Əsas məzmuna keçin
Mobillik

Öyrədin

Dərs: 3 of 4
Mövzu: 5 of 5
0% Tamamlandı

Bu mövzuda bu barədə daha ətraflı məlumat əldə edəcəksiz:

  • Ayaqlara necə qulluq etmək lazımdır?
  • Münasib ayaqqabılar
  • Ayaqlarına daha çox qulluq etməli və münasib ayaqqabı geyinməli olan şəxslərə öyrədiləcək əsas məsələlər.

Ayaq müayinəsi üzrə bələdçidə bu məlumatların icmalı verilib.

Ayaqlara qulluq etmək

Ayaq yaraları riski olan bütün şəxslərə ayaqlarına qulluq etməyi öyrədin.

Ayaq yarası riski olan şəxslərə gündəlik ayaqlara qulluq etməklə ayaq yarasının qarşısını almağa kömək edə biləcəyininin mümkünlüyünü izah edin.

Öyrətmək üçün əsas məsələlər:

  • Ayaqları hər gün qızartı, dəri zədəsi, kəsiklər və ya şişlik üzrə yoxlayın. Bunları etmək lazımdır:
    • Hər ayağın yuxarı, aşağı və barmaqlarının arasına diqqətlə baxın. Lazım gələrsə, bunu etmək üçün kömək ala və ya güzgüdən istifadə edə bilərsiniz.
    • Hər hansı bir problem varsa, dərhal səhiyyə mütəxəssisinə yönəldin.
  • Hər gün ayaq barmaqları da daxil olmaqla ayaqlarınızı yuyun və qurulayın
  • Ayaqyalın yeriməyin və münasib ayaqqabı (və ya təyin olunarsa, müalicəvi ayaqqabı və ya yük aradan qaldırılma cihazı) geyinin
  • Əgər diabetlə əlaqədardırsa, mütəmadi olaraq diabetik müalicə xidmətinə baş çəkin.
  • Siqaret və spirtli içki ayaq yarası riskini artırır. Ayaqlarınızın qayğısına qalmaq üçün siqaret çəkməyin və spirtli içkini azaldın.

Bir kişi stulda oturur, bir ayağı yuxarı qaldırıb elə əyilib ki, ayağının altına diqqətlə baxa bilsin.

Münasib ayaqqabılar

Münasib ayaqqabı ayaqları xəsarətdən qorumağa kömək edir. O, dəm də  yıxılma riskini azaltmağa kömək edə bilərlər.

Ən yaxşı ayaqqabı növü barmaqların üzərini örtən ayaqqabılardır, çünki o, ən çox qorunmanı təmin edir. Bununla belə, isti iqlimlərdə insanlar səndəl geyinməyə üstünlük verə bilər.

Münasib ayaqqabıların xüsusiyyətləri:

  • Alçaq daban (dabansız ayaqqabı)
  • Ayaqqabının tam uyğunlaşmasını təmin edən tənzimlənən qayışlar və ya qaytanlar
  • Daban dəstəyi olmalıdır. O, dabana bağlana bilər və ya dabana bağlamaq üçün onun qaytanı ola bilər.
  • Ayaq barmaqları üçün boşluq geniş olmalıdır. Ayaqqabıda barmaq tərəfinin ucu şiş olmalı deyil
  • Rezin kimi sürtünməyən bünövrəsi olmalıdır.
  • Üzlük material hava keçirən və davamlı olmalıdır. Yaxşı nümunələrə dəri, davamlı parça və ya tor material daxildir.
  • Uyğun bir ayaqqabı yalnız ayaq barmaqlarında əyilməlidir. Ortada bükülməməli və əyilməməlidir.

Tənzimlənən qayışlar, barmaq üçün boşluq, daban dəstəyi və alçaq daban hissələrinin adları ayrılıqda göstərilmiş səndəl

Tənzimlənən qaytanlar, daban dəstəyi, alçaq daban, altlıq və barmaqları üçün boşluq hissələrinin adları ayrılıqda göstərilmiş idman ayaqqabısı.

Ön tərəfi barmağına qədər əyilmiş idman ayaqqabısı. Etiketdə "yalnız ayaq barmaqları olan hissə əyilib" sözləri yazılıb.

Ayaqqabının xüsusiyyətlərini yoxlamaq üçün bu qısa videoya baxın.

Fəaliyyət

Sizcə, aşağıda təsvir olunan ayaqqabılardan hansı münasib ayaqqabıdır?

Yalnız ayaq barmaqlarının üzərini örtən ucu şiş dabansız bir cüt ayaqqabı. Bönövrəsi çox nazikdir, dabanı kiçikdir.



Bu ayaqqabı uyğun deyil.

