etmək mütləqdir. TAP-ın Layihə Planının hazırlanmasına daxildir: onlayn təlim zamanı və sonra iş yerində məşq zamanı öyrənənlərə dəstək vermək üçün düzgün bacarıqlara malik mentorların müəyyən edilməsi.
İstifadə ediləcək modullardan asılı olaraq mentorluqla təmin etmək üçün müxtəlif mütəxəssis təcrübələrinə ehtiyac var. Məsələn, görmə modulları üçün mentor görmə müayinəsi və görmə məhsullarında təcrübəli olmalıdır.

Mentorlar reabilitasiya, oftalmologiya və ya audiologiya, tədris müəssisələri və ya qeyri-dövlət xidmətləri kimi ali səviyyəli xidmətlərdən ola bilərlər.
Müvafiq dəstəyi həm onlayn, həm də fərdi qaydada təmin etmək üçün mentorlara hazırlaşmaq üçün kifayət qədər vaxt lazımdır. Buraya onların dəstək olacaqları TAP modullarını tamamlamaq üçün vaxt da daxildir.
Onlayn təlim zamanı mentorların rolu aşağıdakılardan ibarətdir:
- Hər bir modulun keçirilməsi üçün lazım olan köməkçi məhsulların və digər resursların hazırlanması
- Təlimlərin təfsilatlı cədvəlinin hazırlanması (çox vaxt TAP-ın nəzarətçiləri ilə əməkdaşlıq etməklə)
- Öyrənənlər modulları keçdikcə onlara dəstək göstərmək, suallara cavab vermək və müzakirəni fasilitasiya etmək
- Məşq etmək və bacarıqların inkişaf etdirilməsi üçün nəzarətli seansların təşkili (məsələn, rol oyunu)
- TAP bacarıqları yoxlama siyahılarından istifadə edərək səriştələrin monitorinqi və qiymətləndirməsi.
Təlimin məzmunu platforma vasitəsilə təmin olduğuna görə mentorlardan təlim hazırlamaq və ya tədris etmək tələb olunmur. Onların rolu hazırlanan materiallardan istifadə etmək və yeni öyrənənlərə mentorluq etməkdir.
İş yerində mütəxəssisin nəzarəti altında məşq zamanı mentorlar müstəqil praktikada iştirak etmək üçün səriştə qazanana kimi
öz bacarıqlarını inkişaf etdirərkən işçiləri müşahidə etməli və dəstəkləməlidirlər. Mentorlar TAP bacarıqlarının yoxlanılması siyahılarından istifadə edərək onların mentorluqlarını təşkil edə, öyrənənlərin inkişafını qiymətləndirə və öyrənənlərə rəy verə bilərlər.
Resurslar
Öyrənmə resursları
TAP hal-hazırda yalnız İnternetdə mövcuddur. Bütün öyrənənlərə internetə qoşulmuş kompüter, planşet və ya ağıllı telefon lazım olacaqdır. Modulları keçmək və bacarıqları məşq etmək üçün öyrənənlərə sakit yer də lazım olacaqdır. Bu, sinif otağı, görüş otağı və ya digər sakit ərazi ola bilər.
Hər zaman məkanı seçərkən öyrənənlərin oraya giriş ehtiyaclarını nəzərə alın. Təlim otağı(ları) və hamam otaqları da daxil olmaqla binaya və bütün sahələrə girişləri nəzərə alın.
Modul resursları
Modul resurslarının siyahısı platformada hər bir modulun əvvəlində, həmçinin mentorların qeydlərində verilir. Hər bir moduldan asılı olaraq, lazım olan resurslara aşağıdakılar daxil olacaqdır:
- Köməkçi məhsulların nümunələri (pdf), eləcə də məhsulların yığılması və/və ya kiçik təmir işləri aparmaq üçün ehtiyat hissələri və əsas alətlər. Yaxşı olardı ki, bunlar tələbələrin iş yerlərində mövcud olacaq məhsulların çeşidi ilə eyni olsun.
- Çap olunmalı və bir qovluqda öyrənənlər üçün təmin edilməli olan TAP formaları və sənədləri. Bu sənədlərə müxtəlif köməkçi məhsulların müayinə və qiymətləndirmə formaları, eləcə də açar sözlər və əsas mesajlar daxildir. Onlar modullar boyunca istifadə olunur. Öyrənənlər hər bir modulu araşdırarkən onlara bu formaların nüsxələri onlara lazım olur. Təlimdən sonra xidmətlər bu formaları öz konkret vəziyyətlərinə uyğun konsolidə edə və ya uyğunlaşdıra bilər.

Təlimi planlaşdırmaq və həyata keçirmək üçün nəzarətçilər və mentorlar üçün əlavə TAP alətləri və resursları mövcuddur. Bunlar haqqında növbəti bölmədə daha ətraflı məlumat əldə edəcəksiz.
Vaxt cədvəli
TAP Layihə Planında aşağıdakıları həyata keçirmək üçün vaxta imkan verən real vaxt cədvəlinin olması tələb edilir:
- Gözlənilən nəticələri, iştirak edən xidmətləri və öyrənənləri, keçiləcək modulları, tələb olunan mentorları və istifadə olunacaq öyrənmə resurslarını təsdiq etmək məqsədilə bütün mütəxəssislərlə məsləhətləşin.
- Bütün aidiyyatı orqanlardan, o cümlədən Səhiyyə Nazirlikləri, təlimə cavabdeh olan qurumlar, işçilərin təlimə buraxılışını həyata keçirməli olan menecerlər və başqalarından lazımi təsdiqlərin əldə edilməsini təmin edin.
- Xidmətlərin göstərilməsinə başlamaq üçün təlim üçün məhsulları satın alın və məhsul təchizatını təmin edin (əgər bu, təlimin gözlənilən nəticəsi olarsa). Yerində mövcud olması və idxal tələbindən asılı olaraq, satınalma aylar çəkə bilər.
- Əgər öyrənənlər təlim üçün bir yerə toplaşacaqlarsa, təlimin keçiriləcəyi yeri bron edin
- Səyahət və digər logistik tədbirlər həyata keçirin və kifayət qədər internetin olmasını təmin edin.
- Mentorlar hazırlayın (bax: TAP təliminə hazırlıq).
Sadə Qantt cədvəli müxtəlif addımları tərtib etmək üçün faydalı ola bilər. Belə ki, hər kəs cədvəli, mühüm tarixləri və hər bir tapşırığa cavabdeh olanlar və ya cəlb olunanları görə bilər.
Büdcə və maliyyələşdirmə
Hər TAP-ın icra büdcəsi müxtəlif amillərdən asılı olaraq müxtəlif olacaqdır. Məsələn: öyrənənlərin sayı, modulların sayı, təlimlərin keçiriləcəyi yerlər və digər amillər.
Düşünülməsi lazım olan bəzi büdcə maddələri bunlardır:
Təlim avadanlıqları və istehlak malları
- Kompüter və ya planşetlərin kirayəsi və ya alışı: 2 öyrənən üçün 1 kompüter, yaxud hər öyrənən üçün 1 planşet
- Forma və sənədlərin çapı: hər bir öyrənənə orta hesabla hər modul üzrə 5 çap vərəqi
- Öyrənənlər üçün qovluqlar: hər bir öyrənən üçün mümkünsə bölücülərlə birlikdə bir qovluq ayırın
- İnternetə giriş: məsələn, məlumat istifadəsi, simsiz routerin quraşdırılması.
Təlimin keçiriləcəyi yer və logistika
Əgər TAP modulları araşdırmaq üçün öyrənənlər bir mərkəzə toplaşacaqsa, aşağıda bəzi büdcə maddələri var ki, onlar nəzərə alınmalıdır:
- Səyahət xərcləri (nəqliyyat, tələb olunarsa, qalacaq yer, ezamiyyə xərcləri)
- Məkanın icarəsi
- Yemək və qəlyanaltılar.
Məhsulun satın alınması
TAP təlimləri zamanı öyrənənlər üçün məhsullara və ehtiyyat hissələrinə giriş praktiki fəaliyyətləri başa çatdırmaq üçün vacibdir. Mümkün olduqda, onlayn təlim zamanı istifadə üçün məhsulların nümunələri və təlimdən sonra tələbələrə təmin etdilməyə başlaması üçün məhsulların ehtiyatı üçün büdcəni tutun.
TAP layihəniz üçün lazım ola biləcək məhsulların sayı ilə bağlı bələdçilik üçün [email protected]ə ÜST-nin Köməkçi Avadanlıqlar qrupu ilə əlaqə saxlayın.
İnsan resursları
TAP büdcsinə vəziyyətdən asılı olaraq TAP-ın tətbiqi üzrə komanda və mentorlar üçün vəsait daxil ola bilər. Nəzərə alın:
- İdarəetmə və/və ya inzibati dəstək
- Mentor üçün rüsumlar.