Ayaqqabı dabanın ətrafında güclü dəstək vermir.

Uyğunluğu tənzimləmək üçün qaytanlar və ya bağlar yoxdur, bu da yıxılma və yara riskini artırır.

Barmaqların ətrafında boş ver az qalıb ki, bu da ayaqqabıların sürtüb yaraların inkişafına səbəb olur.

Ayaqqabının bünövrəsi ayaqları yerdən qorumur.

Ayağın ön hissəsindən dolanan və baş və ikinci barmaq arasında tutula bilən nazik altlıqlı və bir qayışlı dabansız səndəl.



Bu ayaqqabılar uyğun deyil.

Ayaqqabının arxa hissəsi dabana heç bir dəstək vermir.

Uyğunluğu tənzimləmək üçün qaytanlar və ya bağlar yoxdur, bu da yıxılma və yara riskini artırır.

Ayağı dəstəkləmək üçün qalın altlıqlı dabansız səndəl. Tənzimlənən qayışlar ayağın ön, topuq və arxa hissəsinə uyğun ola bilər. Barmaqlar arasında boşluq açıq və genişdir.



Bu ayaqqabılar münasibdir.

Onun dabanı qısadır və bünövrəsi ayaqları yerdən qoruyan rahat, yumşaq materialdan hazırlanıb.

Dabanın ətrafı yaxşı dəstəklənir.

Qaytan tənzimlənir və ayaq barmaqlarının ətrafında boş yer qalır.

Ayağı dəstəkləmək üçün qalın altlıqlı dabansız səndəl. Tənzimlənən qayışlar ayağın ön, topuq və arxa hissəsinə uyğun ola bilər. Barmaqlar arasında boşluq açıq və genişdir.



Bu ayaqqabılar münasibdir.

Onun dabanı qısadır və bünövrəsi ayaqları yerdən qoruyan rahat, yumşaq materialdan hazırlanıb.

Dabanın ətrafı yaxşı dəstəklənir.

Qaytan tənzimlənir və ayaq barmaqlarının ətrafında boş yer qalır.

Müzakirə

Nümunələrdəki ayaqqabıların xüsusiyyətləri barədə düşünün. Sizcə, ayaqqabılarınız “münasib ayaqqabılar”dır?

İcmanızdakı digər şəxslər və onların geyindikləri ayaqqabılar barədə düşünün.  Onlar münasib ayaqabılardırmı?

Düzgün xüsusiyyətləri ilə yanaşı, münasib ayaqqabılar tam uyğunlaşmalıdır.

Şəxsin ayaqqabısının uyğunluğunu yoxlamaq yaxşı fikirdir. Siz həmçinin ona ayaqqabı seçərkən nələrə diqqət yetirmələrinin vacib olduğunu öyrədə bilərsiniz.

Şəxsdən xahiş edin ki, ayağa durub yoxlasın:

  • Ayaq barmaqları üçün boşluq:
    • Ən uzun barmağın ucu ilə ayaqqabının önü arasında bir baş barmağı qədər yer qalmalıdır.
    • Ayaq barmaqları sərbəst şəkildə yuxarı və aşağı əyilə bilməlidir
  • Eni: Ayaqqabı ayağın ən enli nöqtəsinə uyğun yerləşməlidir
  • Daban: Ayaqqabının daban hissəsi şəxsin dabanının ətrafına uyğun yerləşməlidir.
  • Rahatlıq: Çimdik, sürtünmə və ya təzyiqə səbəb olan nahiyələrin olub-olmadığını yoxlayın.

Şəxsədən xahiş edin ki, yerisin və yoxllayın:

  • Dabanları ayaqqabıların içərisinə girib-çıxmır ki.
  • Ayaqqabıda özünü rahat hiss edirmi.

Sonra sürtünmə və ya təzyiq əlamətlərini yoxlayın.

Ayaqqabı içərisində ayaq yuxarı hissədən göstərilir. Ayaqqabının içərisi görünür və ayaq barmaqları ilə ayaqqabının ucu arasındakı boşluğu görə bilirik.

Əgər şəxsdə hissiyyat itkisi varsa, o, ayaqqabının sürtünmə və ya təzyiqə səbəb olduğunu hiss etməyə bilər.

Şəxs bir neçə dəqiqə ayaqqabılarında yeridikdən sonra ondan ayaqqabıları (və əgər geyinirsə corabları) çıxarmasını xahiş edin və hər bir ayaqda qızartı və ya digər sürtünmə və ya təzyiq əlamətlərinin olub-olmadığını yoxlayın.

Ayaqqabının uyğun olduğunu yoxlamaq üçün bu qısa videoya baxın.

Üçüncü dərsi tamamladınız!