Monitorinq, dəyərləndirilmə və öyrənmə
Monitorinq - layihənin kursunun davam etdirilməsini təmin etmək üçün onu yaxından izləmək prosesidir. Monitorinq həmçinin layihənin nəticələrinin yekun dəyərləndirilməsini təmin edə biləcək layihə zamanı rutin/planlaşdırılmış vaxtlarda məlumatların toplanmasından ibarətdir.
Dəyərləndirilmə - layihənin yekununda layihə nəticələri haqqında məlumatların yekun toplanması və təşkili prosesidir. Buraya gələcək layihələr üçün öyrənilən dərsləri nəzərdən keçirilməsi və sənədləşdirilməsi daxildir.
Monitorinq, dəyərləndirilmə və öyrənmə – əməkdaşlıq prosesidir. Monitorinq, dəyərləndirilmə və öyrənmə üzrə plan bütün layihənin maraqlı tərəflərinin tövsiyələrindən istifadə etməklə ideal şəkildə tərtib olunur ki, hər kəsin ehtiyac və prioritetlərinə diqqət yetirilsin.
Nəticə çıxararkən və öyrənilən dərsləri müəyyən edərkən əsas mütəxəssislərlə, o cümlədən təlim keçirilməsi mümkün olan işçilər ilə, köməkçi məhsullar almış xidmət istifadəçiləri ilə, xidmət menecerləri ilə və birbaşa iştirak edən digər şəxslər ilə bu nəticələrin doğruluğunu təsdiq etmək vacibdir.
Monitorinq, dəyərləndirilmə və öyrənmə planının hazırlanması zamanı nəzərə almaq lazım olan bir neçə məsələ bunlardır:
- Layihənin əvvəlində layihə nəticələrinin dəyərləndirilməsini planlaşdırın. Dəyərləndirilmə üçün istifadə məqsədilə etibarlı məlumatların olması üçün layihə boyu məlumat toplamaq lazımdır. Bu, planlaşdırılmalı və məlumat alətlərinin hazırlanması və mövcud olması üçün resurslar ayrılmalıdır. İnsanlar məlumatların toplanmasını təmin etmək üçün təlim keçir və cavabdehlik daşıyırlar.
- Monitorinq və dəyərləndirilmə vaxt və resurs tələb edir. İştirak edən maraqlı tərəflər üçün ən vacib, ən uyğun öyrənməyə üstünlük verin və resursları onlara yönəldin.
- Mümkün olan hər yerdə məlumat alətlərini mövcud sistemlərlə inteqrasiya edin. Məsələn:
- Təlim iştirakçıları haqqında məlumat toplamaq üçün TAP onlayn qeydiyyatı, qəbul və rəy bildirmə sistemindən istifadə edin
- Köməkçi məhsullara daxil olan insanlar haqqında məlumat toplamaq məqsədilə xidmət yerlərində mövcud qeydlərin aparılmasını müzakirə edin ki, görəsən, bu, lazım olan məlumatı təmin edib-etmirmi və ya yeni bir şey təqdim etmək əvəzinə, ona nəsə əlavə etmək lazımdırmı?
Layihə nəticələrinin dəyərləndirilməsinin təşkili üçün bir çox müxtəlif üsullar mövcuddur. Dəyərləndirmənin planlaşdırılması aləti layihə qrupları və maraqlı tərəflərin müəyyənləşdirilməsi və sənədləşdirilməsinə kömək etmək məqsədilə nəzərdə tutulub:
- Layihədən hər kəsin ən çox öyrənmək istədiyi (fəaliyyət göstəriciləri və ya dəyərləndirmə sualları) nədir
- Bu necə ölçüləcəkdir (əlaqəli hədəflər)
- Dəyişikliyi ölçmək üçün “başlanğıc nöqtəsi” yaratmağa kömək etmək (baza məlumatları) üçün artıq nələr məlumdur
- Fəaliyyət göstəricilərinə dair sualları cavablandırmaq üçün lazım olacaq məlumatlar necə, nə zaman, nə vaxtdan bir (məlumat toplama üsulları / alətləri və tezliyi) toplanacaqdır
- Kim cavabdehlik daşıyır (planlaşdırma, resurslar, vəzifələr).
Buna uyğunlaşdırılması mümkün olan TAP-ın Layihə Planı sənədini nümunə göstərmək olar.
TAP-ın təliminə hazırlaşın
TAP-ın Layihə Planı bütün maraqlı tərəflər ilə razılaşdırıldıqdan və maliyyələşdirildikdən sonra daha ətraflı hazırlıq başlaya bilər. Hər bir layihə fərqlidir, lakin aşağıda TAP-ın həyata keçirilməsinə hazırlıq üçün atılan addımlardan bəziləri var.
Bu ümumi TAP təliminə hazırlıq addımları və tez-tez verilən suallar üçün aşağıdakı məlumatlara baxın:
- Məhsulları satın alın
- Öyrənənlərin ehtiyaclarını başa düşün
- Monitorinq məlumatlarının toplanması üçün alət və prosesləri hazırlayın
- Mentorları hazırlayın
- Ətraflı təlim cədvəlini planlaşdırın
- Yönləndirmə mexanizmlərini təsdiqləyin
- Çap olunmuş tədris resurslarını hazırlayın
- Köməkçi məhsulların nümunələrini hazırlayın
- Təlimin keçiriləcəyi yeri təşkil edin
- Bütün icazələrin və müqavilələrin yerinə yetirilməsini təmin edin
- Tez-tez verilən suallar.

Məhsulları satın alın
Məhsulların satın alınması prosesinə təlimdən xeyli əvvəl başlayın. Lazım olan məhsulların satın alınacağı yerləri müəyyən etmək, qiymət sorğularını təsdiq etmək və sifarişləri vermək üçün vaxt tələb oluna bilər. Daha sonra isə məhsulların sizin yerinizə göndərişi mümkündür. Əgər məhsullar ölkə xaricindən idxal olunacaqsa, gömrük rüsumlarına dair tələblər və müddətlər barədə yerli məsləhət imkanlarından istifadə edin.
Məhsul tədarükü haqqında daha ətraflı məlumat almaq üçün ÜST Köməkçi Məhsulların Spesifikasiyaları (pdf) və Köməkçi Məhsulların Satınalma Təlimatı (pdf) sənədlərini nəzərdən keçirin.
Məhsulların satın alınması ilə yanaşı planlaşıdrın:
- Məhsullar harada saxlanacaqdır?
- Onlar təlim məkanına necə gətiriləcəklər?
- Təlimdən sonra onlar xidmət yerlərinə necə və hansı miqdarda paylanılacaqdır
- Fond necə idarə olunacaq və kim cavabdehlik daşıyacaq?
- Məhsulların xidmət istifadəçilərinə pulsuz təmin edilib-edilməməsi
- Davam edən fond təminatı (dayanıqlı xidmətlər) üçün seçimlər.
Öyrənənlərin ehtiyaclarını başa düşün
TAP-ın Layihə Planında öyrənənlər və onların gözlənilən rolu təsvir olunmalıdır. Bu daha ətraflı hazırlıq mərhələsində ayrı-ayrı öyrənənləri iştirakçı təşkilatlardan seçmək lazım gələcəkdir.
İnklüziv öyrənmə
Öyrənənləri seçmək üçün xidmət menecerləri və ya digər maraqlı tərəflərlə işləyərkən Gender, Bərabərlik və Sosial İnklüzivlik prinsiplərinə əməl edin.
Öyrənənlər arasında ədalətli gender təmsilçiliyi məqsədi ilə müxtəlif cinsi mənsubiyyətə məxsus insanlar üçün xidmətlərə girişə müsbət təsir göstərəcəkdir.
Əlilliyi olan şəxslərin iştirakına mane ola biləcək maneələrin aradan qaldırılması köməkçi avadanlıq sahəsində çalışan işçi qüvvəsinin sıralarında köməkçi məhsullardan istifadə etmək təcrübəsi olan insanların sayının artmasına kömək edəcəkdir.

Öyrənənlər seçildikdən sonra onlar haqqında konkret məlumatların toplanması təlimlərin onların ehtiyaclarına ən uyğun şəkildə təşkil olunmasına kömək edəcəkdir. Aşağıda öyrənənlərə və onların menecerlərindən soruşmaq üçün bəzi suallar verilib:
- Öyrənənlər artıq hansı müvafiq bilik və bacarıqlara malikdirlər?
- Öyrənənlərin cari rolları və/və ya vəzifələri hansılardır?
- TAP-ın tamamlanmasından sonra öyrənənlərin rolu nədən ibarətdir?
- Öyrənənlərin onlayn öyrənmə təcrübəsi olubmu?
- Öyrənənlər kompüter / planşet / ağıllı telefondan istifadə etməklə tanışdırmı?
- Öyrənənlərin e-poçt ünvanı varmı (TAP platformasında qeydiyyatdan keçmək üçün e-poçt ünvanı tələb olunurmu)?
- Öyrənənlər üçün əlçatanlıq tələbləri varmı?
TAP --a əlçatanlıq xüsusiyyətləri haqqında daha ətraflı məlumat üçün Haqqında səhifəsinə baxın.
Monitorinq məlumatlarının toplanması üçün alət və prosesləri hazırlayın
TAP platformasında toplanan məlumatların növünün siyahısı belədir:
Qeydiyyat
Bütün TAP istifadəçiləri modullara daxil olmaq üçün TAP Platformasında qeydiyyatdan keçməlidirlər. Onlayn qeydiyyata ad, e-poçt, cins, ölkə və TAP-ı ziyarət etmək üçün səbəb kimi əsas məlumatlar daxildir.
Qəbul
Öyrənənlər TAP-dan TAP layihəsinin bir hissəsi kimi istifadə etdikdə, ÜST öyrənənlər qrupu üçün uyğunlaşdırılmış onlayn qəbul forması yarada bilər. Buraya şəxsin vəzifəsinin adı, təcrübəsi, təhsili, həmçinin kompüter, planşet və ağıllı telefon kimi onlayn öyrənmə və cihazlarla tanış olması məsələləri daxil ola bilər.
Qəbul formasında həm də TAP platformasında toplanan məlumatların necə istifadə oluna biləcəyi barədə mühüm məlumatlar verilir və öyrənənlərin anonimləşdirilmiş məlumatlarının TAP-ın təkmilləşdirilməsinə və köməkçi avadanlığa çıxışa kömək etmək məqsədilə istifadə oluna biləcəyi razılaşmasını onlar tərəfindən təsdiq edilməsinə imkanı yaradır.
Təlimdən əvvəl və təlim sonrası test sorğularının balları
TAP-ın bütün modulları bilik test sorğususı ilə başlayır və sona çatır. Modulun əvvəlində və moduldan sonra keçirilən test sorğusulardan əldə edilən balları öyrənənlərin biliyinin dəyişdirilməsi meyarı kimi müqayisə etmək olar.
Mentorlar və ya koordinatorlar öyrənənlərə test sorğularını doldurmaqları xatırladılmalıdır. Bəzi öyrənənlər bu test sorğusunu bir neçə dəfə keçməyi xoşladığına görə balları müqayisə edərkən biz yalnız ilk cəhddən istifadə edirik.
Rəy bildirmə
Təlimlərini başa çatdırdıqdan sonra TAP öyrənənləri onlayn TAP-ın rəy formasını doldurmalıdırlar. Bu formada TAP modullarının öyrənənlərin işi üçün nə dərəcədə uyğun (aktual) olduğu, təlimlərin köməkçi məhsullarla təmin edilməsi ilə bağlı inamlarının artıb-artmadığı və onların daha hansı dəstəyə ehtiyacları ola biləcəkləri barədə məlumatlar toplanılıb.
Əgər Siz TAP layihəniz üçün formalar yaratmaq, TAP platforması məlumatlarına daxil olmaq və onlardan istifadə etmək istəyirsinizsə, ÜST ilə bu ünvan vasitəsilə əlaqə saxlayın: [email protected]ə.
Mentorları hazırlayın
TAP-ın Layihə Planında seçilmiş TAP modullarını dəstəkləyə biləcək mentorlar müəyyən edilməlidir.
Mentorlara təlim materialı hazırlamağa ehtiyac yoxdur, lakin onlar dəstəklədikləri TAP modulları ilə çox yaxından tanış olmalı və mentor kimi öz rollarına hazır olmalıdırlar.
Mentorların hazırlanması üçün TAP Koordinatorları mütləq bunları etsin:
Təlimə bir ay qalmış
Mentorlardan TAP platformasında qeydiyyatdan keçmələrini və dəstəkləyəcəkləri modulları, həmçinin bacarıqların yoxlama siyahılarını və mentorların qeydlərini nəzərdən keçirmələrini tələb edin.
Təlimdən iki həftə əvvəl
Mentorlarla bu məqsədlərlə brifinq iclası təşkil edin:
- Onların mentor kimi rolunu təsdiq və izah edin.
- Modullar haqqında hər hansı suala cavab verin
- Bacarıqların yoxlama siyahılarını və mentor qeydlərindən istifadəni müzakirə edin.
Təlimdən bir həftə əvvəl
Mentorlarla ətraflı təlim cədvəlini təsdiq edin. O, mentorlar, yaxud koordinatorlar tərəfindən və ya onlarla birlikdə hazırlana bilər.
Ətraflı təlim cədvəlini planlaşdırın
Ətraflı təlim cədvəlində aşağıdakılar üçün vaxt cədvəli əks olunmalıdır:
- Onlayn təlim
- Üz-üzə təlim (məs. rol oyunu, məhsulla tanışlıq)
- mütəxəssisin nəzarəti altında məşq
Hər bir öyrənənlər qrupu müxtəlif olur və onların tələbatları fərqlənir. Öyrənənlərin və onların menecerlərinin və/və ya koordinatorlarının ehtiyaclarını, eləcə də onların mövcud prioritetlərini, xidmət təminatını və digər öhdəlikləri nəzərə alaraq TAP Layihənizin təlim cədvəlini planlaşdırın.

Onlayn təlim
TAP onlayn təlim iki əsas yolla tədris oluna bilər:
- Qrup öyrənməsi (birlikdə)
Öyrənənlər bir yerə toplaşıb, qrup şəklində mərkəzi təlim məkanında təyin edılmış modulları araşdırırlar. Öyrənənlər öyrənmənin onlayn komponenti vasitəsilə öz tempi ilə işləyirlər, lakin bütün qrupun mentorun rəhbərliyi altında bir araya gələrək suallar vermək, müzakirə aparmaq və praktikada iştirak etmək üçün müəyyən edilmiş vaxtları olur.
Qrup öyrənməsinin (birlikdə) üstünlükləri ondan ibarətdir ki, öyrənənlər bir-biri ilə ünsiyyət qura, köməkçi məhsulların nümunələri kimi avadanlıqlara hazır çıxış əldə edə bilərlər. İnternetə girişi idarə etmək mümkündür. Mentorlar öyrənmə və texniki məsələlərdə kömək etmək üçün hazır vəziyyətdə olurlar. Bu yanaşma köməkçi avadanlıq üzrə əvvəllər daha az təhsil almış və onlayn təlim təcrübəsi az olan tələbələr üçün uyğundur.
- Qrup öyrənməsi (məsafədəən)
Öyrənənlər razılaşdırılmış vaxt ərzində iş yerində və ya evdə təyin olunmuş modulları araşdırırlar. Onlayn öyrənmə zamanı mentorlar və həmyaşıdlar TAP müzakirə forumu, ani mesajlaşma qrupu və/və ya tele-konfrans vasitəsilə dəstək göstərə bilərlər. Təyin olunmuş onlayn modulları bitirdikdən sonra qrup mentor(lar) ilə və ya mentor(lar) qrup ilə bir araya gələ bilərlər.
Qrup öyrənmənin (məsafədən) üstünlüyü ondan ibarətdir ki, bunun üçün daha az səyahət tələb olunur və öyrənənlər digər öhdəliklərinə uyğun olaraq təlim cədvəlini fərdi qaydada təşkil edə bilirlər.
Onlayn öyrənmə üçün təlim cədvəlinin hazırlanması üçün bəzi məsləhətlər:
- Qeydiyyat, qəbul və platforma haqqında öyrənmə: Təlimin əvvəlində öyrənənin qeydiyyatdan keçib TAP-a qəbul olmaları üçün vaxt ayırın, platformanı naviqasiya etmək yolları ilə tanış ola bilərsiniz. Öyrənənlərin, mentorların və koordinatorların TAP ilə nə dərəcədə tanış olmasından asılı olaraq, bu giriş sessiyası üçün 2-4 saat vaxt ayırın. Öyrənənlərin hələ e-poçt ünvanları yoxdursa, daha çox vaxt ayırın. Hər hansı texniki problemi həll etmək üçün yardımın əldə olunmasını təşkil edin.
- Mentorun qeydləri: TAP Mentorun qeydlərindən istifadə edərək hər bir modul boyunca interaktiv imkanlar haqqında ümumi məlumat əldə edin, cədvələ və müzakirə və praktiki seanslara hazırlaşmağa kömək edin.
- Hər modul üçün müddət: Hər bir modulun əvvəlindəki müddəti (və həmçinin mentorun modul qeydlərində də qeyd olunub) yalnız bələdçi kimi istifadə edin. Mentorların modulları təlim cədvəlinin planlaşdırılmasından əvvəl keçməsi öyrənənlər üçün nə qədər vaxt apara biləcəklərini daha dəqiq proqnozlaşdırmaqda Koordinatorlara və Mentorlara kömək edəcəkdir.
- Brifinq sessiyaları: Hər günün sonunda öyrənənlər və mentorlarla nailiyyətləri yoxlamaq və hər hansı məsələnin müəyyən edilib həll olunduğundan əmin olmaq məqsədilə brifinq sessiyaları keçirməyi planlaşdırın.
Üz-üzə təlim
Öyrənənlər köməkçi məhsullar ilə təmin edilməyə başlamazdan əvvəl adətən üz-üzə təlim tələb olunacaqdır. Bu, öyrənənlərin köməkçi məhsullara dair əvvəlki təcrübəsindən asılı olacaqdır. Üz-üzə təlim, çox güman ki, öyrənənlərə yeni biliklərini praktikada tətbiq etmək imkanı yaradan rol oyunu fəaliyyətlərini əhatə edəcəkdir.
Öyrənənlərin mövcud olan köməkçi məhsulların çeşidi və onlara necə adaptasiya olmaq və onların uyğunluğunu təmin etmək yolları ilə tanış olması da vacibdir. Üz-üzə təlim üçün digər mövzulara həmçinin yönləndirmə mexanizmləri haqqında brifinq və xidmət göstərilməsi məlumatlarının toplanması mövzusunda təlim daxil edilə bilər.
mütəxəssisin nəzarəti altında məşq
TAP-dan işçilərin bacarıqlarının (səriştələrinin) formalaşdırdıqda istifadə edildikdə, mentorla onlayn təlimdən sonra məşq etmək mütləqdir. Öyrənənlər və koordinatorlarla razılaşaraq, iş yerində mütəxəssisin nəzarəti altında məşq üçün müddəti təlim cədvəlinizə daxil edin.
İş yerinə mütəxəssisin nəzarəti altında məşq zamanı mentorlar müstəqil şəkildə məşqdə iştirak etmək üçün səlahiyyət əldə edənə qədər xidmət istifadəçiləri ilə işləyən işçiləri müşahidə edəcək və onlara mentorluq edəcəklər. Mentorlar TAP bacarıqlarının yoxlanılması siyahılarından istifadə etməklə onların mentorluqlarını təşkil edə, öyrənənlərin inkişafını qiymətləndirə və öyrənənlərə rəy verə bilərlər.
Yönləndirmə mexanizmlərini təsdiqləyin
Təlim başlamazdan əvvəl insanların köməkçi məhsullara və əlaqədar xidmətlərə çıxış əldə etmələri üçün yönləndirmə mexanizmlərini müəyyən edin.
Hər bir TAP modulunda lazım ola biləcək müvafiq yönləndirmə xidmətləri xüsusi qeyd edilir. Məsələn, görmə modulunda öyrədilən görmə müayinəsinin yerinə yetirilməsi vasitəsilə şəxsin 'göz sağlamlığı üzrə mütəxəssisə' yönəldilməsinin vacibliyini müəyyən etmək olar. Mentorlar öyrənənlərə onların kontekstində şəxsin kim olması tələbini izah etməyi bacarmalıdırlar.
Köməkçi məhsulların nümunələrini hazırlayın
Öyrənənlər onlayn öyrənmə boyunca təyin olunmuş modullarında təsvir olunan köməkçi məhsulların nümunələrini əldə etdikdə onlardan faydalanacaqlar. Modullar boyu öyrənənlərdən məhsulların nümunələrini nəzərdən keçirməyi tələb edən bəzi interaktiv fəaliyyətlər var.
Öyrənənlər modullar üzərində birlikdə işləyərkən köməkçi məhsulların nümunələrinin paketlərindən çıxarıldığından və öyrənənlərin əldə edə bilməsi üçün hazır vəziyyətə gətirildiyindən əmin olun. Öyrənənlər modulları distant şəkildə işləyərkən məhsul nümunələrini onlar üçün əlçatan etmək üçün müxtəlif variantları nəzərdən keçirin.
Təlimin keçiriləcəyi yeri təşkil edin
Bu məlumat birlikdə öyrənən qruplar üçündür.
Təlimin keçiriləcəyi yerin təşkili qaydaları öyrənənlərin sayından və mövcud olan məkandan asılı olacaqdır.
Məkan aşağıdakı məqsəd üçün lazım olacaqdır:
- Öyrənənlərin cihazları (kompüter, planşet, telefon) üçün otaq və çap sənədləri ilə işləmək üçün masa və ya parta ilə birgə onlayn öyrənmə
- Qrup müzakirəsi
- Rol oynu keçirmək üçün kiçik qruplar
- Köməkçi məhsulların nümunələrini öyrənənlər tərəfindən lazım olana qədər saxlanılması
- Qəlyanaltılar və nahar.
Məkanı təşkil edərkən lazım olan bəzi məsələlər haqqında düşünmək lazımdır:
- Fiziki məsafə üçün COVID uyğunluq tələblərini yoxlayın
- Cihazların enerji ilə doldurulması / qoşulması üçün kifayət qədər elektrik rozetkalarının olduğundan əmin olun
- İnternet rabitəsinin mövcudluğunu əvvəlcədən yoxlayın
İstifadə olunacaq bütün sahələrin bütün iştirakçılar üçün əlçatan olduğunu yoxlayın.
Bütün icazələrin və müqavilələrin yerinə yetirilməsini təmin edin
Koordinatorlar, mentorlar və xidmət menecerləri qeydiyyat formasındakı məlumat və müqavilələrdən başqa, təlim və tələbələrlə müqavilələr haqqında əlavə məlumatla təmin edilməsini istəyə bilərlər. Bu, kağız blanklarından istifadə etməklə yerli şəkildə idarə oluna bilər və ya müraciət əsasında platformaya əlavə formalar yüklənə bilər.
TAP ilə effektiv öyrənməni dəstəkləyin
Aşağıda TAP modullarının ən effektiv istifadəsini dəstəkləmək üçün koordinatorların istifadə edə biləcəyi bəzi strategiyalar var:
- Texniki dəstəyi təmin edin: Əgər öyrənənlər onlayn öyrənmə və/və ya öyrənmə üçün istifadə olunan cihazlarla tanış deyilsə – öyrənənlər üçün təlim keçin və öyrənmə seansları zamanı dəstəyin mövcud olduğundan əmin olun.
- Əlçatanlıq ehtiyaclarını qarşılayın. Hər hansı bir öyrənənlərin əlçatanlıq ehtiyacları olub-olmadığını yoxlamağı unutmayın. Onların tələbatlarını müzakirə edin və hər hansı bir dəyişikliyin edilməsini təmin edin.
- Cüt şəkildə öyrənmək. Bəzi öyrənənlər başqa bir öyrənənlə birgə modulları araşdırmağa üstünlük verə bilərlər. Bu, TAP məzmunu ilə qarşılıqlı əlaqəni artıra və praktiki bacarıqların inkişaf etdirilməsi zamanı kömək edə bilər.
- Eyni dövr ərzində qrup şəklində öyrənmək. Bu, aşağıdakı imkanları təmin edir:
- Hər bir şəxsin öyrənməsində nailiyyəti yoxlamaq və mühüm nailiyyətlər əldə etmək üçün qrup iclasları təşkil edin
- TAP müzakirə suallarına (modullar boyunca müəyyən edilmiş) qrup şəklində cavab verin
- TAP-ın tövsiyə etdiyi praktiki fəaliyyətləri (məsələn, yerli imkanlara malik məhsulların tədqiq edilməsi) nəzarət altında və/və ya klinika mentorlarları il əbirlikdə həyata keçirmək
- Məzmuna həyat verin. Hekayələri TAP-da yerli nümunələrdən istifadə etməklə qurun. Koordinatorlar, klinika mentorları və öyrənənlər öz şəxsi təcrübələri ilə birbaşa bağlı olan hekayələri paylaşa bilərlər.
- Müzakirə forumundan istifadə etməyi öyrənənləri həvəsləndirmək; və/və ya onların seçdiyi platformada çat qrupu yaratmaq, sual, şərh və fikir yerləşdirmək.
- Öyrənənlər modulları bitirdikdən sonra:
- Təcrübəli klinika mentorunun dəstəyi ilə öyrənənlərin bir-birləri üzərində bacarıq tətbiq etməsi üçün qaçış rolu seansları keçirilir.
- Öyrənənlər öz bacarıqlarından razı qaldıqda, köməkçi məhsul istifadəçiləri ilə mütəxəssisin nəzarəti altında məşq etməyi təşkil edin. Hər bir şəxsin təhlükəsizliyini təmin etmək üçün öyrənənlərin təcrübəli klinika mentorları tərəfindən dəstəkləndiklərindən əmin olun.
- Klinikanın mentorları bacarıqların yoxlama siyahılarından (çek-listlərdən) istifadə etməklə hər bir öyrənənin səriştələrinə nəzarət edə bilərlər.
TAP ilə bağlı hər hansı sualınız yaranarsa, [email protected]ə ÜST-nin Köməkçi Avadanlıq komandası ilə əlaqə saxlayın.
TAP-ın həyata keçirilməsi üçün hər hansı bir texniki dəstəyə ehtiyacınız varsa, Zəhmət olmasa, ÜST Ölkə Ofisi ilə əlaqə saxlayın.
